Əli Həsənovun “Qaçqın – məcburi köçkün” korrupsiyası: Talanan milyonlar

Azərbaycanda tenderlərin necə keçirildiyi hər kəsə məlumdur. Tenderlər məmurlar üçün dövlət büdçəsini talamağın əsas yolu olaraq qalır. Qaçqın və məcburi köçkünlərlə bağlı həyata keçirilən dövlət proqramlarının icrası ilə bağlı tenderlərdə də nə yazıq ki, böyük korrupsiyaya yol verilir. Bu haqda media araşdırmasını təqdim edirik. Yazıda əvvəlcə Ağdamın Bənövşələr, Dördyo qəsəbələrində məcburi köçkünlərin bir çoxunun uçmaq […]

Sumqayıtın 45 abituriyenti 650-700 arası bal toplayıb

Həmişə olduğu kimi, bu il də ali məktəblərə qəbul imtahanlarında sumqayıtlı abituriyentlər fərqlənib. Xeberle.com Sumqayıt şəhəri ümumtəhsil məktəbləri üzrə 2016-cı ildə qəbul imtahanlarında 600-dən çox bal toplamış məzunlar haqqında məlumat əldə edib. Ali məktəblərə qəbul imtahanlarında Sumqayıt şəhəri üzrə 600-dən çox bal toplayanların sayı 139 nəfərdir. Bu göstərici ötən illə müqayisədə 6 nəfər çoxdur. Onlardan […]

Azərbaycanda isti havalar nə vaxta qədər davam edəcək?

Azərbaycan ərazisində isti hava şəraiti davam edəcək. Cumhuriyyət.az-ın xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı xəbərdarlıqda bildirilir. Bakıda və Abşeron yarımadasında avqustun 15-dək anomal isti hava şəraitinin davam edəcəyi, maksimal temperaturun 35-39, bəzi günlərdə 41 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında da avqustun 15-dək havanın maksimal temperaturu 35-40, Naxçıvan […]

Müdafiə naziri Xüsusi Təyinatlı Qüvvələrin Tədris Mərkəzində

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti avqustun 11-də Xüsusi Təyinatlı Qüvvələrin Tədris Mərkəzində olub. Nazirlikdən Qaynarinfo.az-a verilən məlumata görə, təlim sahəsinə gələn müdafiə naziri xüsusi təyinatlı kursantların döyüş hazırlığı məşğələsinin gedişatı ilə maraqlanıb və təlim məşqlərini izləyib. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsəsən, aprel döyüşlərindən sonra xüsusi təyinatlıların […]

“Azərbaycana qonaq kimi gedəcəyəm, başqa heç cür” – Nicat Rəhimov

Azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimov (77 kq) Rio Olimpiadasının qalibi olduqdan sonra KİV nümayəndələrinin suallarını cavablandırıb. Qaynarinfo.Az saytının məlumatına görə, Azərbaycan yığmasından imtina edərək, Qazaxıstan millisini seçən 23 yaşlı idmançı dünya və Olimpiya rekordu ilə qazandığı qələbəni şərh edib. – Təbrik edirik. İlk təəssüratların necədir? – Hələ bilmirəm. Olimpiya çempionu özünü necə hiss edir (gülür). – […]

Deputat Tahir Süleymanlının milyon dollarlıq vilasının görüntüləri

Sosial şəbəkələrdə Şabranın deputatı Tahir Süleymanlının milyon dollarlıq villasının görünütüsü yayılıb. Videonu tanınmış blogger Mehman Hüseynov çəkib. Video çəkilən zaman Mehman Hüseynova deputatın qohumları tərəfindən təzyiq də olunub, çəkilişin silinməsi tələb edilib. Maraqlıdır ki, 2250 manat maaş alan deputat, milyonluq villaya necə sahib olub? Tahir Süleymanlının milyon dollarlıq villasının görüntülərini təqdim edirik:

Vergi borcuna görə 380 müəssisə rəhbərinə ölkədən çıxmaq qadağan edilib

Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanları rəhbərlərinin adını açıqlayıb. Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, 10 avqust tarixinə vergi borcu olduğuna görə 380 müəssisə rəhbərinin ölkədən çıxması qadağan edilib. Bu şəxslər arasında 10 nəfər xarici vətəndaş da var. Nazirlik vergi ödəyicilərinin borcunu açıqlamayıb.

Sarkisyan Nalbandyanı istefaya göndərir

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan vəzifəsindən uzaqlaşdırıla bilər. Bu barədə Ermənistanın “Qraparak” qəzeti öz mənbəyinə istinadən yazıb. Bildirilir ki, prezident Serj Sarkisyan yeni kadr dəyişikliyi aparmaq niyyətindədir: “O, xarici siyasət idarəsi rəhbəri vəzifəsini prezident administrasiyası rəhbəri Viqen Sarkisyana həvalə etmək niyyətindədir. Onun XİN rəhbəri təyin ediləcəyi ilə bağlı əvvəllər də xəbərlər yayılırdı”. Qəzetin məlumatına […]

Dövlət İmtahan Mərkəzinin səlahiyyətləri artırıldı

Dövlət İmtahan Mərkəzinə dövlət qulluğu sahəsində yeni funksiyalar verilib. Cumhuriyyət.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasından verilən məlumatda bildirilir. Qeyd olunur ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Dövlət İmtahan […]

Azərbaycanda idxalına və istifadəsinə icazə verilmiş dərman vasitələrinin sayı açıqlanıb

Azərbaycanda idxalına və istifadəsinə icazə verilmiş dərman vasitələrinin sayı açıqlanıb. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda ölkədə idxalına və istifadəsinə icazə verilmiş 4446 adda dərman vasitəsi var. Qeyd olunub ki, son 2 ildə 1 – “Bioparoks” dərman vasitəsinin dövlət qeydiyyatı ləğv edilib və satışdan çıxarılıb.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2016
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031