Kristin Laqard Avropa Mərkəzi Bankının sədri vəzifəsinə təsdiqlənib

Kristin Laqard Avropa Mərkəzi Bankının sədri vəzifəsinə təsdiqlənib. APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Avropa ittifaqına (Aİ) üzv dövlətlərin rəhbərlərinin sammitində müvafiq qərar qəbul edilib. K. Laqard noyabr ayının 1-dən etibarən yeni vəzifəsinin icrasına başlayacaq. Qeyd edək ki, bir müddət əvvəl Avropa Parlamenti K. Laqardın Avropa Mərkəzi Bankının sədri postuna təyinatını dəstəkləyib. O […]

Ərdoğan ABŞ-la razılaşmadan danışdı

Cümə namazından çıxan zaman jurnalistlərin suallarını cavablayan Prezident Ərdoğan, ABŞ-la baş tutan razılaşma haqqında açıqlama verib. Ərdoğan 120 gün uğurla başa çatsa, oktyabrın 11-də Putinlə görüşün olacağını deyib: “Bir neçə gün öncə ABŞ prezidenti Donald Trampla telefon danışığımızda ona Ankaraya heyət göndərə biləcəyini və heyətlərarası görüş keçirə biləcəyimizi bildirdim. Sağ olsun, cənab Pensin rəhbərliyi altında dövlət […]

Yerli məhkəmələrə yeni səlahiyyət verilir

Daşınar əmlakın yüklülüyü haqqında qanunvericiliyin pozulması ilə əlaqədar inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri baxacaq. APA-nın məlumatına görə, bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Qeyd edək ki, daşınar əmlakın yüklülüyü haqqında qanunvericiliyin pozulması, yəni daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə “Daşınar əmlakın yüklülüyü haqqında” qanunda nəzərdə tutulmuş məlumatların təqdim edilməməsinə, habelə reyestrə […]

Prezident “Qaçqınkom” sədrini qəbul edib – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevi qəbul edib. Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb. APA-nın məlumatına görə, oktyabrın 22-də keçiriləcək iclasın gündəliyinə 23 məsələ daxil edilib. Bunlar “Standartlaşdırma haqqında”, “Məşğulluq haqqında”, “Kinematoqrafiya haqqında”, “Reklam haqqında”, “Uşaq hüquqları haqqında” və s. qanunlara, Mülki və İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihələridir.

Partiya üzvü olmayan deputatları MSK-da təmsil edəcək şəxs müəyyənləşəcək

Milli Məclisin heç bir siyasi partiyaya mənsub olmayan deputatlarını MSK-da təmsil etmək üçün yeni üzv müəyyənləşəcək. APA-nın xəbərinə görə, bu barədə Milli Məclisin heç bir siyasi partiyaya mənsub olmayan deputatları tərəfindən MSK-nın boş olan üzvü vəzifəsinə namizədliyin irəli sürülməsi haqqında sənəddə bildirilib. Belə ki, Rövzət Afət oğlu Qasımovun Azərbaycan Respublikası Milli Məclisinin heç bir siyasi […]

Azərbaycanda narkotik vasitələrdən istifadə leqallaşdırılacaq – Direktor

“Gec-tez Azərbaycanda yüngül narkotik vasitələrdən istifadə leqallaşdırılacaq”. Bunu APA-ya açıqlamasında Respublika Narkoloji Mərkəzinin direktoru Araz Manuçeri-Lalei deyib. Respublika Narkoloji Mərkəzinin direktoru bildirib ki, bir sıra ölkədə yüngül narkotik vasitələrdən istifadə leqallaşdırılıb, bəzilərində bu məsələ müzakirə edilir. Onun sözlərinə görə, yüngül narkotik vasitələr ilk dəfə Niderlandda leqallaşdırılıb: “Bu gün Niderlandda çoxlu sayda narkotik istifadəçisi var. Amma […]

Ərdoğan sərt və güclü bir liderdir – Tramp

ABŞ prezidenti Donald Tramp, Texasda bir tədbirə qatılıb.  Tədbirdə çıxış edən Tramp Türkiyə ilə ABŞ arasında təmin edilən Suriya razılaşmasına görə Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib. O ABŞ ilə Türkiyə arasında Firatın şərqi mövzusunda əldə edilən razılaşmayla bağlı bu fikirləri səsləndirib: “Bu gün, Orta Şərqdə böyük  gündür. Qeyri-adi bir hal idi, amma bundan əvvəl heçkimin […]

“İqtidardakı bəzi şəxslər hakimiyyətə qarşı narazılıq yaratmaq istəyirlər” – Həkim-cərrahdan Prezidentə müraciət

Tikinti şirkəti tərəfindən evi qanunsuz olaraq uçurulan, buna görə kompensasiya ala bilməyən tibb elmləri üzrə fəlsəfə doktoru, Rusiya Proktoloqlar Cəmiyyətinin, Çexiya Həkimlər Birliyinin və Avropa Endoskopik Cərrahlar Birliyinin üzvü Qafar Bədəlxan oglu İskəndərov Prezident İlham Əliyevin son iqtisadi müşavirədə verdiyi açıqlamalardan sonra yenidən dövlət başçısına müraciət edib.  Bu haqda məlumat verməzdən öncə qeyd edək ki, Qafar […]

“Qarabağ” – APOEL matçında təhlükəsizlik xidmətinin əməkdaşı olacaq

“Qarabağ”la matçımıza maraq azdır. Yanımızda çox azarkeş olmayacaq. Bütün tənzimləmələr edilib. Əlavə təhlükəsizlik olacaq və buna görə hər şeyin yaxşı keçəcəyini düşünürük”. “Report” “24sports”a istinadən xəbər verir ki, bunu Kipr APOEL-inin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nektarios Petevinos “Qarabağ”la keçirəcəkləri UEFA Avropa Liqasının III tur matçından öncə deyib. Petevinos bu görüşün Ağdam təmsilçisi üçün həddindən artıq […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2019
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031