Dövlətə xəyanətdə təqsirləndirilən jurnalistin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində “xeberman.com” və “press-az.com” informasiya saytlarının təsisçisi və baş redaktoru, dövlətə xəyanətdə ittiham edilən Aslanov Polad İsrayıl oğlunun cinayət işi üzrə hazırlıq iclası keçirilib. APA-nın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda anket məlumatları dəqiqləşdirilib. Prosesdə vəkil Elçin Sadıqov  təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi və məhkəmə prosesində müdafiəçisinin yanında […]

Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait artıb

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna bu il fevralın 3-dək daxil olan vəsait açıqlanıb. Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, Silahlı Qüvvələrə Yardım Fonduna bu ill fevralın 3-dək 107.345.468,57 AZN, 213.577.88 ABŞ dolları, 17.566 avro və 5000,0 rubl vəsait daxil olub.

ABŞ-ın Bakıdakı səfirliyindən koronavirus bəyanatı

ABŞ-ın Azərbaycandakı səfirliyi koronavirusun yayılması ilə əlaqədar bəyanat verib. Səfirliyin feysbuk səhifəsində yerləşdirilən bəyanatda qeyd olunur ki, ABŞ Prezidentinin rəsmi müraciətinə əsasən, ABŞ vətəndaşı olmayan və ya ölkə ərazisində daimi yaşayış hüququ olmayan şəxslərə Honq Konq və Makao istisna olmaqla Çin ərazisində olduqdan sonra 14 gün ərzində ABŞ ərazisinə daxil olması qadağan edilir. “Əgər siz […]

Ağciyər Xəstəlikləri İnstitutunda daha iki xəstə ölüb

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda daha bir ölüm faktı qeydə alınıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) APA-ya verilən məlumata görə, 1983-cü il təvəllüdlü Quba sakini yanvarın 17-də ağciyərlərin səpələnmiş vərəmi, infiltrasiya mərhələsi, boyun limfa vəzilərinin vərəmi, xroniki böyrək çatışmazlığı, böyrək transplantasiyasından sonrakı vəziyyətlə Reanimasiya şöbəsinə daxil olub. Xəstə fevralın 2-də saat 05:10-da ağciyər–ürək çatışmazlığından ölüb. *** […]

Azərbaycanda yeni seçki məntəqələri yaradılıb – SİYAHI

Milli Məclisə seçkilərlə əlaqədar məcburi köçkün rayonlarının dairə seçki komissiyalarının (DSK) tərkibində yeni seçki məntəqələri yaradılıb. “Report”un əldə etdiyi məlumata görə, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin tərkibində yeni 57 saylı (Abşeron rayonunda Stansiya-Sumqayıt ərazisində salınmış şəhərcikdə, Qubadlı rayon Hal Kənd tam orta məktəbinin binasında), 58 saylı (Qaradağ rayonu, “Qobu Park 2” yaşayış kompleksində, Zəngilan rayon […]

MSK Fərəc Quliyevin səs yazısına münasibət bildirib

31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Mehman Hüseynov sosial şəbəkələrdə eyni dairədən digər namizəd Fərəc Quliyevlə olan söhbətinin səs yazısını yayıb. “Report”un xəbərinə görə, səs yazısında Mehman Hüseynova pul təklif olunur. Artıq Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Fərəc Quliyev mətbuat vasitəsilə seçkilərdə rəqibi olan Mehman Hüseynovun aralarında olan söhbətlə […]

Ötən ay 18 nəfər qidadan zəhərlənib – RƏSMİ

Yanvar ayı ərzində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı Mərkəzi”nə ümumilikdə 1985 müraciət daxil olub. Agentlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, daxil olan müraciətlərdən 401-i sertifikatlaşdırma və qeydiyyat, 429-u idxal-ixrac əməliyyatları, 187-i istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub. Qida zəhərlənmələri ilə bağlı Agentliyə 42 müraciət daxil olsa da, onlardan yalnız 18-i öz […]

Ağciyər Xəstəlikləri İnstitutunda daha bir xəstə ölüb

Elmi-tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda daha bir ölüm faktı qeydə alınıb. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”dən (TƏBİB) APA- ya verilən məlumata görə, 1977-ci il təvəllüdlü Şəki rayon sakini ağciyərlərin infiltrativ vərəmi (dağılma mərhələsi), kəskin ağciyər- ürək çatışmazlığı ilə təcili yardımla prekomatoz vəziyyətində yavarın 30-da saat 21.45 daxil olub. Xəstə fevralın 3-də saat 07.30-da ölüb. Qeyd edək ki, […]

YANVARDA PUL OLMADI… – KİVDF-də nə baş verir?

Prezident Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) növbəti yarım il üçün elan etdiyi müsabiqənin qalibləri hələ də açıqlanmayıb.   KİVDF-nin saytında yerləşdirilən məlumata görə, yanvar ayının 10-da müsabiqə bitib. Həmin tarixdən üç həftədən artıq vaxt ötsə də, Fond maliyyə ayrılacaq nəşrlərin adlarını açıqlamayıb. Qeyd edək ki, Fondun fəaliyyətdə olduğu 13 il ərzində […]

Azərbaycanda anomal istilər müşahidə olunacaq – Temperatur 20 dərəcəyədək yüksələcək

“Fevralın 2-də çoxillik göstəricilər ilə müqayisədə havanın temperaturu 3,4 dərəcə yüksək olub və Bakıda 11 dərəcəyədək yüksəlib”.   Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.   Onun sözlərinə görə, regionlarda 13 dərəcəyədək isti müşahidə olunub. Dağlıq ərazilərdə isə 2 dərəcəyədək müsbət temperatur qeydə alınıb.   Yaxın 2 […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2020
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
242526272829