Deputatlığa namizəd təltif edildi: “Gömrük əməkdaşlığının möhkəmləndirilməsinə görə” döş nişanı ilə…

Cumhuriyyet.az xəbər verir ki, deputatlğa namizəd, tanınmış kardiocərrah Rəşad Mahmudov Dövlət Gömrük Komitəsi tərəfindən təltif edilib. Məşhur həkim bu təltifə uzunmüddətli və səmərəli xidmətlərinə görə layiq görülüb.   R.Mahmudov sosial şəbəkədəki hesabında məlum informasiyanı təsdiqləyib:   “Bu gün “GÖMRÜK ƏMƏKDAŞLIĞININ MÖHKƏMLƏNDİRİLMƏSİNƏ GÖRƏ” DÖŞ NİŞANI ilə təltif olundum. Bu “Elm, Tədris və Təlim Mərkəzinin” rəhbəri kimi […]

“Nar” ictimai fəallığı ilə seçilmiş gəncləri təbrik etdi

Hər zaman gənclərə dəstək olan, onların peşəkar karyera qurmalarına, maariflənməsinə və asudə vaxtının səmərəli keçirilməsinə çalışan “Nar”, 2 fevral – Gənclər Günü münasibətilə istedadlı və yaradıcı gənclərə öz dəstəyini göstərib. Belə ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş mükafatlandırma mərasimində mobil operator uğurlu fəaliyyəti ilə seçilmiş tələbə gənclər təşkilatlarını təbrik edib.     Gənclər […]

Bakıda bankın mühafizəçisi bıçaqlanıb – Saxlanılan var

Bakıda bankın mühafizəçisini bıçaqlayan şəxs saxlanılıb.   “Report”un xəbərinə görə, hadisə “MuğanBank” ASC-nin filiallarından birində qeydə alınıb.   Belə ki, müştəri ilə bankın mühafizəçisi arasında avtomobilin park edilməsi üstündə mübahisə yaranıb. Daha sonra müştəri mühafizəçinin ağız nahiyəsinə bıçaqla xəsarət yetirib.   Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən, 1968-ci il […]

“BİZƏ AÇIQ DEYİN, GÖRƏK ORDA NƏ BAŞ VERİB…” – “Bu artıq satqınlığa oxşayır!”

Yanvarın 29-u və 30-unda Cenevrədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistanın XİN başçısı Zöhrab Mnatsakanyan arasında növbəti danışıqlar raundu baş tutub.   “AzPolitika.info” Cenevrə danışıqları, müzakirə olunan məsələlər, tərəflərin mövqeyi və mümkün nəticələr haqqında Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarovla söhbət edib.   – Tofiq müəllim, Azərbaycan və Ermənistan xarici işlər nazirləri ATƏT-in […]

Prezident Polad Bülbüloğluna “Heydər Əliyev” ordenini təqdim edib

Fevralın 3-də Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Polad Bülbüloğluna “Heydər Əliyev” ordenini təqdim edib.   Məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

İŞİD Londonda terror aktının məsuliyyətini üzərinə götürüb

İŞİD terror təşkilatı ötən gün Londonda baş vermiş terror aktının məsuliyyətini öz üzərinə götürüb.   APA-nın xəbərinə görə, bu barədə “İndipendent” məlumat yayıb.   Xatırladaq ki, ötən gün Londonun Stretem rayonunda naməlum şəxs bıçaqla insanlara hücum çəkib. Nəticədə üç nəfər yaralanıb, hadisəni törədən şəxs polis tərəfindən güllələnərək zərərsizləşdirilib.

Süni mayalanma və transplantasiyanın Xidmətlər Zərfinə daxil edilməsi planlaşdırılır

“Gələcəkdə süni mayalanmanın və transplantasiya xidmətlərinin müvafiq şərtlər əsasında icbari tibbi sığortanın təminatına daxil edilməsi planlaşdırılır”.   Bu barədə APA-nın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib. Qeyd olunub ki, ilkin mərhələdə Xidmətlər Zərfinə ölkədə geniş yayılmış, əlillik və ölüm riski olan xəstəliklərin müalicəsi, həyati vacib-dəyəri yüksək olan əməliyyatların təminata alınması […]

“LOTU QULİ”Nİ ÖLDÜRMƏK İSTƏYƏNLƏR SAXLANILDI! – Türkiyə polisindən ŞOK əməliyyat

Azərbaycanlı kriminal avtoritet “Lotu Quli”yə (Nadir Səlifov) sui-qəsd etmək istəyən şəxslər İstanbulda saxlanılıb. “Report”un xəbərinə görə, bu barədə Türkiyənin “Milliyet” qəzeti məlumat yayıb. Bildirilib ki, ümumilikdə 17 nəfər şübhəli saxlanılıb. Məlumatda qeyd olunur ki, yanvarın 31-də Türkiyə polisinin keçirdiyi əməliyyat nəticəsində saxlanılanlardan 9-u azərbaycanlı, 5-i gürcüstanlı, 2 ukraynalı və 1 rusiyalıdır. Həmin şəxslərin üzərindən 11 tapança, avtomat […]

PA-nın məsul işçilərinin fevralda vətəndaşların qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçilərinin 2020-ci ilin fevral ayında respublikanın bir sıra şəhər və rayonlarında vətəndaşların qəbulu cədvəli açıqlanıb. APA-nın xəbərinə görə, qəbul keçiriləcək şəhər və rayonlar aşağıdakılardır: 14 fevral 2020-ci il Abşeron rayonu Astara rayonu İmişli rayonu Tərtər rayonu Zərdab rayonu 28 fevral 2020-ci il Gəncə şəhəri Şəki şəhəri Şamaxı rayonu Zəngilan rayonu […]

Azərbaycanda 615 şagird buraxılış imtahanlarından azad edilib

Psixoloji-tibbi-pedaqoji komissiyaların qərarı əsasında buraxılış imtahanlarından azad edilmiş şagirdlərin siyahısı açıqlanıb. Dövlət İmtahan Mərkəzindən (DİM) APA-ya verilən məlumata görə, 2019/2020-ci tədris ilində Təhsil Nazirliyi və şəhər (rayon) təhsil şöbələrində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyaların qərarı əsasında DİM tərəfindən 2020-ci il fevralın 3-dək 615 nəfər IX və XI sinif şagirdi buraxılış imtahanlarından azad edilib. Siyahı ilə tanış olmaq […]

Photo Gallery

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Fevral 2020
BE ÇA Ç CA C Ş B
« Yan    
 12
3456789
10111213141516
17181920212223
242526272829