DİN bəzi namizədlərin polisə çağırılması barədə yayılan məlumatlara münasibət bildirib

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov son günlər bir sıra kütləvi informasiya vasitələrində parlament seçkilərinə qatılan bəzi namizədlərin polis orqanlarına çağırılması ilə bağlı məlumatlara münasibət bildirib. APA-nın xəbərinə görə, E. Zahidov bildirib ki, həmin iddiaların heç bir əsası yoxdur və bu, dezinformasiyadır: “Polis seçkiqabağı təşviqat prosesinin gedişinə müdaxilə etmir və qanunla da […]

MMəzahir Pənahov: “Bütün seçki subyektlərinin hüquqlarını qorumaq MSK-nın borcudur”

“Seçkilərdə heç kimin hüququnun pozulmasından söhbət gedə bilməz”. APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında bildirib. M. Pənahov qeyd edib ki, bütün seçki subyektlərinin hüquqlarını qorumaq MSK-nın borcudur: “Bütün xoşagəlməz hallarla bağlı hər kəs MSK-ya müraciət edə bilər. MSK-ya hər hansı müraciət daxil olsa, biz oraya gedəcəyik”

Rəhim Qazıyevin keçmiş kürəkəni avtomobilin şinlərini kəsib – RƏSMİ

“Rəhim Qazıyevin övladlarına məxsus avtomobilin şinlərinin kəsilməsi ailə münaqişəsi zəminində baş verib. Sosial şəbəklərdə polisin faktla bağlı tədbirsizliyi ilə bağlı yayılan məlumatlar əsassızdır”. Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. O qeyd edib ki, Yasamal rayonunda Ş.Əzizova və A.Qazıyevanın birgə idarə etdikləri avtomobilin şinlərinin kəsilməsi ilə bağlı fevralın 1-də […]

MSK daha bir nəfərin namizədliyini ləğv etdi

Məzahir Səfər oğlu Şahvələdovun deputatlığa namizədliyi ləğv edilib. Bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında müzakirə edilib. MSK katibi Arifə Muxtarova bildirib ki, 86 saylı İsmayıllı seçki dairəsinin sədri tərəfindən Məzahir Səfər oğlu Şahvələdovun ikili vətəndaşlığının olması ilə bağlı quruma müraciət edilib: “Tərəfimizdən yoxlamalar aparılıb və müraciətin doğruluğu sübuta yetirilib”. Daha sonra məsələ müzakirəyə qoyulub. Müzakirələr nəticəsində […]

Qar yağacaq, temperatur 15-18 dərəcə aşağı enəcək – XƏBƏRDARLIQ

“Bir müddət davam edən anomal isti hava şəraitindən sonra fevralın 7-dən 8-nə keçən gecədən başlayaraq havanın kəskin dəyişəcəyi, Bakıda və Abşeron yarımadasında əsən cənub küləyinin güclü şimal küləyi ilə əvəz olunacağı gözlənilir”. “Report” xəbər verir kİ, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departametinin direktoru Umayra Tağıyeva deyib. O qeyd edib ki, fevralın 9-dan […]

Fəzail İbrahimli seçki təbliğatını uğurla başa çatdırır

69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən deputatlığa namizəd Fəzail İbrahimli təbliğat təşviqat prosesini uğurla başa çatdırır. Milli Qəhrəman Mübariz İbrahimovun doğum günündə Fəzail İbrahimli qəhrəmanın doğma kəndi Əliabadda olmuşdur. Seçki təbliğatının son günündə Fəzail bəy həmçinin Cəlilabad rayonu Ağdaş kəndində əhali ilə görüş keçirib. Fəzail İbrahimli bu kənddə Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş Xəlilov Tarverdi Məmmədxan […]

Rəşad Mahmudov müharibə veteranları və əlilləri ilə bir arada: Təbliğat-təşviqat prosesinə damğa vuran görüş!

Deputatlığa namizəd, yalnız ölkəmizdə deyil, bütün dünyada kifayət qədər tanınan məşhur kardiocərrah Rəşad Mahmudov müharibə əlilləri və veteranları ilə görüşüb.   Cumhuriyyet.az xəbər verir ki, veteran və əlillərin böyük maraq göstərdiyi görüşdə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan qəhrəmanlarımız yad edilib, habelə ölkə başçısının şəhid ailələrinə, veteran və əlillərə olan qayğısından ürəkdolusu bəhs […]

DİN deputatlığa namizədlərlə bağlı araşdırmalar aparacaq

Daxili İşlər Nazirliyi (DİN) 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd Fəzail Ağamalıya qarşı baş verən insidentlə bağlı araşdırma aparacaq. Bu barədə “Report”a DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, hadisə ilə bağlı nazirlik tərəfindən araşdırmalara başlanılacaq. Qeyd edək ki, fevralın 6-da 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd F.Ağamalının Salyan rayonunun Qarabağlı kəndində seçicilərlə görüşündə insident […]

Neftcalada YAP daxilində savaş

Görünən odur ki, Neftçalada hakim partiya iki qadının savaşın qurbanı olacaq və rayonda YAP-a olan etimad tamamilə itəcək Seçki günü yaxınlaşdıqca əsəblər gərilməkdə və namizədlər arasında gərginlik də son həddə çatmaqdadır. Xeber.de-nin məlumatına görə, Neftçalada isə seçki ilə bağlı maraqlı hadisələr baş verir. Belə ki, 61 saylı Neftçala seçki dairəsindən YAP-ın deputatlığa namizədi Gültəkin Sadıqova […]

Fərəc Quliyev MSK-nın qərarına münasibət bildirdi

  31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Mərkəzi Seçki Komissiyasının (MSK) ona xəbərdarlıq etməsi qərarına münasibət bildirib. Bununla bağlı partiyanın rəsmi “Facebook” səhifəsində F.Quliyevin videomüraciəti paylaşılıb. O bildirib ki, rəqibi Mehman Hüseynovun şikayəti əsasında MSK-da müzakirə aparılıb. F.Quliyevin fikrincə MSK onun deyil, M.Hüseynovun barəsində qərar çıxarmalı idi: “Çünki […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2020
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
242526272829