Azərbaycanın sənaye sektorunda biznes inam indeksi azalıb

Bu ilin fevral ayında Azərbaycanda sənaye sektoru üzrə biznes inam indeksi 11,6 bənd təşkil edib. “Report” xəbər verir ki, bu, yanvar ayı ilə müqayisədə 7,5 bənd azdır. Bu ay biznes inam indeksi tikinti sektorunda 4 bənd artaraq 17,8 bənd, ticarət sektorunda 0,3 bənd artaraq 16,5 bənd, xidmət sektorunda isə 3,2 bənd artaraq 16 bənd olub.

Astara xəstəxanasında koronavirusa qarşı soğan işə saldılar – VİDEO

Sosial şəbəkələrdə İrandan Azərbaycana geri qayıdan və koronavirus şübhəsi ilə Astara Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən şəxslərin xəstəxanadakı vəziyyətdən narazı qalmaları ilə bağlı daha bir video görüntü yayılıb.  Virtualaz.org xəbər verir ki, karantində saxlanılanlar spirt, tibbi maska tapa bilmədiklərini deyirlər. Virusun qeydə alındığı şəhərlərdən gələnlərlə koronavirusun aşkarlanmadığı şəhərlərdən gələnlər eyni şöbədə saxlanılır.  Görüntülərdən bəlli olur ki, […]

Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb. Virtualaz.org bildirir ki, sərəncamla 2002-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1985–2001-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan […]

Azərbaycanda koronavirusa ilk yoluxma halı qeydə alındı

Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD – 19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edib. Virtualaz.org-a daxil olan məlumata görə, xəstələnən şəxs Rusiya Federasiyasının vətəndaşıdır. İran İslam Respublikasından Azərbaycana daxil olarkən onda xəstəliyin əlamətləri müəyyən olunub, həmin şəxs xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib. Aparılmış müayinələr və testlər nəticəsində koronavirusa yoluxma testi müsbət […]

Ərdoğan və Putin razılığa gəliblər – Tezliklə görüşəcəklər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin qısa zaman ərzində görüşmək barədə razılığa gəliblər. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Fəxrəddin Altun bildirib. “Bu gün baş tutan telefon danışığı zamanı Türkiyə və Rusiya liderləri ən qısa müddət ərzində görüşmələri barədə razılığa gəliblər”, […]

KORONAVİRUS PANİKASINA QAPILMAMAQ… – Azərbaycanda bu təhlükənin qarşısı necə alınır?

Azərbaycanda koronavirusun aşkarlandığı rəsmən təsdiqləndi. Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD-19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq etdi və məlumatda qeyd olundu ki, xəstələnən şəxs Rusiya Federasiyasının vətəndaşıdır. İran İslam Respublikasından Azərbaycana daxil olarkən onda xəstəliyin əlamətləri müəyyən olunub və həmin şəxs xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib. Aparılmış müayinələr və testlər […]

İranda koronavirusdan ölənlərin sayı 34-ə çatdı

İranda koronavirusdan ölənlərin sayı artıb. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə İran Səhiyyə Nazirliyinin rəsmisi Kiyanuş Cahanpur məlumat verib. Onun sözlərinə görə, ölkədə koronavirusdan ölənlərin sayı 34 nəfərdir. K.Cahanpur bildirib ki, infeksiya daşıyıcılarının sayı 388 nəfərdir. Eyni zamanda 73 nəfər koronavirusdan sağalıb.

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Dünyanın daha iki ölkəsində koronavirusa yoluxma faktı qeydə alınıb. Open.az xəbər verir ki, Belarus və Meksikada koronavirus infeksiyası aşkarlanıb. Belarus Səhiyyə Nazirliyinin açıqlamasına görə, koronavirus daşıyıcısı İranlı tələbədir. O, Belarusa Bakıdan uçub. Xatırladaq ki, dünyada koronavirus infeksiyasından ölənlərin sayı 2 858 nəfərdir. Virus daşıyıcılarının sayı isə 83 380-dan çoxdur.

Bakı polisindən koronavirus açıqlaması

“Koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı yaşayış evlərinə naməlum şəxslərin daxil olması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar tərəfimizdən tam və hərtərəfli araşdırılıb”. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. O qeyd edib ki, yayılan məlumatlar təsdiqini tapmayıb. Xidmət rəisi əlavə edib ki, bu və ya digər […]

Yaponiyada fövqəladə vəziyyət elan olundu

Yaponiyanın Hokkaydo prefekturasında koronavirusla əlaqədar fövqəladə vəziyyət elan edilib. “Report” “Reuters”ə istinadən xəbər verir ki, Yaponiyanın ən şimal prefekturası olan Hokkaydoda koronavirusun yayılması ilə əlaqədar sakinlərdən evdən çıxmamaq xahiş olunub. “İnfeksiyanın qarşısını almaq üçün əlimizdən gələni etsək də, virus yayılmağa davam edir”, – prefekturanın rəhbəri Naomiçi Sudzuki açıqlayıb. Məlumata görə, fövqəladə vəziyyət bu il martın […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2020
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
242526272829