Daha 5 ölkədə koronavirusa ilk yoluxma qeydə alındı

Koronavirusun yayılma coğrafiyası genişlənib. “Report” xarici KİV-ə istinadən xəbər verir ki, Puerto Riko (3 nəfər), Surinam (1), Qvatemala (1), Aruba (2) və Uruqvayda (4) koronavirusa ilk yoluxma faktı qeydə alınıb. Yoluxmaların əksəriyyəti daha öncə xaricə səfərlə bağlıdır. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 145 ölkədə qeydə alınıb. […]

Azərbaycan-Gürcüstan sərhədində xüsusi dəhliz yaradıldı

“Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycan-Gürcüstan istiqamətində nəqliyyat vasitələrinin məhdudlaşdırılması 10 gün ərzində həyata keçiriləcək. Gürcüstan və Azərbaycan sərhədində yaradılmış xüsusi dəhliz də bu müddətdə fəaliyyət göstərəcək”. Bunu “Report”a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, dəhliz vasitəsilə Azərbaycanda olan Gürcüstan vətəndaşları […]

Tokioda sakura bir həftə tez çiçəklədi

Tokioda sakuranın (yapon vişnəsi) çiçəkləmə mövsümü başlayıb. “Report” xəbər verir ki, qışın ilıq keçməsi üzündən builki çiçəkləmə mövsümü bir həftə tezləşib. Mövsümün başlandığını Yasukuni Şinto məbədindəki nümunəvi sakura ağacını nəzərdən keçirən Tokio Meteorologiya Departamenti bildirib. Maraqlıdır ki, bu gün günorta saatlarında paytaxtda qar yağıb, hava hərarəti qəfildən müsbət 2 dərəcəyə enib. Sabah isə hava hərarətinin […]

“Apple” mağazaları 2 həftəlik bağlanacaq

ABŞ-ın “Apple” şirkəti koronavirusun (COVİD 19) yayılmasına görə, Çindən kənarda olan bütün mağazalarını martın 27-dək bağlayıb. “Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şirkətin CEO-su Tim Kuk məlumat verib. Onun sözlərinə görə, şirkət koronavirusun araşdırılması üçün 15 milyon ABŞ dolları ayıracaq.

Dünya bazarında Azərbaycan nefti bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,79 ABŞ dolları, yaxud 2,44% artıb. “Report” xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti33,14 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ […]

Bakıda sərnişin daşıyan şirkət 20 min manat cərimələndi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti “Monella” MMC barədə inzibati protokol tərtib edib. “Report” xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi bu protokola əsasən, şirkətin 20 min manat cərimə edilməsi barədə qərar çıxarıb. Şirkət İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən […]

Azərbaycanda koronavirusa yoluxan daha 3 nəfər sağaldı – RƏSMİ

Koronavirus (COVİD-19) infeksiyasına yoluxduğu müəyyən edilən 3 Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıblar. Bu barədə virtualaz.og-a Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan məlumat verilib. Bu günə olan məlumata görə, Azərbaycanda 19 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilib. Onlardan 6 nəfəri artıq müalicə olunaraq sağalıb. Hazırda xüsusi rejimli xəstəxanalarda olan digər şəxslərin […]

Akademik Musiqili Teatrda dezinfeksiya işləri aparılıb

Son günlər dünyada pandemiya səviyyəsinə çatan Koronovirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində də yayılmasının qarşısının alınması məqsədilə müvafiq dövlət qurumları tərəfindən zəruri profilaktik tədbirlər həyata keçirilir. Ölkəmizdə fəaliyyət göstərən bir çox idarə və müəssisələr kimi Azərbaycan Dövlət Akademik Musiqili Teatrında da bu istiqamətdə çox mühüm işlər aparılıb. Akademik Musiqili Teatrın mətbuat xidmətindən bildirilib ki, virus təhlükəsi […]

Gürcüstanda koronavirusa yoluxan azərbaycanlı sağaldı

Gürcüstanda koronavirusa ilk yoluxma halının təsdiq olunduğu 50 yaşlı azərbaycanlı sağalıb. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya bildirib. Onun sözlərinə görə, pasiyent 24 saat ərzində həkim nəzarətində saxlanılacaq və təkrar analizdən sonra evə buraxılacaq. Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-da qeydə […]

Operativ qərargahdan repetitorlara xəbərdarlıq – “Tədrisin dayandırılması haqda qərar hamıya aiddir”

Azərbaycanda koronavirusun yayılmasının qarşısını almaq və bu sahədə aparılan profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə sabahdan ölkə ərazisində xüsusi rejim tətbiq olunacaq. Bundan əvvəl isə bütün təhsil müəssisələrində tədris martın 3-dən 27-nə qədər dayandırılmışdı. Virtualaz.org xəbər verir ki, bütün ölkə üzrə tədris prosesi dayandırılsa da belə görünür ki, bəzi […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031