Bakcell Binədə yaşayan aztəminatlı ailələrə ərzaq yardımı edib

Bakcell şirkəti xüsusi karantin rejimi dövründə Azərbaycan vətəndaşlarına dəstək göstərmək məqsədilə həyata keçirilən genişmiqyaslı tədbirlər planı çərçivəsində Bakının Binə qəsəbəsində yaşayan aztəminatlı ailələr üçün ərzaq yardımı proqramı həyata keçirib. Ötən həftə Bakcell əməkdaşları Binədə yaşayan 650 aztəminatlı ailəyə baş çəkib və şirkət adından yardım qutularını təqdim ediblər. Xəzər Rayon İcra Hakimiyyəti və Binə Bələdiyyəsinin təşkilati […]

“ABŞ prezidenti seçilsəm, İsrailin…” – Baydendən şok açıqlama

“Prezident seçilsəm, ABŞ-ın İsraildəki səfirliyini Qüdsdən Təl-Əvivə geri köçürməyəcəyəm”. Teleqraf.com xəbər verir ki, bunu Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Co Bayden deyib. “Köçürülmə bu formada olmamalıydı, sülhün təmin olunmasına yardım edəcək geniş çərçivəli anlaşma imzalanmalı idi. Amma indi bunu ediblər, seçilsəm səfirliyi Qüdsdən Təl-Əvivə geri qaytarmayacağam”, – Bayden qeyd edib. Prezident Donald Tramp ABŞ-ın İsraildəki […]

Koronavirus ağciyərlərdə həmişəlik qala bilər – Çinli alimlər açıqladı

Çinli alimlər yeni kəşfə imza atıb. Belə ki, koronavirusun ağciyərlərdə həmişəlik qala bildiyi iddia edilir. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, həkimlər COVID-19-dan sağalıb evə buraxılan 78 yaşlı qadını buna misal çəkib. Bildirilib ki, xəstə uğurlu müalicədən sonra evə buraxılıb. Buraxılmazdan əvvəl 3 testdən keçirilib – hər üçünün nəticəsi mənfi olub. Lakin qadın xəstəxanadan çıxandan […]

Xərçəng diaqnozunda İNQİLAB: sadəcə bu yolla tapmaq mümkün olacaq – VİDEO

Video əlavə olunub. xxx Xərçəng xəstəliyini daha erkən dövrlərdə aşkarlamaq mümkün olacaq. Publika.az xəbər verir ki, bu, qan analizi vermək kimi sadə üsulla gerçəkləşdiriləcək. “Science” dərgisində yer alan araşdırmaya görə, orqanizmdə simptomlarına rast gəlinməyən xərçəng xəstəliyinin bir çox növləri bu üsulla üzə çıxarılacaq. Araşdırmanın sınaqları daha əvvəl xəstəliyin heç bir simptomunu büruzə verməyən minlərlə insan üzərində […]

Əfsanəvi oyunçu karyerasına son qoyacaq

Mövsümün əvvəlində “Beşiktaş”dan “Kasımpaşa”ya transfer olan ulduz futbolçu Rikardo Kuarejma karyerası haqqında qərar verib. Publika.az-ın xəbərinə görə, 37 yaşlı futbolçu vətəni Portuqaliyaya qayıdıb karyerasına son qoymaq istəyir. “Porto”ya qayıtmaq və karyeramı orada bitirmək istəyirəm. Amma buna təkbaşına qərar verə bilmərəm. “Kasımpaşa” ilə bu mövzuda görüşdükdən sonra dəqiqləşdirə bilərəm. Nə olacağını zaman göstərəcək”. Qeyd edək ki, təcrübəli […]

Dünya 3-cü müharibənin kandarından döndü: Rusların nüvə raketlərini daşıyan təyyarə 4 ölkənin…

Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Tu-160 nüvə potensiallı döyüş təyyarələri Avropanın şimalında 8 saat boyunca uçuş həyata keçirib. Publika.az xəbər verir ki, ölkənin Müdafiə Nazirliyi uçuşdan 1 dəqiqəlik video yayımlayıb. Nazirlikdən verilən məlumatda bildirilib ki, 12 ədəd nüvə raketi daşıyan strateji bombardmançılar 4 ölkənin – Polşa, Danimarka, İsveç və Finlandiya qırıcıları tərəfindən mühasirəyə alınıb. Görüntülərdə Danimarkaya […]

ABŞ-da Qarabağla bağlı TƏHLÜKƏLİ OYUN: 30 senator…

ABŞ-da erməni lobbisi Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində Ermənistan tərəfindən yaradılan separatçı rejimə maliyyə yardımının artırılması istiqamətində hərəkətə keçib. Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, ABŞ-ın 30 senatoru Qarabağda guya minaların təmizlənməsi və bərpa xidmətinin göstərilməsi üçün 2021-ci ildə separatçı rejimə verilən maliyyənin artırılması təşəbbüsünə qoşulub. Bu haqda məlumatı ABŞ-dakı erməni diasporunun “Ay-Data komissiyası” […]

Ermənilər Üzeyir bəyin bu əsərini də oğurladı – Video

Azərbaycan xalqına məxsus olan musiqi əsərləri, folklor nümunələri və digər qeyri-maddi mədəni irs nümunələri uzun illərdən bəri ermənilər tərəfindən oğurlanır, mənimsənilir və şəxsi nümunələr kimi təqdim olunur. Milli mətbəximizi, musiqimizi, musiqi alətlərimizi və s. oğurlayaraq öz adlarına çıxarmağa adət edən ermənilərin daha bir sənət əsərimizi mənimsəmə cəhdi üzə çıxıb. Belə ki, dahi Azərbaycan bəstəkarı Üzeyir […]

Daha bir ölkədə koronavirusdan ilk ölüm faktı qeydə alındı

Yəməndə koronavirusa yoluxan 2 nəfər ölüb. “Report” Yemen TV-yə istinadən xəbər verir ki, bu, ölkədə qeydə alınan koronavirusdan ilk ölüm halıdır. Qeyd edək ki, Yəməndə koronavirusa ilk yoluxma faktı aprelin 10-da qeydə alınıb. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus […]

Bakının 20 Yanvar dairəsinə giriş məhdudlaşdırılır

Bakı-Sumqayıt yolunda aparılan yenidənqurma işləri çərçivəsində 30 aprel və 1 may tarixlərində Moskva prospektindən 20 Yanvar dairəsinə şəhərdən çıxış istiqamətinə doğru hərəkət məhdudlaşdırılır. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib. Alternativ olaraq sürücülər Moskva prospektinin əsas yolundan, həmçinin Moskva prospekti – Cavadxan küçəsi – 3-cü mkrn dairəsi və ya Tbilisi prospekti – Ədbdulvahab […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2020
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930