BANKLARIN BAĞLANMASI DAVAM EDƏCƏK? – “Tam yoxlama olsa…”

“Azərbaycan Mərkəzi Bankı (AMB) hələ ki, bank sektorunda tam yoxlama aparmayıb”. “Report” xəbər verir ki, bunu AMB sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında bildirib. “Sektorda yalnız ilkin yoxlama aparılıb. Tam yoxlama olsa yəgin ki, məlum 4 bank (“AGBank”, “Amrah Bank”, “Atabank” və “NBC Bank”) kimi bankların sayı çox olar. Onu da deyim ki, hazırda bankların […]

Azərbaycan Güləş Federasiyasının sabiq vitse-prezidenti koronavirusdan ölüb

Azərbaycan Güləş Federasiyasının sabiq vitse-prezidenti Maqomed Aliomarov vəfat edib. Apasport.az saytının məlumatına görə, bunu Rusiya Güləş Federasiyasının prezidenti Mixail Mamiaşvili açıqlayıb. O bildirib ki, qadınlardan ibarət Rusiya millisinin çalışdırıcısı koronavirusun səbəb olduğu xəstəlikdən ölüb: “Bəli, koronavirus. İnanmaq istəmirəm. O qədər planlar, o qədər vəzifələr, o qədər enerji var idi. O, ətrafında bütün qızları toplamışdı”. Aliomarov mayın […]

Qobustanda Qafqaz Albaniyasına aid abidə dağılıb – Fotolar

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutuna Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Dövlət reyestrinin aparılması, abidələrə və tədqiqatlara nəzarət sektorunun müdiri P.Q.Nəcəfovun Qobustan rayonu Sündü kəndi ərazisində tikinti işləri zaman saxsı qab nümunələrinin aşkar edilməsi haqqında məlumat daxil olub. İnstitutdan verilən məlumata görə, Qobustan rayonunun Sündü kəndi tarixi baxımından unikal […]

“Koronavirusun ikinci dalğası başlayır”: xəbərdarlıq

Azərbaycanda da durum əvvəlki ongünlüklə müqayisədə pisə doğru dəyişib Dünyanın bir çox ölkələrində koronavirus pandemiyasının ikinci dalğası başlayır. Bunun səbəbi kimi bildirilir ki, insanlar sosial məsafə saxlamayıb, qaydalara əməl etmirlər. Eyni zamanda bir çox tibb sahəsi üzrə alimlər bildirirlər ki, bu, gözlənilən idi. Çünki evdə qalan insanların immunitet sistemi zəifləyib və onlar bu kimi viruslara […]

ABŞ səhvən açıqladı: “Əkiz qüllər”ə hücum edən…

ABŞ Federal Təhqiqat Bürosu (FTB) 11 sentyabr 2001-ci ildə Nyu Yorkdakı Dünya Ticarət Mərkəzində baş verən terror hadisəsində Əl Qaidə terrorçularına kömək etməkdə şübhəli bilinən Səudiyyə rəsmisinin adını səhvən açıqlayıb. Axar.az xəbər verir ki, bu barədə “Yahu Nyus” nəşri məlumat yayıb. Bildirilir ki, həmin şəxsin adı Mussaed Əhməd əl-Cərrahdır. O, 1999-2000-ci illərdə Səudiyyə Ərəbistanının ABŞ-dakı […]

FETÖ Azərbaycana yeni layihələrlə gəlir – İLGİNC

Qardaş Türkiyədə 2015-ci ildə onlarla insanın ölümü ilə nəticələnmiş dövlət çevrilişinə cəhddən sonra Azərbaycandakı dayaqları sarsıdılan FETÖ qruplaşması yenidən baş qaldırmaqdadır. Uzun illər boyu Fətullah Gülənin tərəfdarlarının yüksək mənsəb sahibi olduğu Azərbaycanda 2015-ci ilin iyulundan sonra təşkilatın dayaqları ciddi şəkildə sarsıdılmışdı. Belə ki, FETÖ-yə bağlı xeyli məmur vəzifəsindən alınmış, FETÖ maliyyəsi ilə fəaliyyət göstərən məktəblər […]

AMEA-nın elmi işçisi yazır: Yaltaqlığın elmi-konseptual əsaslarına giriş

Karantin, bilavasitə, psixoloq səriştəmi də üzə çıxardı. Və özüm üçün qeyd etdiyim psixoloji tezislərimdən aktual olanları sizinlə bölüşmək qərarına gəldim. Qeyd edək ki, bu tezislər müşahidələrim əsnasında ərsəyə gəlmişdir. İlk öncə Yaltaqlıq Sindromuyla bağlı qənaətlərimi eksklüziv olaraq sizə təqdim edirəm: Siyasi nəzəriyyə yaltaqlığın bir siyasi türyuk olaraq müxtəlif tipologiyalarını fərqləndirir. Ən geniş yayılmış tipologiya yaltaqlıq […]

ABŞ Konqresi Donald Trampın impiçmentinə dair səsverməni təxirə salıb

ABŞ Konqresi Prezident Donald Trampın impiçmenti proseduruna icazə verilməsi barədə səsverməni təxirə salıb. AZƏRTAC Fox News telekanalına istinadla xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bildirib. Bunun demokratlar üçün vacib məsələ olduğunu vurğulayan Nensi Pelosi deyib: “Səsvermənin ləngimədən keçirilməsinə heç bir tələbat yoxdur və bu səbəbdən təcili səsvermə keçirməyəcəyik”. Xatırladaq ki, […]

Samuxdan oğurlanmış pulları Türkiyədə xərcləyən “prokuror”

Qocayev Alı İbrahim oğlu 2005-2012-ci illərdə isə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. 18 aprel 2012-ci il tarixdən Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Buradan Samuxlulara “8 illik icra başçınızdan razısınızmı” sualını verərdik, amma bizi daş-qalaq edəcəklərindən qorxub, fikrimizdən vaz keçirik. Samux camaatı öz pulunu Alı Qocayevin dirnaqarası “prokuror” oğlunun xaricdə […]

Dünyada koronavirus qurbanlarının sayı 290 mini ötdü

Dünyada koronavirusa yoluxanların sayı 4 254 302 nəfərə çatıb. “Report” xəbər verir ki, bu barədə Birləşmiş Ştatlarda federal, yerli hakimiyyət orqanları, KİV və başqa mənbələrlə hesablamalar aparan Con Hopkins Universiteti bildirib. Universitetin məlumatına görə, dünyada COVID-19-dan ölənlərin sayı 290 mini ötüb. Dünyada koronavirusdan 291 334 insan ölüb, virusa yoluxmuş 1 483 198-dən çox insan sağalıb, […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler