Azərbaycan vətəndaşı Peterburqda milyonluq oğurluğa görə tutuldu

Sankt-Peterburqda, Фрунзе rayonu sakininin 1,8 milyon rublunu oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Virtualaz.org bildirir ki, bu barədə Rusiya KİV-i yazıb. Bildirilir ki, Peterburq sakini olan qadının cib telefonu, planşet və bank kartı hələ bu ilin fevral ayında yoxa çıxmışdı. Elə həmin vaxtda onun kartından 1,8 milyon rubldan çox pul çıxarılmışdı. Cinayətkar isə mayın 14-də tutulub. Məlum […]

Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi keçiriləcək

Naxçıvan Qarnizonu Qoşunlarında mayın 18-dən 22-dək bir neçə birləşmə və hissənin cəlb edilməsi ilə ərazidə komanda-qərargah təlimi keçiriləcək. Virtualaz.org Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, xüsusi qoşun növlərinin birləşmələrinin də cəlb ediləcəyi təlimdə müasir rabitə və avtomatik idarəetmə sistemlərinin tətbiqi ilə məhdudgörmə şəraitində tapşırıqların yerinə yetirilməsinin operativliyi və səmərəliliyi, qarşılıqlı fəaliyyətin və hərtərəfli təminatın təşkili üzrə […]

Azərbaycanda daha bir vəzifəli şəxs barədə cinayət işi başlandı

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Mehriban Rüstəmovanın məktəbdə işləyən müəllimlərin əmək haqlarını mənimsəməsi barədə daxil olmuş məlumat Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Baş Prokurorluğun Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Mehriban Rüstəmovanın vəzifə səlahiyyətlərindən sui-istifadə edərək məktəbdə çalışan […]

11 yaşlı Aysun kanalda batdı

Yuxarı Mil kanalının Füzuli rayonu, 1 nömrəli Qayıdış qəsəbəsi ərazisindən keçən hissəsində 2009-cu il təvəllüdlü Məmmədova Aysun Arzu qızı batıb. Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Azərbaycanda karantin rejimi yumşaldılır – RƏSMİ

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilib. Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb. Mövcud sanitar-epidemioloji vəziyyət, aktiv xəstə sayı və yoluxma sürəti əsas […]

SMS icazə ləğv edildi

Azərbaycanda SMS icazə sistemi ləğv olunur. “Ölkə.Az” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, mövcud sanitar-epidemioloji vəziyyət, aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə, 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan […]

Azərbaycanda nazirliyin 15 əməkdaşında koronavirus aşkarlandı – RƏSMİ AÇIQLAMA

Azərbaycanda koronavirus pandemiyası yayılmağa başladıqdan sonra bir çox qurumlar əməkdaşları arasında COVID-19-a yoluxanların olduğunu açıqlayıb. Cumhuriyyet.az xəbər verir ki, “oxu.Az”ın bununla bağlı qurumlar arasında sorğusu davam edir. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat katibi Gülçin Mehdiyeva bildirib ki, koronavirus təhlükəsi yaranan ilk günlərdən FHN də bu təhlükə ilə ön cəbhədə fəal mübarizə aparan dövlət qurumları sırasındadır: “Belə […]

Tibb bacısı üsyan etdi: Bu xəstələr koronavirusdan ölmür… (VİDEO)

ABŞ-ın Nyu-York ştatındakı xəstəxanaların birində çalışan tibb bacısı qara dərilili xəstələrin COVİD-19 virusundan deyil, süni nəfəs aparatının düzgün qoyulmamasından öldüyünü iddia edib. Bununla bağlı tibb bacısı sosial şəbəkələrdə video yayıb. O bildirib ki, həmin xəstələr qara dərili olduğu üçün heç kim önəmsəmir: “Bu virusdan bir çox insanın öldüyünü, bundan sonr da öləcəyini bilirəm. Amma bu […]

Pandemiyaya görə buraxılış imtahanlarına salınmayacaq mövzular açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) buraxılış imtahanı proqramlarının qısaldılmış forması və koronavirus pandemiyası ilə əlaqədar buraxılış imtahanı proqramlarından çıxarılan mövzular barədə məlumat yayıb. “Report” xəbər verir ki, məlumatda deyilir: “Məlum olduğu kimi, Nazirlər Kabineti tərəfindən koronavirus infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərə uyğun olaraq təhsil müəssisələrində tədris prosesi dayandırılıb, infeksiyanın […]

Uyğurlara görə Çinə sanksiyalar tələb edirlər

ABŞ Senatı yeni qanun layihəsində Prezident Donald Trampı uyğur müsəlmanların repressiyasına görə Çinə sanksiyalar tətbiq etməyə çağırıb. Hər iki partiyanın hazırladığı layihə mayın 14-də yekdilliklə qəbul olunub. Qanunvericilikdə uyğur müsəlmanlara divan tutduğuna görə Çin hökumətinin aparıcı rəsmilərinə sanksiyalar nəzərdə tutulur, insan haqlarının boğulmasında istifadə olunan məhsulların ixracına qadağalar qoyulur. İndi demokratların nəzarətində olan Nümayəndələr Palatası layihəni […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler