“Rüşvət verənlər də həbs olunmalıdır” – DEPUTAT

“Korrupsiyaya qarşı mübarizənin effektivliyi üçün rüşvət alanlarla yanaşı rüşvət verənlərin də həbs olunması son dərəcə zəruridir. Ona görə də artıq rüşvət verənlərin də həbs olunması təqdir olunmalıdır”. Bunları Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Dövlət Sərhəd Xidmətinin (DSX) polkovnik rütbəli zabitinin rüşvət verməyə görə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunması məsələsinə münasibət […]

Çin səfiri evində ölü tapıldı

Çinin İsraildəki səfiri Du Vey mayın 17-də səhər saatlarında evində ölmüş vəziyyətdə tapılıb. “Jerusalem Post” xəbər verir ki, 58 yaşlı diplomatın ölümünü XİN-in rəsmi nümayəndəsi təsdiqləyib. Səfirin ölüm səbəbi hələlik müəyyən edilməyib, polis hazırda onun evində araşdırma aparır. Məlumata görə, diplomat martın əvvəlində İsrailə gəlib və evdə iki həftəlik özünütəcrid rejimində qalıb. Mərhumun bir oğlu […]

Güclü külək Bakıda və rayonlarda elektrik təsərrüfatına ziyan vurdu

Ötən gecədən müşahidə edilən güclü külək paytaxt Bakıda və bəzi regionlarda elektrik enerji təsərüffatına ciddi ziyan vurub və nəticədə bəzi ərazilərdə elektrik enerjisinin verilişində qısa fasilələr yaranıb. “Azərişıq” ASC yaranmış vəziyyətlə bağlı gücləndirilmiş iş rejiminə keçib. “Azərişıq” ASC-nin mətbuat xidmətinin bildirdiyinə görə, Bakının  2-ci Zabrat qəsəbəsində Maştağa yoluna çıxan xəttin üzərinə ağac aşaraq 0,4 kV-luq ÖİN kabel xətlərini […]

Hava dəyişəcək: şimşək, yağış, dolu…

Mayın 18-də ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən virtualaz.org-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında mayın 18-də cənub-qərb küləyinin axşam şimal-qərb küləyinə keçəcəyi, 15-18 m/s, arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir. Azərbaycanın rayonlarında mayın 18-19-da gündüz saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacaq, yağış yağacaq, dolu […]

Respublika Klinik Xəstəxanasına hamilə qadından koronavirus keçib?

Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında yeni xəstə qəbulu dayandırılıb. Bunu “Qafqazinfo”ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva deyib. “Xəstəxanada yeni qəbul qaydaları müəyyənləşdirilir. Bu səbəbdən tibb müəssisəsi bir həftə yeni xəstə qəbul etməyəcək. Eyni zamanda, həmin müddətdə orada profilaktika məqsədi ilə dezinfeksiya işləri aparılacaq. Xəstəxanada olan pasiyentlərin müalicəsi əvvəlki qaydada […]

Ukrayna bu İŞİD terrorçusunu Gürcüstana verdi

Ukrayna “Əl Bara Şişani” ləqəbli İŞİD terrorçusu Sezar Toxosaşvilini Gürcüstan tərəfinə təhvil verib. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb. “Terrorçuluqda ittiham olunan və İnterpol tərəfindən axtarışda olan Gürcüstan vətəndaşı Sezar Toxosaşvili Tiflis aeroportunda gürcü tərəfinə təhvil verildi. Toxosaşvili 2019-cu ilin noyabrın 12-də Kiyevdə saxlanılmışdı”, – məlumatda qeyd olunub.

Adilov və digər radikal islamçılar Tərtərdə posta necə hücum etdi…

Xəbər verildiyi kimi,  Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Türkiyə xüsusi xidmət orqanlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində barəsində axtarış elan edilən, 1984-cü il təvəllüdlü Azərbaycan vətəndaşı Adilov Saleh Valeh oğlu qonşu ölkənin Van şəhərində saxlanılaraq Bakıya gətirilib. DTX bildirir ki,, 2008-ci ildə Saleh Adilov tərəfindən dini radikal qruplaşmanın digər üzvləri ilə birlikdə Tərtər rayonunda yerləşən “N” saylı […]

Elə qorxunc sunami yaranacaq ki, şəhərləri, təyyarədaşıyanları, gəmiləri yuyub aparacaq…”

Rusiyanın qiyamət günü silahı kimi tanına  və 2018-ci ilin martında prezident Vladimir Putin tərəfindən ilk dəfə təqdim olunan “Poseydon” sualtı pilotsuz üzən döyüş aparatı çox qüdrətli nüvə başlığına malikdir. Bu aparaq 1 kilometrdən çox dərinliyə enə və saatda 90 uzldan 100 uzla qədər sürət yığa bilir. Virtualaz.org xəbər verir ki, bu haqda rusiyalı hərbi ekspert Viktor […]

“Möcüzə gözləməməliyik”

Qüdrət Həsənquliyev: “Hökumət xalqımızı narahat edən bütün bu məsələlər barədə ictimaiyyətə geniş məlumat verməlidir” BütövAzərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsi -Qüdrət bəy, Paşinyan dünən keçirdiyi mətbuat konfransında Qarabağ münaqişəsi ilə əlaqədar bildirib ki, praktik nəticələr olmsa da İlham Əliyevlə görüşlərində “açıq və səmimi atmosfer” formalaşıb. Azərbaycan Xarici İşlər […]

ABŞ-da güclü yanğın olub, xəsarət alanlar var – FOTO/VİDEO

ABŞ-ın Los-Anceles (Kaliforniya ştatı) şəhərində güclü yanğın hadisəsi baş verib. “Report”un məlumatına görə, bu barədə NBC teleşirkətinə meqapolisin yanğınsöndürmə xidmətinin kapitanı Erik Skott bildirib. O, qeyd edib ki, alovun söndürülməsi zamanı 11 yanğınsöndürən güclü yanıq xəsarətləri alıb. “Biz təxminən iki saat ərzində alovu tamamilə söndürdük. Bu, yerli vaxtla saat 20:08-də (Bakı vaxtı ilə saat 7:08-də) […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler