Azərbaycanda bu gün 314 nəfər koronavirusa yoluxdu

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı: Azərbaycan Respublikasında 314 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 125 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1947, 1954,1956 və 1958-ci il təvəllüdlü dörd nəfər vəfat etmişdir. Hazırkı dövrədək ölkəmizdə 7553 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan […]

Azərbaycan polisi ilə bağlı video yayıldı: Bizi qoruyanları biz də qoruyaq VİDEO

Karantin rejiminin həftə sonlarında sərtləşdirilməsi paytaxt polisinin yükünü daha da artırıb. Üstəlik, bu azmış kimi sosial mediada polisi qaralama prosesi də müşahidə olunmaqdadır. Vətəndaşlara dəfələrlə və israrla xəbərdarlıq olunmasına, onların öncədən məlumatlandırılmasına baxmayaraq, yenə də xeyli sayda paytaxt sakini karantin rejimini pozmaq təşəbbüsü göstərib. Karantin rejiminin icrasına məsul olan polisin adekvat hərəkətlərini isə bəziləri qəbahət […]

Bakıda icazəsiz çölə çıxan qadın polisə yaxınlaşdı, polis isə görün nə etdi… – VİDEO

Xəbər verdiyimiz kimi, ölkədə tətbiq olunan xüsusi karantin rejimi həftəsonu sərtləşdirildi və insanların iki gün ərzində çölə çıxmasına qadağa qoyuldu. KONKRET.az xəbər verir ki, bu qadağalardan sonra bəzi vətəndaşların karantin qaydalarını pozması fonunda ortaya fərqli görüntülər çıxdı. Yayılan görüntülər arasında ən maraqlısı isə polisin küçəyə icazəsiz çıxan vətəndaşa yardım etməsi olub. Belə ki, orta yaşlı […]

Bir nömrəli killerin işi üzrə əsas şahidin oğlunu oğurladılar

Rusiyanın ən qanlı kriminal qruplaşmalarından birinin lideri “Jako” ləqəbli kriminal avtoritet Aslan Qaqiyevin bandasının cinayət işi üzrə şahid qismində istintaqda dindirilən vəkil Konstantin Skrıpnik oğlu Yevgeninin naməlum şəxlər tərəfindən oğurlandığını bildirib. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumata görə, K.Skrıpnik ailə üzvləri ilə birgə şəhər kənarındakı özünəməxsus mənzildə olub. İyunun 5-də yeniyetmə gəzintiyə çıxıb və […]

Virusa məğlub iki prezident

Dünyanı sarsıdan COVİD-19-u əvvəl ciddiyə almayan Ağ Ev rəhbəri və Braziliya prezidenti Bolsonarun bunun cəzasını kreslolarını itirməklə ödəyəcəkləri gözlənir. Dünya 6 aya yaxındır ki, koronavirusla mübarizədədir. Bu aylar həm də dövlət və hökumət başçıları üçün də ciddi sınaq oldu. Əlbəttə ki, əsas iş vətəndaşları bu bəladan qorumaq idi ki, məlum olduğu kimi, bəzi liderlər bu […]

Yük maşınlarının Bakıdan çıxışına qadağa qoyuldu

“İki günlük sərt karantin dövründə yük daşımalarına icazə verilməsinə baxmayaraq kənd təsərrüfatı istehsalçılarının məhsulları yüklənmiş TIRlar Bakı şəhərindən buraxılmır”. Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu yazıb. Ekspert bildirib ki, bu qərar yük maşınlarındakı məhsulun xarab olmasına səbəb ola bilər: “Rusiyaya daşınmalı olan malların yalnız 1-ci gün səhər saat 6-dan sonra şəhərdən buraxılacağı […]

Xəbərdarlıq: Gələn həftəsonu karantin 3 gün olacaq

Koronavirusun kütləvi yayılmasının qarşısını almaq məqsədilə Azərbaycanda paytaxt Bakıda və bir sıra bölgələrdə tətbiq edilən həftəsonu “evdə qal” tədbiri bir müddət davam edəcək. Bu həftə yaşayış yerini və olduğu yeri tərk etməmək şənbə və bazar günlərinə tətbiq edildi. Gələn həftə isə bu qadağanın şənbə-bazar və bazar ertəsi günlərində tətbiq ediləcəyi gözlənilir. Bazar ertəsi 15 iyun […]

Paşinyanın qaçaqmal siqaretinin müsadirə edilməsi – VİDEO

Ermənistandan gədən təyyarədən Voronej sərhədçiləri 16 ton siqaret ələ keçiriblər. AzToday.az “news.am”a istnadən xəbər verir ki, “Vesti Voronej”in verdiyi məlumata görə, İrəvandan Voronejə gələn yük təyyarəsinin göyərtəsində nəhəng saxta tütün partiyasının aşkarlanması barədə mayın 18-də məlumatın videogörüntülərində bütün siqaretlər Ermənistanda istehsal edilməsi qeyd edilir. Məhsulda tütün məmulatlarüçün tələb olunan aksiz markaları və xüsusi nişanlar olmayıb. […]

Nura Suri Bəhram Bağırzadənin koronavirusa haqda — “Niyə məşhurlar ölmürlər?”

Müğənni Nura Suri aktyor, əməkdar artist Bəhram Bağırzadənin koronavirusa yoluxması haqqında yazıb. “Ölkə.Az” xəbər verir ki, o, dünyada bir çox məşhurun koronavirusa yoluxduğunu, lakin məşhurlar arasında ölüm halları qeydə alınmamasını vurğulayıb.O, bunu təəccüblə qarşılayıb və həkimlərə müraciət edərək bunun niyə belə olması barədə sualına cavab axtarıb. Nura Surinin “Facebook” hesabındakı paylaşımını təqdim edirik: “Bütün dünyada […]

TƏBİB sədrindən bəyanat: “Hər kəsin yaxınlarından biri koronavirusa yoluxacaq”- VİDEO

Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərləri, həmçinin Abşeron rayonunda karantin rejimi qaydaları qəfil sərtləşdirildi. Bir çox dövlət və özəl qurumların fəaliyyətləri dayandırıldı, hətta aptek və marketlər də iki günlük qapadıldı. Tək-tək istisnalar olmaqla insanların çölə çıxışlarına qadağa qoyuldu. Əslində gözləmədiyimiz bir şey baş verdi. Çünki son günlər karantin rejiminin yumşaldılması yolu tutulmuşdu. Bəs nə baş […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2020
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930