Səhiyyə Nazirliyindən xəbərdarlıq: yenidən karantin qaydaları sərtləşdiriləcək

”Karantin rejminin yumşaldılması və sərt qadağaların aradan qaldırılması insanlarda məsuliyyətsizlik yaratmamalıdır. Çünki virus hələ bitməyib və ciddi təhlükə qalmaqdadır”. Bunu Səhiyyə Nazirliyinin Baş epidemioloqu İbadulla Ağayev deyib. O bildirib ki, dövlət tərəfindən atılan qətiyyətli addımlar nəticəsində xüsusi karantin rejimi dövründə yoluxma hallarının sayı minimuma endirildi, ölüm halları çox aşağı səviyyədə oldu. Ancaq qaydalar yumşaldıldıqdan sonra […]

Reanimasiyada yer qalmayıb:Bakıdakı koronavirus xəstəxanasından reportaj – VİDEO

Azərbaycanda son günlər karantin qaydalarının yumşalması xəstələrin sayının artması, hər gün 200 həddini keçməsi artıq ağır xəstələrin sayının da dəfələrlə artmasına səbəb olub. Onların əksəriyyəti də reanimasiyada, bir çoxu süni tənəffüs aparatına bağlı olaraq yaşamını davam etdirir. Cumhuriyyet.az xəbər verir ki, Real TV bir neçə xəstəxananın reanimasiya şöbəsində olaraq orada baş verənlər haqda reportaj hazırlayıb. […]

Səudiyyə Ərəbistanına tarixi şok: iki ayda ümumi itki 50 milyard dollar

Hurriyyet.org xəbər verir ki, yeni tipli koronavirus pandemiyanın yayılmasından və neft qiymətlərində görünməmiş ucuzlaşmadan sonra Səudiyyə Ərəbistanı böyük şoklarla qarşılaşmaqdadır. Səudiyyə Ərəbistanının valyuta ehtiyatı aprel ayında 24,8 milyard dollar azalıb və son iki ay ərzində ümumilikdə azalma 50 milyard dollara bərabər olub. Səudiyyə Ərəbistanının Mərkəzi Bankının (SAMA) statistik hesabatındakı məlumata görə, dollar ehtiyatı mart ayında […]

ABŞ-da “erməni soyqırımı” abidəsini murdarladılar

ABŞ-ın Kolorado ştatında “erməni soyqırımı” abidəsi murdarlanıb. Qazet.az xəbər verir ki, abidənin üzərinə qara boya vurulub. Soyqırımı abidəsi Kolorado ştatının Senatı qarşısında yerləşirdi. Ağdərili polis tərəfindən öldürülən Corc Floyda görə aksiya keçirən insanlar “soyqırımı”na həsr edilən abidənin üzərinə şüarlar da yazıblar. Kolorado ştatındakı abidə 2015-ci ildə qondarma erməni soyqırımının 100 illiyi ilə əlaqədar ucaldılıb.

Qarabağda müharibə hər an başlaya bilər – Azərbaycanlı general

Dünən Azərbaycan Müdafiə Nazirliyi ordumuzun işğal olunmuş əraziləri azad etmək üçün güc tətbiq etmək hüququndan mütləq istifadə edəcəyini və bunun 2015, 2016 və 2018-ci illərdəki ilə müqayisədə daha sarsıdıcı və dağıdıcı olacağını açıqlayıb. Müdafiə Nazirliyinin bu açıqlamasından sonra bir sıra şəxslər bunu müharibə anonsu olaraq qiymətləndirir. HİT.Az xəbər verir ki, məsələ ilə bağlı Redaktor.az-a açıqlama […]

“Dəniz Mall”da hansı mağaza və restoranların açıldığı məlum oldu – SİYAHI

İyunun 1-də Bakı Bulvarı ərazisində möhtəşəm “Dəniz Mall” ticarət mərkəzi açıldı. Cumhuriyyet.az day.Az-a istinadən bildirir ki, Sidney Opera Evinin memarlıq üslubunda inşa edilən Mall Azərbaycanda ən böyük ticarət mərkəzidir – 5 mərtəbəli, sahəsi 120,000 kvadratmetr olan, əyləncə məkanları, mağazalar, restoran və kinoteatr yerləşir. Bunların arasında Nike, United Color of Benetton, Coffemania, Bir Iki Ekspress, Skechers, […]

Sabah 37 dərəcə isti olacaq

İyunun 2-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən virtualaz.org-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz 25-29, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə […]

Təhsil Nazirliyi qarşısında etiraz aksiyası keçirməyə cəhd edən tələbələrin saxlandığı deyilir

Bazar ertəsi günü bir qrup tələbə yay imtahanlarının və təhsil haqqının ləğvi tələbi ilə Təhsil Nazirliyi qarşısında aksiya keçirməyə cəhd göstərib. Tələbələr BBC News Azərbaycancaya bildiriblər ki, onlar karantin tədbirləri müddətində onlayn keçirilən təhsilin keyfiyyətindən narazıdırlar. Karanavirus pandemiyasına görə mart ayından etibarən Azərbaycandakı təhsil qurumlarında tədris dayandırılıb. Bəzi təhsil müəssisələri dərsləri tədrisi onlayn davam etdirib. […]

Azərbaycanda 1, 5 və 50 manatlıq pul nişanları yenilənir

2019-cu ildə Azərbaycan Mərkəzi Bankı (AMB) dövriyyədən 7,7 milyard manatlıq 423 milyon ədəd pul nişanını çıxarıb, əvəzində 9,7 milyard manatlıq 507 milyon ədəd pul nişanını dövriyyəyə buraxıb. Virtualaz.org bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, ümumilikdə ötən il tədavüldə olan nağd pul kütləsi 24,4% (2 milyard manat və yaxud 83,7 milyon ədəd) artaraq hesabat dövrünün […]

Təhsil Nazirliyi tələbələrin aksiyasına münasibət bildirib

Təhsil Nazirliyi tələbələrin aksiyasına münasibət bildirib. Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, iyunun 1-də saat 14:00 radələrində 5-7 tələbə, tələbə olmayan və özünü NİDA təşkilatının üzvləri kimi təqdim edən bir neçə şəxs, onların dəvəti ilə gəlmiş 20-a yaxın media mənsubları Təhsil Nazirliyinin inzibatı binasına yaxınlaşaraq tələbələrin müraciəti ilə bağlı qəbul olunmaqlarını xahiş […]

Photo Gallery

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyun 2020
BE ÇA Ç CA C Ş B
« May   İyl »
1234567
891011121314
15161718192021
22232425262728
2930