Şadlıq tvistini mübarək tvitdən sonra oynayaq

Ağıllı adam odur ki, belə günlərdə yalan xəbərlə doğru xəbəri, gerçək informasiya ilə, dəb terminlə desək, feyk məlumatı bir-birindən ayıra bilsin. İndiki xəbər kirliliyi dövründə bunları bir-birindən ayırmaq çox çətindir. Belə görünür ki, bundan ötrü təkcə ağıllı olmaq da kifayət deyil, adam gərək həm də məlumatlı, savadlı, təcrübəli, bir az da qabağa getsək, fəhmli olsun. […]

Dünyada indiyədək 38 milyondan çox insan koronavirusa yoluxub

Dünyada koronavirus infeksiyasına təsdiqlənmiş yoluxma hallarının sayı 38 milyonu keçib. APA xəbər verir ki, bu barədə beynəlxalq təşkilatlar, federal və yerli hakimiyyət orqanlarının açıqlamaları əsasında hesablama aparan Cons Hopkins Universitetinin veb saytında məlumat dərc olunub. Məlumata görə, virusa yoluxmuş insanların sayı hazırda 38 033 287 nəfərdir, 1 084 364 nəfər ölüb, daha 26 384 511 nəfər isə […]

Ermənilər tərəfindən AzTV-nin maşını atəşə tutulub, sürücü yaralanıb FOTO

Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər rayonu atəşə tutulub. APA-nın Qarabağ bürosunun xəbərinə görə, Azərbaycan Dövlət Televiziyasının maşını da atəşə məruz qalıb. Nəticədə sürücü yaralanıb, AzTV-nin avtomobili yararsız vəziyyətə düşüb.

Zelenski: “Ukrayna Polşa ilə müdafiə sənayesi sahəsində müqavilələrə hazırdır”

Ukrayna Polşa ilə müdafiə sənayesi sahəsində razılaşmaları müzakirə etməyə hazırdır. APA “TASS”-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Ukraynada, təəssüf ki, müharibə səbəbindən müdafiə sənayemiz sürətlə inkişaf edir. Və burada polşalı tərəfdaşlarımızla müəyyən razılaşmaları müzakirə etməyə hazırıq”, – Zelenski belə deyib. O, hansı razılaşmalardan söhbət getdiyinə toxunmayıb.

“Atəşkəsi pozan ermənilərin hərbi hədəflərinə zərbələr endirilir” – Səxavət Məmməd cəbhədən xəbər verir

“Azərbaycan artilleriyası bəzi istiqamətlərdə düşmənin dərinlikdə yerləşən mövqelərini vurur”. Bunu döyüş bölgəsində oktyabrın 13-ü saat 14:00-a qədər olan vəziyyət haqda məlumat verən Yenicag.az-ın cəbhə zonasında ezamiyyətdə olan əməkdaşı Səxavət Məmməd bildirib. Səxavət Məmmədin məlumatına görə, dünən gecə saatlarından etibarən, düşmən artilleriyası humanitar atəşkəsi yenidən pozaraq, cəbhənin Goranboydan Ağdama qədər olan yaşayış məntəqələrimizi müxtəlif istiqamətlərdən atəşə tutub: “Bu gün səhər saatlarından başlayaraq, erməni […]

Ermənistan HHM sistemi çökdü: 8 min itkisi var – General

Azərbaycan Ordusunun zərbələri nəticəsində Ermənistan ordusunun havadan müdafiə sistemi iflic olub. KONKRET.az xəbər verir ki, bu sözləri türkiyəli istefada olan general Ərdoğan Qaraquş “A Haber”in efirində deyib. General bildirib ki, Ermənistanın 8 minə qədər əsgər itirdiyi haqda məlumatlar var.

Braziliyada bir gündə 10 mindən çox insana COVID-19 diaqnozu qoyulub

Braziliyada son sutka ərzində daha 10 220 nəfərin koronavirus infeksiyasına yoluxması, 309 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib. APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 5 113 628 nəfər yoluxub. Bu müddət ərzində 150 998 koronaviruslu xəstə dünyasını dəyişib. Həmçinin bu günədək 4 526 975 xəstə müalicə olunaraq sağalıb.

Meksikanın nüfuzlu qəzetlərində ermənilərin təcavüz aktları işıqlandırılıb

Meksikanın geniş oxucu kütləsinə malik “Excelsior” və “ContraReplica” qəzetlərində Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbovun Dağlıq-Qarabağ münaqişəsi, Ermənistanın son hərbi təcavüz aktı və hazırkı hərbi əməliyyatlarla bağlı müsahibələri dərc olunub. Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən Musavat.com-a verilən məlumata görə, müsahibələrdə ilk olaraq münaqişənin tarixi haqda danışan səfir bəzi KİV-lərdə yazılanların əksinə olaraq, Dağlıq Qarabağın mübahisəli ərazi deyil, […]

Əfqanıstanda hərbi helikopterlər toqquşub, azı 15 nəfər həlak olub

Əfqanıstanın cənubundakı Gilmend əyalətində ölkənin Hərbi Hava Qüvvələrinə məxsus iki helikopter toqquşub. “Report” xəbər verir ki, bu barədə “Tolo news” mənbəyə istinadən xəbər verib. Məlumata görə, hadisə zamanı azı 15 nəfər həlak olub. Qeyd edilir ki, hər iki helikopter təhlükəsizlik xidmətlərinin əməkdaşlarını daşıyırmış.

İspaniyada kişilər və qadınlar bərabər maaş alacaqlar

İspaniya hökuməti əmək haqqında gender bərabərsizliyini qadağan edən fərmanı bəyənib. “Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Əmək naziri İolanda Dias çərşənbə axşamı keçirdiyi mətbuat konfransında bildirib. “Bü gündən daha kişi və qadın müxtəlif əmək haqqı ala bilməzlər”, – o, Nazirlər Kabinetinin həftəlik iclasından sonra deyib. Dias əlavə edib ki, şirkətlər artıq cinslər üzrə […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2020
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031