Gəncədə dağılmış evlərdə axtarış-xilasetmə işləri yekunlaşıb

Ermənistan silahlı qüvvələrinin raket zərbələri nəticəsində Gəncə şəhərində dağılmış evlərdə axtarış-xilasetmə işləri yekunlaşıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan silahlı qüvvələri 17 oktyabr 2020-ci il tarixində gecə saat 01:00 radələrində Gəncə şəhərini yenidən raket atəşinə tutub. Nəticədə, yaşayış evlərinə düşən raketlər həmin evləri tamamilə […]

Ermənistan hərbi hava qüvvələrinin polkovniki məhv edildi

Ermənistan hərbi hava qüvvələrinin polkovnik-leytenantı Vyaçeslav Vaskovski məhv edilib. “Report” xəbər verir ki, 45 yaşlı hərbçinin adı Ermənistan Müdafiə Nazirliyinin açıqladığı itkilər siyahısında olub. Qeyd edək ki, Ermənistan KİV-də gedən məlumata görə, V.Vaskovski aviasiya qoşunu hissəsinin komandir müavini olub. Xatırladaq ki, bu gün Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinə məxsus Su-25 təyyarəsinin vurulduğunu açıqlamışdı.

“Ermənistan hakimiyyəti Soros kimi beynəlxalq təşkilatların təlimatlarına uyğun işləyir” – Rusiyalı siyasi texnoloq

Ermənistanın indiki hakimiyyəti Soros Fondu və bu kimi beynəlxalq strukturların tövsiyə və təlimatlarına uyğun işləyir. Bunu Trend-ə rusiyalı siyasi texnoloq Dmitri Solonnikov deyib. Onun sözlərinə görə, onların əsas strategiyası parlaq mənzərə yaratmaq, müxtəlif kommunikasiya kanalları ilə sürətli hücumlar etmək və informasiya təzyiqini təmin etməkdir: “2018-ci ildə hakimiyyət dəyişikliyi dövründə də eyni proseslər təşkil olunmuşdu – […]

Ankaradan Bakıya növbəti dəstək: “Yanınızdayıq!”

Ermənistana qarşı haqlı mövqe sərgiləyən Azərbaycanın yanında olacağıq. Axar.az xəbər verir ki, bunu Türkiyənin Ətraf Mühit və Şəhərsalma naziri Murad Qurum deyib. “Gəncədə günahsız insanları qətlə yetirən Ermənistana qarşı haqlı mövqe sərgiləyən azərbaycanlı qardaşlarımızın, canlarımızın, dostlarımızın daim yanında olduq və bundan sonrakı müddətdə də Türkiyə olaraq yanında olacağıq. Bölgədə sülh və əmin-amanlığın təmin edilməsi adına […]

Sahibə Qafarova: “Ümid edirik ki, beynəlxalq ictimaiyyət Azərbaycan xalqına qarşı törədilən terrora biganə qalmayacaq”

Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının Sədri Vyaçeslav Volodinə məktub ünvanlayıb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, məktubda başçılıq etdiyi nümayəndə heyətinin keçən ay Rusiya Federasiyasında rəsmi səfərdə olmasını və rus həmkarları ilə keçirdikləri görüşləri xoş təəssüratlarla xatırlayan Sahibə Qafarova əmin olduğunu söyləyib […]

İnsanı koronavirusa qarşı həssas edən amil açıqlandı

I qan qrupundan olan insanların koronavirusa yoluxma ehtimalı digərlərindən daha azdır, xəstəliyin gedişatının şiddəti də bundan asılıdır. “RİA Novosti”nin məlumatına görə, bu barədə “Blood Advances” jurnalında məqalə dərc olunub. Danimarkalı mütəxəssislər COVID-19 testindən keçmiş 473 mindən çox insanın məlumatlarını müqayisə etdikdən sonra belə bir nəticə ilə çıxış ediblər. Alimlər bunu birinci qan qrupunda virusun bədənə […]

Suares Messini geridə qoydu, Ronaldu liderliyi əldən vermədi

Madrid “Atletiko”sunun hücumçusu Luis Suares “Selta” ilə qarşılaşmada fərqlənməklə növbəti uğura imza atıb. Bu barədə Gazeta.ru məlumat yayıb. “Atletiko”nun 2:0 hesablı qələbə qazandığı qarşılaşmada fərqlənən Suares bununla da İspaniya Çempionatında 150-ci qolunu vurub. Bunun üçün Suaresə 195 qarşılaşmada meydana çıxmaq kifayət edib. Beləliklə Luis Suares sözügedən göstəricidə Lionel Messini geridə qoyub. O, bu baxımdan yalnız […]

Yeni Zelandiyada parlament seçkilərində Leyboristlər Partiyası qələbə qazanıb

Oktyabrın 17-də Yeni Zelandiyada keçirilən parlament seçkilərində hakim Leyboristlər Partiyası qələbə qazanıb. AZƏRTAC xəbər verir ki, Baş Nazir Casında Ardernin rəhbərlik etdiyi partiya 120 yerlik parlamentdə 64 yer əldə edib. Qeyd edək ki, seçkilər koronavirus pandemiyasına görə bir ay müddətinə təxirə salınmışdı. Yeni Zelandiya Seçki Komissiyası bəyan edib ki, xaricdə səsvermənin nəticələri istisna olmaqla, hesablanmış […]

Böyük Britaniyada qaydalar yenidən sərtləşdirilib

Böyük Britaniyada koronavirusa yoluxma hallarında artım baş verdiyi üçün qaydalar yenidən sərtləşdirilib. AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, ölkədə xəstəliyə yoluxanların ümumi sayı 660 minə yaxınlaşır, ölənlərin sayı isə 43 min 245-ə çatıb. London, Liverpul və Mançesterdə yoluxma pik həddədir. Hökumət tərəfindən virusun yayılma sürətinə və epidemiyanın yaratdığı təhlükənin ölçüsünə görə ölkə orta, yüksək […]

Qazaxıstan XİN Azərbaycan xalqını Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib

Qazaxıstan Xarici İşlər Nazirliyi Azərbaycan xalqını Dövlət Müstəqilliyi günü münasibətilə təbrik edib. APA-nın məlumatına görə, təbrikdə deyilir: “Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirik. Tərəqqi və firavanlıq arzu edirik!”

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2020
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031