Dövlət Bağçalının Şuşada məktəb tikilməsi təklifi ilə bağlı açıqlama

“Azərbaycanın torpaqları işğaldan azad edildikdən sonra Türkiyədən Azərbaycana bir çox qurum və təşkilat tərəfindən dəstək təklifləri gəlir”. “Report”un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Səfir bildirib ki, Millətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalının Şuşada Üzeyir Hacıbəyli adına öz hesablarına məktəb tikmək ilə bağlı təklifi də bu qəbildəndir: “Azərbaycan Prezidenti İlham Əliyev uyğun gördüyü […]

Xüsusi karantin rejimi dövründə qiymətləndirmənin təşkili müəyyənləşib

II-XI siniflərdə bütün fənlər üzrə summativ qiymətləndirmə fənni tədris edən müəllim tərəfindən distant formada yarımilin sonunda bir dəfə olmaqla aparılır. Musavat.com xəbər verir ki, bu, Təhsil Nazirliyi Kollegiyasının təsdiq etdiyi “Xüsusi karantin rejimi dövründə ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası”nda öz əksini tapıb. Qeyd olunub ki, summativ qiymətləndirmənin nəticələri 100 ballıq şkala […]

Hikmət Hacıyev: “Bütün şəhidlərimizi yeni ruh və qürur hissi ilə anırıq”

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 20 Yanvar faciəsinin il dönümü ilə əlaqədar olaraq tvitter səhifəsində paylaşım edib. Musavat.com xəbər verir ki, paylaşımda deyilir: “Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və sərkərdəliyi altında Zəfər savaşından sonra 20 yanvar faciəsi və cəmi bütün şəhidlərimizi yeni ruh və qürur hissi […]

Ağstafanın sabiq icra başçısının məhkəməsi başlayır

Nizaməddin Quliyevin və icra başçısının birinci müavini Ramiz Tatarovun cinayət işi üzrə məhkəmə Gəncədə keçiriləcək Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyevin və icra başçısının birinci müavini Ramiz Tatarovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Cinayət işi üzrə materiallar araşdırılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilb. Virtualaz.org-un xəbərinə görə, cinayət işi hakim Məhəmməd Bağırovun icraatındadır. […]

Şuşada tarixi abidələrlə bağlı monitorinq keçirilib

Şuşa şəhərinin işğal edilməsi nəticəsində erməni vandalizminə məruz qalan Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin binası və burada sərgilənən onlarla eksponat məhv edilib. Bu barədə Musavat.com-a “Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu”ndan bildirilib. Bildirilib ki, institutun direktoru Telman Kərimli, institutun mütəxəssisləri və digər aidiyyatı qurumlar tərəfindən şəhərdə yerləşən tarix və mədəniyyət abidələrinin vəziyyətinin öyrənilməsi məqsədilə monitorinq keçirilib. Məlum olub ki, […]

Vəkil Bakının Avropa Məhkəməsinə göndərdiyi məhkəmə iddiasından danışdı

Əsabəli Mustafayev: “Mümkündür ki, Avropa Məhkəməsi Azərbaycan dövlətinin müraciətinə prioritet qaydada, yaxın 2-3 ilin ərzində baxacaq” Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində zərər çəkmiş vətəndaşlarımızın hüquq və azadlıqlarının pozulmasına dair dövlətlərarası ərizə hazırlanaraq 2021-ci il yanvarın 15-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə təqdim edilib. Ərizənin hazırlanmasına beynəlxalq hüquq […]

Vaksinasiyadan sonra qadının bütün bədənində qıcolmalar yarandı – VİDEO

Amerikalı Brent Grayner “Pfizer” peyvəndini vurdurduqdan sonra anasında yaranan şiddətli nevroloji reaksiya barədə görüntüləri sosial şəbəkədə paylaşıb. Graynerin sözlərinə görə, vaksinasiyadan bir gün sonra anası şiddətli baş ağrısı ilə oyanıb və bu, bir neçə gün davam edib. Sonra qadının ayaqlarında qıcolmalar yaranıb. “Bu, inyeksiyadan üç gün sonra baş verdi. Ertəsi gün gəzərkən artıq ayaqlarının hərəkətini […]

Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ baş verib. Bu barədə Sfera.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yeraltı təkanlar yerli vaxtla saat 07:01-də Cəlilabad stansiyasından 31 km cənub-şərqdə, Masallı rayonunda qeydə alınıb. Zəlzələ 3 maqnitudada baş verib, zəlzələ ocağı 48 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar hiss olunmayıb.

Təhsil Nazirliyindən karantin dövründə məktəblərlə bağlı AÇIQLAMA

Təhsil Nazirliyi “Xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti qaydaları”nı təsdiq edib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, qaydalara əsasən, II-XI siniflərdə bütün fənlər üzrə summativ qiymətləndirmə fənni tədris edən müəllim tərəfindən distant formada yarımilin sonunda bir dəfə olmaqla aparılır. Summativ qiymətləndirmənin nəticələri 100 ballıq şkala ilə ölçülür və qiymətləndirmədə […]

“Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir” – Ermənistanda həyəcan

Qarabağda Azərbaycanın qələbəsi həm də Ermənistanla sərhədlərin yenidən müəyyənləşdirilməsi zərurətini ortaya çıxardı. Bir çox yaşayış məntəqələri yavaş-yavaş tarixi vətəninə qaytarılır. Azərbaycan addım-addım ərazi bütövlüyünü bərpa etməyə çalışır. Sfera.az xəbər verir ki, əsasən Zəngəzur bölgəsində bir sıra yaşayış məntəqələri bizim ölkəyə təhvil verilib. Ermənistanda bununla bağlı həyəcan təbili çalırlar. Müxaliflər hökuməti Zəngəzurun itirilməsi gerçəyi ilə üz-üzə […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031