Türkiyədən özəl Ramazan dondurması – FOTO

    Türkiyədə Ramazan günlərində oruc tutanlar üçün özəl dondurma istehsalına başlanılıb. Adıçəkilən məhsul “dondurmanın paytaxtı” adlanan Maraşda istehsal edilir. Bu desertə tarixdə ilk dəfə xurma əlavə olunub. Şəkər, süd, səhləb və xurmanın qarışığından hazırlanan dondurmaların oruc tutan insanların xoşuna gələcəyi istisna edilmir. Bu vaxta qədər istifadəçilərə tanış olmayan yeni ekzotik desertlər ilk sınaqdan uğurla […]

Ermənilərin türk banklarına basqını: Qaro necə səfir oldu?

    19-cu əsrin ikinci yarısından etibarən Osmanlı İmperiyasında yaşayan ermənilər içərisində milliyyətçilik yayılmağa başlayır. Xüsusilə erməni Qriqoryan kilsəsinin “din adamları” bu ideyanın ermənilər tərəfindən mənimsənilməsi üçün əllərindən gələni edirlər. Ermənilər 1890-1896-cı illərdə İstanbulda və Anadolunun müxtəlif bölgələrində 40-a qədər siyasi motivli terror hadisəsi, eyni zamanda üsyanlar təşkil edib. Bu terror hadisələrindən biri də məşhur […]

Heç bir yalana boyun əyməyəcəyik – Türkiyə XİN

    Erməni terroru nəticəsində şəhid olan həmkarlarımızı unutmayacağıq. Bu, Türkiyə Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində yazılıb. XİN-in bəyanatında deyilir ki, yalanlar təkcə tarixi saxtalaşdırmır, həm də günahsız canları alır: “Erməni terroru nəticəsində şəhid olan həmkarlarımızı unutmadıq, heç vaxt unutmayacağıq! Onlar rahat uyusun, biz yalan və təzyiqlərə boyun əyməyəcəyik”.

Prezidentin geri çağırdığı səfir kimdir? – DOSYE

  Xəbər verdiyimiz kimi, Xanım Məmməd qızı İbrahimova Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında və Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılıb. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Xanım İbrahimova haqqında məlumatı təqdim edirik: Səfir Xanım İbrahimova beynəlxalq münasibətlər və diplomatiya sahəsində 20 illik iş təcrübəsinə malikdir. X.İbrahimova Azərbaycan Dövlət İqtisad Universitetindən beynəlxalq maliyyə […]

Şoyqu Arutyunyana zəng etdi

  Rusiya müdafiə naziri Sergey Şoyqu ilə Ermənistan müdafiə naziri Vaqarşak Arutyunyan arasında telefon danışığı baş tutub. Bu məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb. Məlumata görə, telefon danışığında əsas müzakirə mövzusu erməni ordusunda, o cümlədən Qarabağda məskunlaşdırılan ermənilərin “ordusunda” reform məsələləri olub. Tərəflər, həmçinin Ermənistan-Rusiya birləşmiş qoşunlarının fəaliyyətinin perspektivlərinə də toxunublar.

Televiziyada daim format axtarışı olmalıdır – Qulu Məhərrəmli

  Son günlər bəzi yerli telekanallarda bir sıra qüsurlar nəzərə çarpır. Bunlar əsasən qeyri-peşəkarlıqla bağlıdır. Bu nüans xüsusilə də aparıcılarda hiss olunur. Bayağılıq, qeyri-müəyyənlik həmin telekanallarda “at oynadır”. Bəs nə vaxta qədər belə olacaq? Telekanallarda verilişlərin səviyyəsi nə zaman düzələcək? Televiziya eksperti, professor Qulu Məhərrəmli açıqlamasında deyib ki, televiziya sahəsi daim yeniliklər tələb edir: “Bir […]

Polis iftar mərasimini yarımçıq dayandırdı  – Fotolar

Ağstafa rayonunda yas mərasimi keçirmək istəyən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin Gəncə regional qrupundan  verilən məlumata görə, Ağstafa Rayon Polis Şöbəsi əməkdaşları rayonun Poylu kəndində karantin rejimi qaydalarının pozularaq yas mərasimi təşkil edildiyini müəyyən ediblər. Polis əməkdaşları tərəfindən mərasim dayandırılıb. Ölkədə elan edilən karantin rejimi qaydalarını pozduqları üçün mərasimi təşkil edənlər barəsində İnzibati Xətalar Məcəlləsinin […]

Ölkə başçısının bu fikirləri dünyaya bir mesaj idi – RƏY

    “Hacıqabul səfəri zamanı Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bir sıra mühüm məsələlərə toxundu. Mühüm məsələlərdən biri milli-tarixi yaddaşımızla bağlıdır. Cənab Prezident dedi ki, biz 101 əvvəl Zəngəzuru ermənilərə vermişik. Hesab edirəm ki, bu, hər bir azərbaycanlı üçün çağırış idi”. Bunu açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, ölkə başçısının bu fikirləri eyni […]

Ermənistanın gələcək taleyi Azərbaycanın əlindədir – Deputat

    “Son günlər ermənilər Ermənistanın özü üçün təhlükəli revanşist iddialar səsləndirirlər. O cümlədən İrəvanda Qarabağ məsələsi ilə əlaqədar təxribatçı addımlar atırlar. Təbii ki, ermənilərin belə hərəkətləri onlar üçün yaxşı heç nə vəd etmir”. Bunu açıqlamasında millət vəkili Azər Badamov deyib. Deputatın sözlərinə görə, 44 günlük Vətən müharibəsində endirdiyimiz dəmir yumruğun zərbəsindən özlərinə gəlməsi üçün Ermənistana uzun […]

Teymur Musayevdən İLK AÇIQLAMA

    Aprelin 24-də Baş nazir Əli Əsədov Səhiyyə nazirinin birinci müavini Teymur Musayevi nazirliyin kollektivinə təqdim edib. Səhiyyə Nazirliyindən verilən məlumata görə, tədbirdə nazirliyin kollegiya üzvləri iştirak ediblər. Baş nazir Əli Əsədov çıxış edərək dövlət başçısının aprelin 23-də imzaladığı sərəncamları diqqətə çatdırıb. Teymur Musayevi təyinat münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Bildirib ki, Teymur […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2021
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930