“Milan” “İnter”ə qalib gəlib

İtaliya A seriyasında XXIV tura start verilib. Apasport.az saytının məlumatına görə, ilk gündə əzəli rəqiblər “İnter”lə “Milan” üz-üzə gəlib. “İnter” ev sahibliyi etdiyi “Cüzeppe Meatsa”dakı qarşılaşmanın birinci hissəsində üstün nəzərə çarpıb. Bunun nəticəsi kimi, İvan Perişiç 38-ci dəqiqədə “neradzurra”nı hesabda önə keçirib. Fasilədən sonra hücumda təzyiqi artıran “Milan” nəinki məğlubiyyətdən qaça, hətta önə də keçə […]

Terrorçuları dəstəkləyən Aykut Ərdoğdu İFŞA OLUNDU

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Türkiyənin Cümhuriyyət Xalq Partiyasını (CHP) təmsil edən millət vəkili Aykut Ərdoğdu öz sosial şəbəkə profilində Azərbaycan – Türkiyə münasibətlərinə kölgə salacaq qərəzli fikirlər səsləndirib.   Deputat Azərbaycanla Türkiyə əlaqələrində guya bir sıra qaranlıq məqamların olduğunu iddia edib. Onun iftira dolu açıqlaması Azərbaycan və Türkiyə ictimaiyyəti tərəfindən etirazla qarşılanıb.   Bununla bağlı […]

Bakıda səfirin maşını qəzaya uğradı

Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas avtomobil qəzasına düşüb.Hadisə Yasamal rayonunun N.Nərimanov prospektində qeydə alınıb. Məlumata görə, Elnur İsayevin idarə etdiyi avtomobillə səfirin sürdüyü nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.

Generalın yerinə o gətirildi

Nəqliyyatda Baş Polis İdarəsinə rəis əvəzi təyin edilib.   Bundan sonra polis polkovniki Nəriman İmanov idarənin rəis vəzifəsini icra edəcək.   Qeyd edək ki, Nəqliyyatda Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.

Mirqafar Seyidov təqaüdə GÖNDƏRİLDİ

Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov təqaüdə göndərilib.   Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.   Əmrə əsasən, M. Seyidov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.   Qeyd edək ki, Mirqafar Seyidov 2014-2020-ci illərdə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi olub. O, 2020-ci ildə Nəqliyyatda Baş […]

Qış Olimpiya Oyunlarının ilk MEDALÇILARI

Pekində keçirilən Qış Olimpiya Oyunlarında ilk mükafatçıların adları bilinib.   Qadınlar arasında xizəksürmə üzrə skiatlon yarışlarında Norveç idmançısı Terez Yohauq Olimpiya çempionu olub.   O, 15 kilometrlik məsafəni 44 dəqiqə 13,7 saniyəyə qət edib.   Yarışda gümüş medalı Rusiya xizəkçisi Natalya Nepryayeva, bürünc medalı isə avstriyalı idmançı Tereza Ştadlober qazanıb.   Qeyd edək ki, ötən gündən start […]

VHP Qadınlar Şurasına yeni sədr seçilib

Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi Qərargahında partiyanın Qadınlar Şurasının növbəti konfransı keçirilib. Toplantını VHP Şuşa rayon təşkilatının sədri Ofelya Rəşidqızı açdı. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi  dəqiqəlik sükutla yad edildi. İclasın gündəliyi təsdiq edildikdən sonra VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı toplantı iştirakçılarının salamlayaraq qadınların milli tariximizdə, bu günümüzdə və partiya fəaliyyətində rolundan danışdı:  Qadına, anaya […]

Prokurorluq öldürülən 4 yaşlı Məryəmin atasının saxlanılmasına münasibət bildirdi

Baş Prokurorluq quyuya atılaraq öldürülən 4 yaşlı Məryəmin atası Taleh Allayarovun saxlanılmasına münasibət bildirib. Qurumun mətbuat xidmətinin prokuroru Aynur Əfəndiyeva APA-nın sorğusuna cavab olaraq bildirib ki, 4 yaşlı qızın öldürülməsi faktı ilə bağlı ı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4 və 126.3-cü maddələri cinayət işinin istintaqı aparılır:   “ Həmin xüsusatla bağlı zərərçəkmiş atası Taleh Allayarov […]

Ordubadda 46 sm qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecədən ölkə ərazisində hava şəraiti yağıntılı olub, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb, şimal-qərb küləyi güclənib. Düşən yağıntının miqdarı Ağdərədə (Ordubad) 7.0 mm, Göygöldə 4.0 mm, Daşkəsəndə 2.0 mm, Quba, Qrız, Sarıbaş (Qax), Gədəbəydə 1.0 mm-dək qar, Sədərək, Şərur, Ordubadda 2.0 mm, […]

Azərbaycan neftinin qiyməti 100 dollara YAXINLAŞDI

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti artıb.   “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,23 ABŞ dolları, yaxud 4,45 % artaraq 99,30 ABŞ dollarına çatıb.   Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.   Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28