“Brent” neftinin qiyməti 110 dolları ötdü

Londonun “ICE” birjasında “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 4,76 faiz bahalaşıb. Cumhuriyyet.az xəbər verir ki, neftin bir barrel üçün qiyməti 109,96 dollar təşkil edib. Axşam saatlarında “Brent” neftinin qiyməti 4,93 faiz artaraq 110,15 dollar olub. Qeyd edək ki, sonuncu dəfə “Brent” markalı neftin qiyməti aprelin 19-da 110 dollar səviyyəsində olmuşdu.

Dnepr raket hücumuna məruz qaldı

Ukraynanın Dnepr şəhəri raket hücumuna məruz qalıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Dnepr şəhər meri Boris Filatov məlumat verib. Mer əhaliyə sığınacaqlarda qalmağı tövsiyə edib. Dağıntı, ölən və yaralılar barədə əlavə məlumat veriləcəyi qeyd olunub.

FED uçot dərəcəsini ARTIRDI

ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) faiz dərəcəsini 0,5 baza bəndi artıraraq illik 0,75 – 1%-ə çatdırıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə FED-in məlumatında qeyd olunub. FED-in əvvəlki faiz artımı 2022-ci ilin mart ayında baş tutub. Gözləntilərə görə, 2022-ci ildə federal fondların dərəcəsi 3,0-3,25%-ə qədər artırıla bilər.

Putin Vahid Ələkbərovu TƏLTİF ETDİ

Rusiya Prezidenti Vladimir Putin “Lukoyl” şirkətinin keçmiş sahibi Vahid Ələkbərovu təltif edib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Putinin sərəncamı ilə Azərbaycan əsilli iş adamı Vahid Ələkbərov I dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Qeyd edək ki, Vahid Ələkbərov bir müddət əvvəl şirkətin idarə heyətindən istefa verib.

Son sutkada cəmi 22 vaksin vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 22 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Cumhuriyyet.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 15, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 0 nəfərdir. […]

Bu günkü yoluxma SAYI

Azərbaycanda koronavirus infeksiyasına 3 yeni yoluxma halı qeydə alınıb, 14 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Cumhuriyyet.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Kreml sanksiyaları “ikitərəfli silah” hesab edir

Kreml Avropa İttifaqının Rusiya neftinə qarşı tətbiq etmək istədiyi embarqo ilə bağlı müzakirələri izləyir. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib. Onun fikrincə, Avropa ölkələri Rusiyanın Ukraynadakı hərbi əməliyyatına cavab olaraq tətbiq edilən sanksiyalara görə, artıq “böyük bədəl” ödəyir. Peskov vurğulayıb ki, Rusiya hakimiyyəti mümkün sanksiyalar üçün “müxtəlif variantları” nəzərdən keçirir: […]

Bakıda maaşlar ARTIB

Bakı şəhəri üzrə bu ilin yanvar-fevral aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqısı açıqlanıb. Bu barədə Bakı Şəhər Statistika İdarəsindən məlumat verilib. Bildirilib ki, hesabat dövründə Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 8,8 faiz artaraq 979 manat təşkil edib.

Aİ Rusiya neftinə sanksiyalar barədə razılığa gələ bilmədi

Aİ ölkələrinin daimi nümayəndələri bu gün Rusiya neftinə embarqo ilə bağlı razılığa gələ bilməyib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi danışıqlarla tanış olan rəsmiyə istinadən məlumat yayıb. Bildirilir ki, danışıqların cümə axşamı davam etdirilməsi planlaşdırılır. Avropa Komissiyası bugünkü iclasda Rusiyadan neft idxalına qadağa qoyulmasını təklif edib və bu qadağa xam neft üçün 6 […]

“Biz o adamların adlarını bilirik” – İlham Əliyev

“Ermənistan Zəngilandakı və digər rayonlardakı qızıl və digər qiymətli metallar yataqlarını da vəhşicəsinə istismar etmişdir. Zəngilanda Vejnəli qızıl yatağını vəhşicəsinə istismar etmişdir. Oranı da ekoloji fəlakət zonasına çevirmişdir və qanunsuz olaraq orada çıxarılan qızıl xaricə aparılıb satılmışdır”. Cumhuriyyet.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2022
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031