Medvedev ukraynalılara səsləndi: “Boş xəyallara qapılmayın”

“Ukraynalılara boş xəyallara qapılmamağı tövsiyə edirəm, çünki polyakların vəzifəsi öz tarixini bərpa etməkdir. Onlar Ukrayna ərazisini bölmək istəyirlər”. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib. “Bunun nəticəsində Ukrayna dövlətçiliyini itirəcək. Prezident Andrzej Duda daha əvvəl Polşa ilə Ukrayna arasında artıq sərhədlərin olmayacağını, iki ölkənin xalqlarının ortaq xoşbəxtlik […]

Zelenski yeni qanun İMZALADI

Ukrayna Prezidenti Vladimir Zelenski “Ukrayna qanunvericiliyinin sovetsizləşdirilməsi haqqında” qanunu imzalayıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk “Telegram” kanalında bildirib. Ukrayna Nazirlər Kabinetinə qanundan irəli gələn işləri həyata keçirmək barədə tapşırıq verilib. Stefançuk sənədin qəbulunun lehinə səs verən bütün deputat həmkarlarıma təşəkkür edib.

DYP-dən sürücülərə jalüz XƏBƏRDARLIĞI

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) avtomobillərin jalüzləri ilə bağlı sürücülərə xəbərdarlıq edib. BDYPİ-dən Cumhuriyyet.az-a daxil olan xəbərdarlıqda deyilir: “Avtomobillərin arxa yan şüşələrində örtüklərdən istifadə ilə bağlı son günlər əhali arasında aparılan müzakirələrin aktuallığını, xüsusilə internet mediada çaşdırıcı məlumatların yayılmasını nəzərə alaraq, bəzi tövsiyələri ictimaiyyətin diqqətinə çatdırmağı zəruri hesab edirik. Əvvəla qeyd etmək lazımdır ki, […]

Heyvanlarla bağlı yeni qanunlar HAZIRLANIR

“Heyvanlarla rəhmsiz davranışa görə cəzalar sərtləşdirilməlidir”. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hüquq və insan resursları şöbəsinin müdiri Aynurə Kərimova “Ekspert saatı”nda məlumat verib. Nazirlik rəsmisi bildirib ki, bununla əlaqədar qanunvericiliyə dəyişikliklər hazırlanır: “Yeni qanunların hazırlanmasına başlamışıq. Statistikaya nəzər saldıqda görərik ki, heyvanlarla rəhmsiz rəftar hallarına qarşı kifayət qədər boşluqlar […]

“Araz Supermarketlər” şəbəkəsi 2 milyondan çox CƏRİMƏLƏNDİ

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aparılan araşdırmalar nəticəsində “Araz Supermarketlər” şəbəkəsi Yeni il ərəfəsində ən ucuz market seçildi” reklamının yayılmasında “Araz Supermarket” MMC-nin digər market şəbəkələrinə qarşı haqsız rəqabətə yol verməsi əlamətləri üzrə qaldırılan işə dair qərar qəbul edilib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb. […]

Lisenziyalar haqqında qanuna dəyişiklik təsdiqləndı

Prezident İlham Əliyev “Lisenziyalar və icazələr haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Cumhuriyyet.az xəbər verir ki, dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısına ümumölkə yerüstü radio yayımçısı, regional yerüstü radio yayımçısı, peyk yayımı həyata keçirən platforma yayımçısı, peyk yayımı həyata keçirməyən platforma yayımçısı, sifarişli yayım xidməti provayderi, sadə platforma […]

Prezident qanunu təsdiqlədi, rüsum 10 dəfə AZALDILDI

Azərbaycanda media üçün dövlət rüsumunun 10 dəfə azaldılıb. Cumhuriyyet.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Belə ki, qanunun 22-ci maddəsində (Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinə görə dövlət rüsumunun dərəcələri) “ümumrespublika televiziya yayımı”, “ümumölkə yerüstü televiziya yayımçısı” ifadəsi ilə əvəz edilərək dövlət rüsumunun məbləği […]

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Mayın 5-də Respublika Milli Hematologiya və Transfuziologiya İnstitutu Mərkəzi Qan Bankının təşəbbüsü, Qazax Rayon İcra Hakimiyyətinin və Qazax Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə Qazax rayonunda növbəti qanvermə aksiyası keçirilib. Qazax Rayon Mərkəzi Xəstəxanasında karantin qaydalarına uyğun təşkil olunan aksiyada Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların əməkdaşları, eləcə də rayon sakinləri iştirak edib. […]

Şahid: “Vilyam Hacıyevin bir “hə”sinə görə 85 min manat verdim”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında şahidlər dindirilirlər. “Report”un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid Eldəniz Nəbiyev sahibkar kimi fəaliyyət göstərdiyini deyib: “Fermer təsərrüfatı ilə bağlı arayış lazım idi. Rayon İcra Hakimiyyətinin baş mühasibinə yaxınlaşanda […]

İrəvanda vəziyyət gərginləşir: “Bütün şəhər iflic olacaq” – VİDEO

Ermənistanda yenidən etiraz aksiyaları başlayıb. Cumhuriyyet.az xəbər verir ki, Baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifət tərəfdarları paytaxtın Fransa meydanında toplaşıb, daha sonra 4 istiqamətdə yürüşə keçiblər. “Bütün şəhəri iflic etməliyik. Yürüşlər geniş olmalıdır ki, polis onları saxlaya bilməsin”, – deyə Ermənistan parlamentinin vitse-spikeri, müxalifət lideri İşxan Saqatelyan bildirib. O, xalqı hakimiyyət qüvvələrinə qarşı […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2022
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031