Əhali içki və siqaretə nə qədər pul XƏRCLƏYİB? – STATİSTİKA

2022-ci ilin yanvar-mart aylarında ticarət dövriyyəsinin həcmi 2021-ci ilin analoji dövrü ilə müqayisədə 4,8 faiz artaraq 6 milyard 301 milyon manat olub. Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz artaraq 3 milyard 636 milyon 600 min manata, […]

Mehriban Əliyevadan veteranlara TƏBRİK

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində faşizm üzərində Qələbənin 77-ci ildönümü münasibətilə paylaşım edib. Cumhuriyyet.az xəbər verir ki, paylaşımda deyilir: “Əziz veteranlar! Faşizm üzərində Qələbənin 77-ci ildönümü münasibətilə sizi təbrik edirəm! Hər birinizə möhkəm cansağlığı, Vətənimizə sülh və əmin-amanlıq arzulayıram!”.

Zelenskidən həyat yoldaşına: “Mənim dəyərlim…”

Ukrayna Prezidenti Volodimir Zelenski həyat yoldaşı və anasını Beynəlxalq Analar Günü münasibəti ilə təbrik edib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə prezident özünün instaqram hesabından paylaşım edib. “Mənim dəyərlilərim. Anam Rima və övladlarımın anası Yelena. Əzizim, hər zaman yanımda olduğunuz üçün təşəkkür edirəm”, – paylaşımda deyilir.

Putin Ukraynada ölən həbçilərin övladları ilə bağlı fərman imzaladı

Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı müharibədə ölən hərbçilərin övladlarına kömək məqsədilə fərman imzalayıb. Cumhuriyyet.az xəbər verir ki, fərmana əsasən, Ukraynadakı müharibədə iştirak edən hərbi qulluqçuların uşaqları üçün Rusiya Federasiyasının ali məktəblərində qəbul kvotası olacaq. Fərmanda qeyd olunur ki, kvota “hər bir ixtisas və ya təhsil sahəsi üzrə federal büdcədən ayrılan vəsaitlər hesabına ümumi qəbul hədəfinin […]

Prezident Həzi Aslanovun abidəsini ziyarət etdi – FOTO

Mayın 9-da faşizm üzərində tarixi Qələbədən 77 il ötür. Cumhuriyyet.az xəbər verir ki, bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyub, müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsini ehtiramla anıb. Qeyd edək ki, Azərbaycan xalqı faşizm üzərində […]

Putin Ukraynada ölənlərin ailələrinə kömək edəcəyinə SÖZ VERDİ

Rusiya Prezidenti Vladimir Putin Ukraynada həlak olan hərbçilərin ailələrinə və uşaqlarına yardım vəd edib. Cumhuriyyet.az xəbər verir ki, Rusiya lideri bu barədə Moskvada keçirilən qələbə paradında bildirib. “Hər gün əsgərlərin ölümü hamımız üçün kədərlidir, biz ölənlərin ailələrinə kömək etməyə hazırıq, bunun üçün söz veririk”,- Putin çıxışında deyib. Qeyd edək ki, Rusiyanın paytaxtı Moskvanın Qızıl Meydanında […]

Sarkisyan Şuşadan danışmaq istəmədi

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan jurnalistlərin Şuşanı yenidən işğal etməyin mümkün olub-olmaması barədə sualını cavablandırmaqdan yayınıb. Cumhuriyyet.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Sarkisyanın sözlərinə görə, bu gün müxalifət üçün prioritet baş nazir Nikol Paşinyanın və komandasının hakimiyyətdən uzaqlaşdırılmasıdır. “Ermənilərin bu gün başqa vəzifəsi var – Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq və ciddi problemlərlə məşğul olmaq”. Ermənistanda […]

“Tezliklə ikinci qələbə gününü qeyd edəcəyik” – Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski ukraynalıları nasizm üzərində Qələbə Günü münasibətilə təbrik edib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə prezident teleqram səhifəsində təbrik videosu yayıb. “Biz o vaxt qalib gəldik, indi də qalib gələcəyik”, – Zelenski təbrik mesajında bildirib “Biz uşaqlarımız üçün azadlıq uğrunda mübarizə aparırıq, bu o deməkdir ki, biz qalib gələcəyik. Tezliklə Ukraynada ikinci […]

Brent nefti UCUZLAŞDI

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin iyul müqaviləsinin dəyəri 0,36% azalaraq 1 barelə görə 111,98 dollar təşkil edib. Cumhuriyyet.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyununda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,47% azalaraq 109,25 dollar təşkil edib.

“NATO ölkələri bizi eşitmək istəmədi” – Putin

“NATO ölkələri bizi eşitmək istəmədi. Onların tamamilə başqa planları var idi”. Cumhuriyyet.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin faşizm üzərində qələbənin 77-ci ildönümünə həsr olunan paradda bildirib. Putinin fikrincə, NATO ölkələrinin Krıma hücum üçün hazırlıq planları vardı. “NATO bizə sərhədləri yaxın olan əraziləri hərbi cəhətdən mənimsəməyə başlayıb”,- Rusiya prezidenti çıxışında vurğulayıb. Qeyd […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2022
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031