Evi sökülən Şəhid anasına 3 otaqlı mənzil verilib – RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi Şəhid Sübhan Mahir oğlu Abdurəhmanlının anası Mehriban Abdurəhmanlının evsiz olması iddialarına aydınlıq gətirib. Agentliyin mətbuat xidmətinin rəhbəri Murad Həşimov Cumhuriyyet.az-a bildirib ki, M. Abdurəhmanlıya dövlət tərəfindən mənzil veriliməsini təsdiqləyib: “Abdurəhmanlı Mehriban Səftər qızı 17 sentyabr 2021-ci ildə Ramana Yeni Yaşayış Kompleksində üçotaqlı mənzillə təmin olunub”. […]

Xankəndidə saxlanılan generala ittiham irəli sürülüb

Xankəndidə saxlanılan general-mayor Samvel Karapetyana qarşı ittiham irəli sürülüb. Cumhuriyyet.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, cinayət təqibinə səbəb mayın 10-da Qarabağın mərkəzindəki atışma olub. Belə ki, general Karapetyan Xankəndinin mərkəzi meydanında dörd gəncə atəş açıb. Karapetyana qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb, lakin ifadənin doğruluğu, şahidlərə və istintaqa təsir göstərməyə […]

Putinin ailəsinə və dostlarına sanksiya tətbiq olundu

Böyük Britaniya hökumətinin saytında sanksiyalar siyahısına 1000-dən çox fiziki və 100 hüquqi şəxs daxil edilib. Cumhuriyyet.az xəbər verir ki, Britaniya Rusiya Prezidenti Vladimir Putinin ailə üzvlərinə və dostlarına qarşı yeni sanksiyalar tətbiq edib. “Biz Ukrayna qalib gələnə qədər Putinin təcavüzünə kömək edən və dəstəkləyən hər kəsə qarşı sanksiyaları davam etdirəcəyik”, – Britaniyanın xarici işlər naziri […]

TƏBİB-in idarə edilməsilə bağlı səlahiyyətlər LƏĞV EDİLDİ

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi artıq “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinə münasibətdə vahid tənzimləməni həyata keçirməyəcək. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı Fərmanı ilə “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsi”ndə edilən dəyişiklikdə qeyd olunub. Bununla da, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi […]

Bu şəxslərə hərbi xidmətdən MÖHLƏT VERİLDİ

Prezident İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu təsdiq edib. Cumhuriyyet.az xəbər verir ki, dəyişikliyə əsasən, adyunkturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara 3 ay müddətinə möhlət veriləcək. Möhlət hüququ təkrar ali təhsil alan çağırışçılara şamil olunmayacaq.

Emin Əmrullayev islahatlara loqodan BAŞLADI

Daha bir idman federasiyası loqosunu dəyişəcək. Cumhuriyyet.az xəbər verir ki, təhsil naziri Emin Əmrullayevin rəhbəri olduğu Azərbaycan Basketbol Federasiyası loqo dəyişikliyinə ehtiyac duyub. Bunun üçün mayın 14-də federasiya yeni loqonun və vebsaytın təqdimatını edəcək. Həmçinin, həmin tədbirdə milli komandanın yeni formaları təqdim olunacaq. “Yeni Nəfəs. Yeni Başlanğıc” adlı tədbirdə Basketbol Federasiyasının son beş ay ərzində […]

Putinin məşuqəsinin keçmiş sevgilisi AXTARIŞA VERİLDİ

Rusiya prezidenti Vladimir Putinin məşuqəsi olduğu iddia edilən Alina Kabayevanın keçmiş sevgilisi, polis kapitanı David Museliani axtarışa verilib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb. Məlumatda qeyd edilir ki, Rusiyanın hüquq-mühafizə orqanları David Muselianini Arktika limanlarında dövlət vəsaitlərini mənimsəməkdə şübhəli bilirlər. O da bildirilir ki, təkcə Kabayevanın keçmiş sevgilisi deyil, hüquq-mühafizə […]

Pay torpaqları ilə bağlı bu rüsum ləğv edildi

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilib. Cumhuriyyet.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu təsdiqləyib. Dəyişikliyə əsasən, “Torpaq islahatı haqqında” qanuna uyğun olaraq, ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın […]

Səhiyyə Nazirliyi yeni Mərkəz yaratdı

“Səhiyyənin Transformasiyası Mərkəzi” işçi qrupu yaradılıb. Cumhuriyyet.az-ın xəbərinə görə, bu barədə Prezident İlham Əliyev müvafiq fərman imzalayıb. Fərmana əsasən, Səhiyyə Nazirliyi səhiyyə və tibbi sığorta sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsinə, o cümlədən şəffaflığın və hesabatlılığın artırılmasına, habelə elektron səhiyyənin inkişaf etdirilməsinə dair təkliflərin üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsini təmin etmək məqsədilə İcbari […]

Zaur Əliyev 4 qurumun nümayəndələrinə sədrlik edəcək – FƏRMAN

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Müşahidə Şurasının sədri məlum olub. Cumhuriyyet.az-a xəbər verir ki, Prezident İlham Əliyev imzaladığı müvafiq fərmana əsasən, TƏBİB-in Müşahidə Şurası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədrindən (sədr olmaqla), səhiyyə nazirinin müavinindən, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinindən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2022
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031