İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev 1 iyul 2022-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nda dəyişiklik edib. Cumhuriyyet.net xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb. Fərmana əsasən, xaricdə çap olunmuş pasport və yeni nəsil şəxsiyyət vəsiqəsi blanklarının idxalı əlavə dəyər vergisindən (ƏDV) azad edilib.

HÜQUQ MÜDAFİƏÇİSİ ELNUR AZƏRSOY TƏŞKİLATIN FƏALİYYƏTİNİ BƏRPA EDƏCƏKLƏRİNİ BİLDİRDİ

Bir neçə il əvvəl yaradılan Vətəndaş Hüquqlarının Müdafiəsi Naminə Hüquq Müdafiə Təşkilatının(VHM) uzun müddət idi ki, fəaliyyətinin zəiflənməsi müşahidə olunsa da, bu günlərdə təşkilatın daha çox aktivliyi müşahidə olunmaqdadır. Həmin təşkilata rəhbərlik edən tanınmış yazar Elnur Vaqifoğlunun yeni -Azərsoy təxəllüsü ilə ictimai-siyasi arenaya çıxması yeni dünya düzənində təşkilatın ciddi siyasi layihələrə start verməsi anlamı kimi […]

Nazirlərin Vaşinqton görüşü təxirə salındı

Azərbaycan və Ermənistan XİN başçılarının 12 iyunda Vaşinqtonda nəzərdə tutulan görüşü təxirə salınır. Cumhuriyyet.net xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan məlumat yayıb. “Bildiririk ki, Azərbaycan tərəfinin xahişi ilə gələn həftə Vaşinqtonda keçirilməsi planlaşdırılan müzakirələrin növbəti raundu təxirə salınır. Görüşün yeni tarixləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, – XİN sözçüsü sosial […]

Azərbaycanda banklar dollar alışını kəskin azaldıb

08 iyun 2023-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Cumhuriyyet.net Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, hərracda tələb 1,5 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Qeyd edək ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

İran İsraili “Fəttah”la hədələdi

İranın paytaxtı Tehran şəhərinin meydanlarında reklam lövhələrində İsraili təhdid bannerləri quraşdırılıb. Cumhuriyyet.net xəbər verir ki, bu barədə İran mediası və SEPAH-a bağlı sosial media kanalları məlumat yayıblar. “Fəttah” raketlərinin təsviri olan reklam lövhələrində onların üzərində fars, ərəb və ivrit dillərində “Təl-Əvivə 400 saniyə” sözləri yazılıb. Qeyd edək ki, İran “Fəttah” adlı ilk hipersəs raketini bir […]

Bu, İlham Əliyevin xüsusi diqqətindədir – DSX rəisi

Sərhəd təhlükəsizliyinin təmin edilməsi məsələləri Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqətindədir. Cumhuriyyet.net xəbər verir ki, bunu Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunlarının Komandanları Şurasının (SQKŞ) 86-cı iclasında deyib. “Son 20 il ərzində dövlət başçısı Dövlət Sərhəd Xidmətinin müxtəlif hərbi hissələrinə 40 dəfədən çox səfər edib, […]

Ronaldu futbol klubu almaq istəyir

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu futbol klubu sahibi olmağı planlaşdırır. Bu barədə 38 yaşlı hücumçunun özü məlumat verib: “Karyeramın sonuna 2-3 il qalıb. Futbol klubu almağı istisna etməzdim. Karyeramı başa vurduqdan sonra bunu etmək istərdim”, – deyə portuqaliyalı söyləyib. Qeyd edək ki, Ronaldu bu ilin əvvəlindən “Ən-Nəsr”də çıxış edir. Portuqaliyalı […]

Sabah hava necə olacaq?

İyunun 9-na gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Cumhuriyyet.net-ə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-22, gündüz 25-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa […]

Bu halda Makronu devirəcəyik – Pançe

Makron Fransanın ən pis prezidentidir. Nikola Sarkozi daha yaxşısını edərdi və Fransua Olland yəqin ki, daha çox dinləyərdi. Makron hər şeyi özü həll edir, qapalıdır. Cumhuriyyet.net xəbər verir ki, bunu Fransadakı Müstəqil deputatlar və xarici ərazilərin nümayəndələri qrupunun sədri Bertran Pançe deyib. Makronu qapalı düşüncə tərzinə və hər şeyi təkbaşına həll etdiyinə görə tənqid edən […]

İrana müalicəyə gedənlərə nələr edilir? – Şok video

İrana gedən azərbaycanlı xəstələri müalicə edən həkimlərin xüsusi xidmət orqanlarının əməkdaşları olması barədə iddialar yayılıb. Cumhuriyyet.net xəbər verir ki, bu barədə MOUZE kanalı səs yazısı yayıb. Səs yazısında bildirilir ki, İranda xəstələri müalicə adı ilə müxtəlif müəmmalı dərmanlardan istifadə edilir, həmçinin onlar casusluğa cəlb edilir.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930