Ordumuz Arazdəyəndə mülki infrastruktu atəşə tutmayıb – MN

İyunun 20-si saat 16:30-da Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Arazdəyən yaşayış məntəqəsində mülki infrastrukturun müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə yayılan məlumat bu ölkənin müdafiə nazirliyinin növbəti yalanıdır, həqiqətə uyğun deyil. Cumhuriyyet.net xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. “Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, – məlumatda bildirilib.

“Qərbi Azərbaycan Ensiklopediyası” hazırlanacaq

  Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Qərbi Azərbaycan Ensiklopediyası” hazırlanacaq. Bu barədə AMEA məlumat yayıb. Bildirilib ki, Rəyasət Heyətinin iclasında Qərbi Azərbaycan üzrə aparılan tədqiqatlarla bağlı bir sıra qərarlar qəbul olunub. AMEA prezidenti akademik İsa Həbibbəyli deyib ki, hazırda dövlət siyasətinin mühüm istiqamətlərindən birini etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların ictimai-mədəni […]

Mübariz Mənsimova ağır itki

“Palmali Holdinq”in prezidenti, azərbaycanlı iş adamı Mübariz Mənsimovun atası Qurban Mənsimov vəfat edib. Cumhuriyyet.net xəbər verir ki, o, İstanbulda, müalicə olunduğu “Liv Hospital”da dünyasını dəyişib. Allah rəhmət eləsin!

Qazimiz özünü İH qarşısında yandırdı

Naftalanda qazi özünü yandırıb. Cumhuriyyet.net Musavat.com-a istinadən xəbər verir ki, özünü yandıran qazi İlkin Həmid oğlu Tağıyevdir. Məlumatda qeyd edilir ki, hadisə az müddət öncə etiraz səbəbindən rayon icra hakimiyyətinin qarşısında baş verib. Qazinin icra hakimiyətində qəbul zamanı özünü yandırdığı bildirilir. Onun bədəninin 30 faizi yanıb. Məsələ ilə bağlı TƏBİB-ə məlumat verilib. Hazırda özünü yandıran […]

Azərbaycan niyə Qarabağı daxili məsələsi hesab etməsin?

2017-ci ilin 16 iyulunda Serj Sərkisyan müsahibəsində demişdi ki, 2016-cı ilin müharibəsi Azərbaycanın problemin həlli üçün Madrid variantından imtina etdiyini göstərdi. Sərkisyanın sözlərinə görə, Azərbaycan deyir ki, Qarabağ problemi Bakının daxili işidir. Yəni Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və belə də qalacaq. Cumhuriyyet.net xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan 44 günlük […]

Amansız döyüş gedir – Lukaşenko

ABŞ artıq çoxdan Avropanı suverenliyindən məhrum edib. Cumhuriyyet.net xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT ölkələrinin XİN başçıları ilə görüşündə deyib. “Amerikalılar Avropanı parçaladılar və indi onu cilovlamaq lazımdır. Avropalılar isə məni qınayır ki, biz burada suverenliyi itiririk. Allah köməyin olsun, sən onu çoxdan itirmisən. Qlobal miqyasda sonu nə ilə bitəcəyi məlum olmayan […]

Bu tarixdən avtobuslarda bank kartlar ilə ödəniş ediləcək

Bakıda avtobuslarda bank kartları vasitəsilə ödəniş etmək mümkün olacaq. Cumhuriyyet.net xəbər verir ki, bunu K Group MMC-nin (“Bakı Kart”ın operatoru) direktoru Orxan Bayramov avtobuslarda nağdsız ödənişlər üçün yeni mobil tətbiqin təqdimatı ilə bağlı keçirilən tədbirdə bildirib. O qeyd edib ki, hazırda bu istiqamətdə iş aparılır: “Cari ilin sonuna kimi “Bakı Kart” aktiv olduğu ərazilərdə bu […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930