Roma Papası Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

Roma Papası Fransisk Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib Cumhuriyyet.net xəbər verir ki, məktubda deyilir: “Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Zati-aliləri! Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə ölkənizlə bağlı əmin-amanlıq və firavanlıq arzularımı, həmçinin atanız, Zati-aliləri cənab Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə səmimi təbriklərimi çatdırıram. Azərbaycanın […]

Ceyhun Bayramov İsrail Knessetinin nümayəndə heyətini qəbul edib

İyunun 5-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İsrail Knessetinin nümayəndə heyətini qəbul edib. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Knessetin Xarici əlaqələr və müdafiə komitəsinin sədri Yuli Edelşteynin rəhbərlik etdiyi nümayəndə heyətində, həmçinin komitənin diplomatik məsələlər üzrə başçısı Sara Zvebner və komitənin üzvü Ram Ben Barak təmsil olunub. Görüşdə Azərbaycan və […]

Mayk Pens də ABŞ prezidentliyinə namizəd oldu

ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens növbəti prezident seçkilərində namizəd olacaq. Cumhuriyyet.net xəbər verir ki, Pensin sənədləri artıq ABŞ Federal Seçki Komissiyasının saytında yer alıb. Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək.

Bu sürücülər 150 manat cərimələnəcək

Birtərəfli yollarda əks istiqamətdə hərəkət edən sürücülər 150 manat cərimələnəcək. Cumhuriyyet.net xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir. Məcəllənin hazırkı variantında qeyd edilib ki, birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının […]

Hərbi vəzifəlilərin təlimi keçirilir – MN

  Cari ilin hazırlıq planına əsasən, “N” hərbi hissəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin iştirakı ilə növbəti təlim toplanışı keçirilir. Bu barədə Cumhuriyyet.net-ə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, plana uyğun olaraq, toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyat və həkim müayinəsindən keçən hərbi vəzifəlilər hərbi geyim, həmçinin digər təminat növləri ilə təmin olunublar. Hərbi vəzifəlilərə […]

“Tottenhem”in yeni baş məşqçisi bəlli olub

İngiltərənin “Tottenhem” komandasının yeni baş məşqçisi bəlli olub. Cumhuriyyet.az xəbər verir ki, bu barədə italiyalı insayder Fabritsio Romano özünün sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, London klubunu bunadək Şotlandiya “Seltik”inə başçılıq edən Ange Postekoqlu çalışdıracaq. Premyer Liqa təmsilçisi artıq 57 yaşlı mütəxəssislə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Təyinatın yaxın vaxtlarda açıqlanacağı gözlənilir. Qeyd edək […]

NATO mənzil-qərargahını genişləndirməyi planlaşdırır

NATO yeni üzvləri qəbul etmək üçün mənzil-qərargahını genişləndirməyi planlaşdırır. Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Euractiv” nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, NATO alyansa yeni qəbul olunmuş Finlandiyanın missiyası üçün yer tapmağa çalışdığından Brüsseldə əlavə bina tikməyi düşünür. NATO-dan qeyd edilib ki, Finlandiya nümayəndə heyətinin NATO-nun mənzil-qərargahına köçməsi prosesi yaxın həftələrdə və aylarda tamamlanacaq.

Kleverli Kiyevdə: Zelenski ilə görüşdü…

Böyük Britaniya xarici işlər naziri Ceyms Kleverli Ukraynanın paytaxtı Kiyevə səfər edib. Cumhuriyyet.az xəbər verir ki, Kleverli səfər çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb. Zelenski görüşdə ukraynalı pilotlara döyüş təyyarələrindən istifadə etmək üçün təlimlərə başlayacağına görə Böyük Britaniyaya təşəkkürünü çatdırıb. Ukrayna lideri Kleverliyə son həftələrdə mühüm razılaşmaların olduğunu bildirib.

ABŞ-dan Rusiya ilə bağlı yeni qərar

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında bildirilib. Qeyd olunub ki, 7 rusiyalı fiziki və 1 hüquqi şəxsə qarşı sanksiyalar tətbiq olunub.

İlham Əliyev 6 fərman imzaladı

Prezident İlham Əliyev 17 iyul 2001-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”nda dəyişiklik edib. Cumhuriyyet.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb. Fərmana əsasən, bundan sonra müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda, […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930