Ərdoğanın şərəfinə dövlət ziyafəti verilir – Foto

Bu dəqiqələrdə Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Azərbaycan Prezidentinin dəvəti ilə ölkəmizdə dövlət səfərində olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və birinci xanım Əminə Ərdoğanın şərəfinə dövlət ziyafəti verilir. Cumhuriyyet.net xəbər verir ki, tədbir konsert proqramı ilə davam edir.

Türkiyə Azərbaycanda hərbi müəssisə yaradır

Türkiyənin “Akıncılar” tekstil şirkəti Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Cumhuriyyet.net xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, tərəflər arasında imzalanan protokola əsasən, Azərbaycanda birgə istehsal müəssisəsi və laboratoriya yaradılacaq. Azərbaycanda müştərək müəssisədə istehsal olunacaq müdafiə təyinatlı məmulatların üçüncü ölkələrə tədarükü planlaşdırılır. “Azərbaycan ilk dəfə […]

Bayden əməliyyat olunacaq

ABŞ Prezidenti Co Bayden iltihablı pulpanın çıxarılması üçün diş əməliyyatı keçirəcək. Cumhuriyyet.net xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. Məlumatda qeyd olunub ki, bu gün Bayden bir az narahatlıq yaşayıb.

Ərdoğan Bakıda – Foto

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə iyunun 12-də ölkəmizə dövlət səfərinə gəlib. Cumhuriyyet.net xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin […]

Kanada və Niderland Suriyaya qarşı BƏM-də iddia qaldırıb

Kanada və Niderland Suriyaya qarşı BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində (BƏM) iddia qaldırıb. Cumhuriyyet.net xəbər verir ki, bu barədə BƏM mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, ölkələr rəsmi Dəməşqi məhbuslara işgəncə verməkdə, digər qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və cəzalarla Konvensiyanı pozmaqda ittiham edir. İddia ərizəsində qeyd olunub ki, Suriya 2011-ci ildən indiyə qədər mülki nümayişlərin […]

ABŞ-la İran arasında yaxın gələcəkdə məhbus mübadiləsi ola bilər

ABŞ İran məsələsində ciddidirsə, yaxın gələcəkdə məhbus mübadiləsinin şahidi ola bilərik. Cumhuriyyet.net xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani mətbuat konfransında deyib. “Əsirlərin dəyişdirilməsi ilə bağlı vasitəçilər vasitəsilə aparılan danışıqların nəticələrini gözləyirik”, – o qeyd edib. Kənani mümkün nüvə sazişi ilə bağlı xəbərlərə də münasibət bildirib: “Hərtərəfli Birgə Fəaliyyət Planı […]

Türkiyənin ilk təyyarə zavodu yenidən açılır

Türkiyənin Kayseri vilayətində təyyarə və helikopter hissələri istehsal edən ilk aviasiya zavodu olan TOMTAŞ yenidən işə başlayacaq. Cumhuriyyet.net xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Məlumata görə, Məlikqazi bölgəsində tikilən zavodun yenidən işə salınması üçün 205 milyon lirə sərmayə qoyulub. İlk mərhələdə TOMTAŞ-da 50 nəfər işlə təmin olunacaq. Zavodda qanadlar, qapılar, idarəetmə panelləri […]

Tehrandakı səfirliyimiz hansı şərtlərlə bərpa oluna bilər?

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənaninin iyunun 12-dəki şərhinə münasibət bildirib. Cumhuriyyet.net xəbər verir ki, A.Hacızadə son zamanlar Azərbaycanla İran arasında bir sıra təmasların həyata keçirildiyini bildirib. O qeyd edib ki, xarici işlər nazirləri arasında baş tutmuş danışıqlar zamanı ölkələrimiz arasında yaranmış məlum vəziyyətə dair […]

Orban Sorosu ələ saldı: “Xaç atası”…

Macarıstanın Baş naziri Viktor Orban amerikalı milyarder Corc Sorosun vəsaitlərə nəzarəti oğlu Aleksandra verməsi xəbərinə münasibət bildirib. Cumhuriyyet.net xəbər verir ki, o, bu barədə Tvitter sosial şəbəkəsində yazıb. Orban bu hadisəni “Xaç atası” filmindən bir səhnə ilə müqayisə edib. Səhifədə Frensis Ford Koppolanın “Xaç atası” filmindən bir epizod paylaşan Baş nazir qeyd edib ki, burada […]

Cəmil Əliyevin rəhbər olduğu mərkəzdə “xərçəng biznesi” – VİDEO

Xərçəngdən ölənlərin sayı kəskin dərəcədə artıb. Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, hər il 14 milyondan artıq insana xərçəng diaqnozu qoyulur. Bu rəqəmin 2030-cu ilə qədər 21 milyona çatması gözlənilir. Təşkilat bildirir ki, bütün dünyada xərçəng xəstəliyindən ölənlərin sayı 2000-ci illərlə müqayisədə 27,5 faiz artaraq 8,8 milyona çatıb. Açıqlamada deyilir ki, əgər bu xəstəlik daha tez […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930