BSU-da narkomaniya ilə əleyhinə növbəti tədbir

24.11.2018 - 14:57

Noyabrın 22-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyası Tələbə Gənclər Təşkilatı və “Gənc azərbaycanşünaslar” dərnəyi ilə birgə narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş tədbir keçirb.

Tədbirin əvvəlində tərbiyə işləri üzrə prorektor,  dosent Xanım Sultanova BSU-da narkomaniya ilə mübarizə istiqamətində görülən işlərdən danışıb.

Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri, dosent Sadir Məmmədov Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizənin zəruriliyi” mövzusunda geniş məruzə ilə çıxış edib. O, DIN-də Narkotiklərlə mübarizə şöbəsinin rəisi vəzifəsində çalışdığı illərdə qazandığı təcrübəni gənclərlə bölüşüb. S.Məmmədov deyib: “Narkotik vasitələr çox qədim zamanlardan insanların müalicə məqsədilə istifadə etdikləri bir vasitə olub. Ancaq cəmiyyət inkişaf etdikcə onun insan sağlamlığı üçün çox zərərli və təhlükəli olması müəyyən edilib və ona görə də ondan istifadə qanunla qadağan olunub”.

BSU-nun Tələbə Gənclər Təşkilatının sədr müavini  Əhməd Əhmədov öz çıxışında gənclər arasında narkotiklərin yayılmasının qarşısının alınması istiqamətində  təbliğatın gücləndirilməsi, o cümlədən bu istiqamətdə BSU-da həyata keçirilmiş tədbirlər barədə  geniş məlumat verib. O, sonda gəncləri narkotiklərlə mübarizəyə səsləyib.

Sonra BSU-nun “Gənc azərbaycanşünaslar” dərnəyinin sədri  Nigar Quliyeva “BMT-nin konvensiyalarında narkotik vasitələr, beynəlxalq cinayətlərin subyekti kimi” mövzusunda çıxış edib.  N.Quliyeva tədbir iştirakçılarına zərərli vərdişlərə qarşı beynəlxalq qanunvericiliklə həyata keçirilən tədbirlərin əhəmiyyətini qeyd edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=124897

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031