DİM şagirdlərin taleyi ilə oynayır

17.04.2024 - 11:49

3 və 10 mart tarixlərində keçirilən qəbul imtahanlarının nəticələri göstərdi ki, Dövlət İmtahan Mərkəzi süni şəkildə test tapşırıqlarını asanlaşdıra bilir. Bu yaxşı hal və yaxşı nəticə deyil. Çünki imtahan nəticələri birmənalı şəkildə süni olaraq asanlaşdırılıb çətinləşdirirlməməlidir. Bu, şagirdlərin taleyi ilə oynamaq deməkdir.

Bu sözləri Tribunainfo.az-a açıqlamasında təhsil eksperti Kamranb Əsədov bu il buraxılış imtahanından rekord göstərici olaraq 53 nəfərin maksimum bal toplaması ilə bağlı danışarkən deyib. Ekspert qeyd edib ki, keçən il bir nəfər belə maksimum bal toplamamışdı:

“İmtahan nəticələri birmənalı şəkildə süni olaraq asanlaşdırılıb çətinləşdirirlməməlidir. Azərbaycan şagirdinin talehi ilə oynamaq olmaz. Yəni bu il balların qalxması şagirdlərə ixtisas seçimi zamanı ciddi problemlər yaradacaq. Şagirdlər ixtisas seçimi edəndə məhz keçən ilki nəticələri əsas götürürlər. Birdən birə bu qədər fərqli nəticənin olması ixtisas seçiminə ciddi fəsadlar yaradacaq. Yəni süni şəkildə sualların asanlaşdırılması yaxşı hal deyil.
Bu imtahan iştirakçılarının növbəti imtahanlara hazırlıqla bağlı psixoloji gərginlik yaratmasına gətirib çıxaracaq. Əlbəttə son 2 il ərzində Elm və Təhsil Nazirliyi məktəblərdə göstəricilərin artması üçün addımlar atır. Xüsusən buraxılış imtahanı modelinə uyğun monitorinqlərin keçirilməsi kimi hallar var. Amma bütün bunlar birdən-birə nəticələrin bu qədər dəyişməsinə gətirib çıxarmamalıdır. Dövlət İmtahan Mərkəzinin bu yanaşması doğru deyil. Bu abituriyentlərin taleyi ilə oynamaq deməkdir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=200148

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031