Baş infeksionistdən xəbərdarlıq

21.08.2020 - 15:07

Göz karandaşı və dodaq boyası kimi kosmetik vasitələr yeni növ koronavirusun yayılmasına səbəb ola bilər.

Bu barədə Türkiyənin Hacettepe Universitetinin Tibb fakültəsinin professoru Mehmed Ceyhan yerli mətbuata açıqlamasında deyib. Professorun fikrincə, bu risk xüsusilə qadın gözəllik salonlarında daha yüksəkdir.

Türkiyədə olduğu kimi Azərbaycanda da gözəllik salonları və qadın kosmetika mağazaları karantin rejiminin müəyyən mərhələlərində fəaliyyət göstərən sahələrdən olub. Azərbaycanın baş infeksionisti Cəlal İsayev Trend-ə açıqlamasında qeyd edib ki, ölkəmizdə də bu sahə koronavirusun yayılmasında əsəs mənbələrdən ola bilər:

“Gözəllik salonlarında hər müştəridən sonra mütləq şəkildə onun oturduğu yer dezinfeksiya olunmalıdır, mərkəzlərdə kosmetik vasitələr sterilizə edilməlidir. Ümumiyyətlə vaxtaşırı həmin obyektlərə nəzarət olunmalıdır ki, orada yalnız xidmət göstərilən müştərilər olsun, başqa kənar adamlar məkana daxil olmasın. Bu kimi nəzarətlər vacibdir. Gözəllik salonları yoluxma nöqteyi-nəzərdən riskli sahə hesab olunur”.

C.İsayev qadın kosmetika mağazalarında test üçün nəzərdə tutulan əşyalardan istifadə etməməyi tövsiyə edib. Belə ki həmin əşyalar virus daşıyıcısı ola bilər: “Bu cür əşyalar əldən-ələ keçirsə, demək virus daşıyıcısı ola bilər”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=152725

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031