Taksi qiymətləri yenidən bahalaşıb? – Eyni yola 1 manat daha artıq
Azərbaycanda taksi xidməti bahalaşıb. Valyuta.az xəbər verir ki, bununla bağlı taksidən istifadə edən müştərilər bildirib. Müştərilərdən birinin sözlərinə görə, tez-tez istifadə etdiyi marşrut xətti üzrə qiymətlər ən azı 1 manat bahalaşıb.
Müştəri iddia edir ki, əvvəl 4-5 manata getdiyi məsafə 6 manata qədər bahalaşıb.
“Günün pik saatlarında isə qiymətlər 2 manatdan daha çox bahalaşır”, – deyə müştəri bildirib.
Short URL: https://www.cumhuriyyet.net/?p=200128