Türkiyənin yuyucu toz nəhəngi Azərbaycanda zavod açmaq üçün danışıqlar aparır

Türkiyənin xarici ölkələrə təmizlik və fərdi qulluq vəsaitələri ixrac edən şirkətlərinə daha bir nəhəng şirkət də qoşulub. Bu sahədə qabaqcıl təcrübəyə malik “ABC Deterjan San ve Tic A.Ş.” şirkəti Azərbaycana investisiya qoymaq niyyətindədir. Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, artıq şirkətin rəhbərliyi Azərbaycana gələrək əməkdaşlıq və istehsalla bağlı danışıqlara başlayıb. Görüşdə Azərbaycanın iqtisadiyyat naziri […]

“Qarabağ”dan daha bir səfər heç-heçəsi

“Qarabağ” komandası UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyununu keçirib. Rəqib İrlandiya çempionu “Dandolk” olub. Eyniadlı şəhərin “Oriel Park” stadionunda təşkil olunmuş qarşılaşmada qalib müəyyənləşməyib – 1:1. Hər iki qol künc zərbəsindən sonra vurulub. 4-cü dəqiqədə Mahir Emreli, 78-ci dəqiqədə isə Patrik Hoban fərqlənib. Bu komandalar arasında cavab görüşü iyulun 31-də “Dalğa Arena”da keçiriləcək.

Qurban bayramında çadırtipli heyvan kəsimi məntəqələri istifadəyə veriləcək

Qurban bayramında çadırtipli heyvan kəsimi məntəqələri istifadəyə veriləcək. Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Məlumata görə, “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, qanunsuz heyvan kəsiminin qarşısının alınması, istehlakçı […]

Mövlud Çavuşoğlu: “Azərbaycan Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edir”

“Azərbaycan 2019-cu ilin sentyabrın 1-dən etibarən Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edəcək”. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu özünün “Twitter” mikrobloqunda bildirib.

Ermənistanın “Keşikçidağ” fitnəsi

DSX məbədin ətrafına əlavə qüvvələr yerləşdirilməsi və ərazidə hərbi baza tikilməsi barədə iddiaları təkzib edir Bir qrup Gürcüstan vətəndaşı tərəfindən iyul ayının 14-də Keşikçidağda Azərbaycan sərhədçilərinə qarşı törədilmiş insidentdən sonra Dövlət Sərhəd Xidməti ərazidə ciddi təhlükəsizlik tədbirləri həyata keçirməyə başlayıb. “AzeriDefence”nin yaydığı məlumatına görə, Gürcüstan mediası bununla bağlı bəzi görüntülər paylaşıb. Gürcüstanın “Rustavi 2″ telekanalının […]

Yerli avtomobil istehsalını necə dirçəltməli – araşdırma

Ekspert: “Hədəfimiz hibrid və elektrik avtomobilləri olmalıdır, nəinki…” Azərbaycanın dövlət qurumlarının avtomobil parkı az qala bütünlüklə xarici istehsallı maşınlardan ibarətdir. Son vaxtlar bir neçə dəfə ayrı-ayrı məmurların – nazir, komitə sədri, icra başçılarının bahalı xarici xidməti avtomobil almasına dair faktlar ictimailəşdirilib. Neft gəlirlərinin sürətli axınının başladığı ilk illərdən başlayaraq hər il dövlət məmurlarının bahalı avtomobillərlə […]

Böyük Britaniyada yeni hökumət kabineti formalaşdırılıb

Böyük Britaniyanın Baş Naziri Boris Conson yeni kabinetini formalaşdırıb. AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, bu gün səhər Nazirlər Kabinetinin ilk iclası keçiriləcək və hökumətin başçısı İcmalar Palatasında çıxış edəcək. Əvvəllər Xarici İşlər və Daxili İşlər nazirləri olmuş Dominik Raab və Priti Patel yenidən hökumətə qayıdıblar. Tereza Meyin kabinetinin üzvlərinin yarısı istefaya göndərilib […]

Bu il 69 nəfər dərmandan zəhərlənib

“Bu ilin əvvəlindən indiyədək 69 nəfər dərmandan zəhərlənmə ilə bağlı Kliniki Tibbi Mərkəzə müraciət edib”. Bunu APA-ya Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib. O bildirib ki, zəhərlənmə halı qeydə alınanlardan 12 nəfəri uşaq olub: “Dərmandan zəhərlənmə ilə bağlı ölüm halı qeydə alınmayıb. Zəhərlənmələr arasında sakitləşdirici, depressiyaya qarşı və yuxu dərmanları üstünlük təşkil […]

Sabahın hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah dəyişkən buludlu, yağmursuz olacaq. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 22-24° isti, gündüz 29-33° isti, Bakıda gecə 23-25° isti, gündüz 31-33° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə […]

FARS KÖRFƏZİNDƏ III DÜNYA SAVAŞI YETİŞİR – Trampa bu savaşda qələbə gərəkdir

ABŞ-da start götürən seçki kampaniyası Donald Tramp administrasiyasının açıqca tamdəyərli savaşa təhrik etdiyi İranla bu ölkənin münasibətlərinin kəskin sərtləşdiyini göstərir. Ştatların elektoratının Yaxın Şərqdəki “ümumi düşmənə” qarşı səfərbərliyi “yeni mühafizəkarlar”a əlverişlidir. Bir tankeri ələ keçirib, ikincisinə cəhd ediblər Fars körfəzindəki durum sürətlə yeni savaşa doğru hərəkətlənir. Amerikanın USS “Boxer” (LHD-4) esminesi iyulun 18-də İranın Hörmüz […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2019
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031