VHP namizədi Edik Hacıxanov Qusarda görüşlər keçirir

Vətəndaş Həmrəyliyi Partiyasının 51 saylı Qusar seçki dairəsindən Milli Məclisə seçkilərinə namizədi Edik Hacıxanov Qusarın Hil kəndində seçicilərlə görüş keçirib. Kənd sakinlərinin fəal iştirak etdiyi görüşdə E. Hacıxanov özünün seçki platformasından danışmış, Vətəndaş Həmrəyliyi Partiyasının ideoloji-siyasi kursu haqda geniş məlumat vermişdir. O həmçinin bildirmişdir ki, VHP öz sıralarında Azərbaycanda yaşayan bütün xalqları birləşdirən, milli birlik […]

BMT Azərbaycanda inflyasiya üzrə proqnozlarını açıqlayıb

Bu il Azərbaycanda istehlak qiymətlərinin indeksi 2019-cu ilə nisbətən 2,8% artacağı gözlənilir. “APA-Economics”in BMT-nin yeni proqnozuna istinadən verdiyi məlumata görə, 2020-ci ildə ölkədə inflyasiya 2,8%, gələn il isə 3% səviyyəsində olacağı gözlənilir. BMT-nin proqnozuna görə, MDB ölkələri arasında ən yüksək inflyasiya səviyyəsi Özbəkistan və Türkmənistanda gözlənilir. 2020-ci ildə bu ölkələrdə istehlak qiymətləri indeksinin müvafiq olaraq […]

Bakcell növbəti dəfə Milli KSM Mükafatının qalibidir

Bakcell şirkəti 2019-cu il ərzində həyata keçirdiyi korporativ sosial məsuliyyət fəaliyyətinə görə “Milli KSM Mükafatı 2019″ mükafatına layiq görülüb. “Qafqazinfo” xəbər verir ki, “Bakcell”in 2010-cu ildən başlayaraq “Azərbaycana Birgə Yardım” (UAFA) təşkilatı ilə birgə həyata keçirdiyi “İncəsənət vasitəsilə ünsiyyət” layihəsi “Milli KSM Mükafatı 2019″ ilə təltif olunub. Korporativ sosial məsuliyyət (KSM) layihələrinin təşviqi üzrə dövlət […]

Türkiyədə 4.8 bal gücündə zəlzələ olub

Türkiyənin Manisa vilayətinin Kırkağac rayonunda 4.8 bal gücündə zəlzələ olub. APA-nın Türkiyənin Təbii Fəlakətlər və Fövqəladə Hallar İdarəsinə (AFAD) istinadən verdiyi məlumata görə, zəlzələ yerli vaxtla saat 14:26-da 11,8 km dərinlikdə baş verib. Tələfat barədə məlumat yoxdur.

Dövlət əmlaklarını oğurlayanlar saxlanıldı

Bakıda silsilə oğurluq edən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Cümhuriyyət”ə verilən məlumata görə, Qaradağ rayon Polis İdarəsi 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 10-dan 13-dək olan müddətdə rayon ərazisindəki 3 həyətyanı sahədə quraşdırılmış su sayğaclarını oğurlamaqda şübhəli bilinən Lökbatan qəsəbə sakinləri T.Rəhimli və E.Hüseynov saxlanılıb. Ətraflarında aparılmış tədbirlərlə […]

Azərbaycanda koronavirusla bağlı şübhəli xəstə aşkar olunmayıb – RƏSMİ

“Azərbaycanda koronavirusla bağlı hələ ki şübhəli xəstə aşkar olunmayıb”. “Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib. “Əgər belə hal aşkar olunsa, nəzərdə tutulan tibb müəssisələrində lazımi şərait yaradılıb. Həmçinin mərkəzi rayon xəstəxanalarında da palatalar ayrılıb. Lazımi dərman preparatları və digər ləvazimatlar təminat yüksək səviyyədə […]

Prezident koronavirusla bağlı tapşırıq verib – Hökumət müşavirə keçirib

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Nazirlər Kabinetində, Ümumdünya Səhiyyə Təşkilatının və Çin Xalq Respublikası hökumətinin elan etdiyi kimi, ÇXR-in Uhan şəhərində yayılmış və artıq dünyanın başqa regionlarında da qeydə alınmış koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi üçün müşavirə keçirilib. Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən “Cümhuriyyət”ə məlumat verilib. Baş Nazirin sədrlik […]

Bu ölkə Çinlə sərhədi bağlayır: təhlükə artır

Honkonq Çinin materik hissəsi ilə bəzi sərhədləri müvəqqəti olaraq bağlayacaq. APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, bu barədə Honkonq hökumətinin başçısı Kerri Lam deyib. Kerri Lam bildirib ki, Çinin materik hissəsindən gələn turistlərə səyahət icazəsinin verilməsi də məhdudlaşdırılacaq. Hökumət başçısı bildirib ki, bu qərar Çində yayılan koronavirus təhlükəsi ilə bağlıdır. Qeyd edək ki, Honkonq dünyanın […]

“Ölkə üzrə hər 1 000 nəfərdən 300 nəfər pensiyaya çıxa biləcək” – EKSPERT

Azərbaycanda indiki şərtlərlə qocalanda pensiya şansına sahib olmaq üçün bir çox tələblər açıqlanıb. Bunu iqtisadi-ekspert Rövşən Ağayev vurğulayıb. Ekspert həmin tələbləri açıqlayıb: Pensiya yaşına çata bilmək, fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan məbləğdə pensiya kapitalına sahib olmaq və ya 25 il sığorta stajı qazanmaq. Birinci şərt öz alimində deyilnə qədər yaşayacağınızı özünüz […]

Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub

Müdafiə Sənayesi Nazirliyinə məxsus “Neftqazavtomat Elmi İstehsalat Müəssisəsi” MMC-nin direktoru Malik Məmmədov vəzifəsindən azad edilib. “Report” xəbər verir ki, onu Rasim Gözəlov əvəz edib. Yeni direktor bundan əvvəl nazirliyin tabeliyindəki “Avia-Aqreqat Zavodu” MMC-nin direktoru müavini olub.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2020
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031