Bələdiyyə sədrininin sürücüsünün arvadı ilə XƏYANƏT GÖRÜNTÜSÜ – FOTO

Antalyanın Elmalı qəsəbəsinin bələdiyyə sədri Halil Öztürkün sürücüsünün xanımı ilə eşq yaşadığı olayı Türkiyədə böyük rezonans doğurub. Milli.Az Sondakika-ya istinadən xəbər verir ki, bələdiyyə sədri Halil Öztürk və sürücüsünün arvadı iddiaları rədd etsələr də, çox keçmədən cütlüyün görüş kadrlar yayılıb. Qeyd edək ki, Halil Öztürk vəzifəyə gəldikdən sonra sürücüsünün nikah mərasimində iştirak edib. Lakin bir müddət sonra […]

Tramp ABŞ üçün “qızıl dövr” olacağına söz verdi

ABŞ Prezidenti Donald Tramp tezliklə koronavirus pandemiyası üzərində qələbə qazanacaqlarına və ölkə üçün “qızıl dövrün” başlayacağına söz verib. “Report” xəbər verir ki, D.Tramp bu barədə “Twitter” səhifəsində yazıb. O həmçinin ABŞ KİV-ini ölkədəki etirazları işıqlandırarkən qeyri-obyektiv olmaqda günahlandırıb və iğtişaş törədənləri tənqid edib. “Yalançı KİV Portlend və Sietldəki “etirazçıları” sadəcə gəzintiyə çıxan gözəl, xoş və günahsız […]

Sabah külək güclənəcək, yağış yağacaq

Azərbaycanda iyulun 29-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz […]

Yeni təhsil naziri Ramiz Mehdiyevin iradəsini qıra biləcəkmi? – Prezident sərəncamının izi ilə…

İndi İqtisadiyyat naziri olan Mikayıl Cabbarov 2013-cü ildə Təhsil naziri postuna təyinat alandan qısa müddət sonra rayon təhsil şöbələrinin ləğv edilərək regional idarələrin yaradılması gündəmə gəldi. 2014-cü il iyulun 24-də Prezident İlham Əliyev bununla bağlı sərəncam imzaladı. Sərəncama əsasən, 2015-ci il yanvarın 1-dən rayon təhsil şöbələrinin bazasında Təhsil Nazirliyinin 15 regional qurumu – Sumqayıt, Xaçmaz, […]

İran genişmiqyaslı hərbi təlimə başladı

İran cənubunda İnqilab Keşikçiləri Qvardiyası “Uca peyğəmbər 14” adlı hərbi təlim keçirir. “Report” “Mehr”ə istinadən xəbər verir ki, hərbi tədbirlə bağlı qvardiya açıqlama yayıb. Hərbi təlimin sonuncu mərhələsi “Ya Əli bin Abu Talib” adlanır. Bu mərhələ iyulun 28-də başlayıb. Tədbirdə İranın elan etdiyi yeni texnika sınaqdan çıxarılır. Təlimlər İranın Hürmüzqan əyaləti, Hürmüz boğazı və körfəzdə keçirilir.

ANKARANIN QARABAĞ PLANI NƏDIR? – Ərdoğan Putinlə müzakirələr aparmaqda israr edib…

Kreml Türkiyənin Azərbaycanda var olduğunu qəbul edib, Putin Ərdoğanla görüşlərində və telefon söhbətlərində Azərbaycan-Ermənistan qarşıdurmasını da müzakirə etmək məcburiyyətindədir Türkiyə və Rusiya prezidentləri iyulun 27-də telefonla danışdılar. İki ölkənin prezidenti il ərzində bir neçə dəfə telefonla danışır, söhbətlərində əsasən Suriya və Liviyadakı vəziyyəti müzakirə edirlər. Bu dəfə belə olmadı. Türkiyə və Rusiya prezidentləri ilk dəfəydi ki, […]

Gürcüstanda yanacaq bahalaşıb

Gürcüstanda son ay yarımda yanacağın qiymətində artım qeydə alınıb. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Neft Məhsulları İdxalçıları Birliyindən bildirilib. Adi YDM-lərdə yanacaq orta hesabla 30 tetri, brend YDM-lərdə isə 5-8 tetri bahalaşıb. Birliyin sədri Vano Mtvralaşvili qiymət artımını dünya bazarlarında neft məhsullarının əhəmiyyətli dərəcədə bahalaşması ilə izah edib.

Azərbaycanda şirkət direktoru yol qəzasında öldü – Cinayət işi başlanıldı

Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası ilə bağlı istintaq tədbirləri davam etdirilir. “Report”un xəbərinə görə, ötən gün vətəndaş Zəkəriyyə Poladov idarə etdiyi “Nissasn” markalı avtomobili aşıraraq hadisə yerində ölüb. Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. Xatırladaq ki, iyulun 27-də saat […]

Avropa ölkələrində karantin tədbirləri gücləndirilir

Belçikada koronavirus infeksiyasına yoluxma sayının yenidən artması ilə əlaqədar karantin tədbirləri gücləndirilib. Trend-in məlumatına görə, iyulub 29-dan başlayaraq sakinlər ailə üzvləri xaricində gün ərzində ən çox 5 nəfərlə görüşə biləcək. Kütləvi toplantılar zamanı say həddi 200 nəfərdən 100 nəfərədək azaldılıb. Almaniyada isə ölkənin səhiyyə naziri Yens Span yüksək risk qrupu ölkələrindən Almaniyay gələn şəxslərin icbari […]

Bu rayonlarda su kəsiləcək

Yağıntı və dağ çaylarında baş verən daşqınlar səbəbindən Kür çayında bulanıqlığın səviyyəsi artdığından Kür sutəmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırılıb. Bu barədə “Azərsu” ASC-dən bildirilib. Məlumata görə, bununla əlaqədar gün ərzində Şirvan və Hacıqabul şəhərlərinə, Hacıqabul rayonunun Kür-Bakı magistral kəmərindən qidalanan kəndlərinə, həmçinin Bakının Qaradağ, Səbail və Binəqədi rayonunun bəzi ərazilərinə içməli suyun verilməsində müəyyən […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2020
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031