Zelenski sabah Türkiyəyə gedir
Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyəyə səfər edəcək.
O, aprelin 10-da İstanbulda Türkiyə-Ukrayna Yüksək Səviyyəli Strateji Şurasının 9-cu iclasında iştirak edəcək.
Bundan başqa, Ukrayna prezidentinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü gözlənilir.
Qeyd edək ki, ötən il R.T.Ərdoğan Kiyevdə Şuranın 8-ci iclasında iştirak etmişdi.
Short URL: https://www.cumhuriyyet.net/?p=162154