Dünya liderləri İlham Əliyevi təbrik edir

    Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Cənab Prezident. 28 May – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına şəxsən öz adımdan və həmvətənlərim adından səmimi təbriklərimi çatdırıram. Biz son 29 ildə hökumətlərimiz və xalqlarımız arasında münasibətlərimizi daim genişləndirmiş və inkişaf etdirmişik. Ümid edirəm […]

SON DƏQİQƏ: DTX məlumat yaydı

  Ölkə hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən şəxs saxlanılıb. Dövlət Təhlükəsizliyi Xidməti xarici ölkələrin ərazisində fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrin tərkibində iştirak edən Azərbaycan Respublikasının vətəndaşlarının müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində mübarizə tədbirlərini davam etdirir. Aparılmış araşdırmalar zamanı Azərbaycan Respublikasının vətəndaşı 1986-cı il təvəllüdlü Camalov Orxan Tofiq oğlunun 2014-cü ildə ölkə […]

Dövlət qurumu şikayətçi həkimlə bağlı məlumat yaydı – 25 min manat qazanıb

    İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin həkim anestezioloq-reanimatoloq Kəmalə Namazovanın əməkhaqqı ilə bağlı fikirlərinə münasibət bildirib. Agentlikdən  verilən məlumata görə, K.Namazova yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində ötən ilin mart ayından bir neçə tibb müəssisəsinə ezam olunub. Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq K.Namazova yeni növ koronavirus […]

Lavrovdan SON DƏQİQƏ Qarabağ açıqlaması – VİDEO

    Video əlavə olunub. *** Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli razılaşması uğurla reallaşdırılır. Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib. “Bu gün demək lazımdır ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli razılaşması ümumilikdə uğurla reallaşdırılır. Bu, xüsusilə, konfliktin humanitar və sosial-iqtisadi nəticələrini aradan qaldırmaq, Cənubi Qafqazdakı nəqliyyat və iqtisadi əlaqələrin blokadasını ləğv […]

Sabah yağış yağacaq, külək əsəcək

    Mayın 25-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin  verilən məlumata görə, mayın 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19, gündüz 24-29, Bakıda gecə 16-18, gündüz […]

Bakıda “Toyota Prado” qaçıran şəbəkə üzvlərinin GÖRÜNTÜLƏRİ – VİDEO

    Binəqədi rayonunda “Toyota Prado” markalı avtomobil oğurlanıb. Naməlum şəxs sürücünün avtomobili işlək vəziyyətdə qoyaraq nəqliyyat vasitəsini tərk etməsindən istifadə edərək maşını qaçırıb. Daxili İşlər Nazirliyindən P verilən məlumata görə, zərərçəkən vətəndaş ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci Polis Bölməsinə (PB) müraciət edəndən dərhal sonra nəqliyyat vasitəsinin axtarışlarına başlanılıb. Qısa zamanda görülən tədbir nəticəsində […]

14 il DTX-də işləmiş şəxs həbs edildi – BU ƏMƏLƏ GÖRƏ/VİDEO

  xxx Bakı Ağır Cinayətlər Məhkəməsində özünü Dövlət Təhlükəsizliyi Xidmətinin vəzifəli əməkdaşı kimi təqdim edən 1980-ci il təvəllüdlü, ali təhsilli Süleyman M. barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə S.M Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və […]

Qubada 36 yaşlı fəhlə faciəvi şəkildə öldü

    Quba rayonunda fəhləni elektrik cərəyanı vuraraq öldürüb. Hadisə şəhərin Əliqulu Nərimanov küçəsində baş verib. Belə ki, tikintidə fəhlə işləyən rayonun Yeni Güləzi kənd sakini, 1985-ci il təvəllüdlü Vasif Gülməmməd oğlu Sadıqovu elektrik cərəyanı vuraraq öldürüb. Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, V.Sadıqov ailəli idi, 2 övladı var.

Operativ Qərargahın BU QADAĞASI ləğv olundu – RƏSMİ

    Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ötən ildən bəri ölkəmizdə bir sıra fəaliyyət növləri ilə yanaşı, əyləncə məkanları ilə bağlı da qadağalar qoyulmuşdu. Bu qadağalardan biri də bulvar ərazisində istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının fəaliyyəti ilə bağlı idi. Sonradan Dənizkənarı Milli Parkın ərazisinə girişə qoyulan məhdudiyyət aradan qaldırılsa da, […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31