Bu şəxslər açıq havada da maska taxmalıdır – XƏBƏRDARLIQ

    “Pandemiya zamanı sərt karantin rejiminin yumşaldılması həm əhalinin məsuliyyətinin artması, maskadan daha çox insanın düzgün istifadə etməsi, təhsil müəssisələrinin bağlı qalması, təbii iqlim şəraiti (virusun mutant variantının xüsusiyyətlərinin zəifləməsinə səbəb olur – red) və COVİD-19 infeksiyasının məhdudlaşdırılması ilə bağlı sistemli şəkildə həyata keçirilən tədbirlərin effektivliyi səbəbindən oldu”. Bunu həkim-infeksionist Nilufər Məmmədova deyib. İnfeksionist […]

Bayden Ermənistana 24 milyon ayırmaq istəyir

  ABŞ Prezident Administrasiyası Ermənistana müharibədən sonrakı dövrdə yardım üçün 24 milyon dollarlıq paket təklif edir. Bu məlumatı Amerika Erməniləri Milli Komitəsi (ANCA) yayıb. ANCA bu yardımın 600 min dollarlıq hissəsinin hərbi yardım olmasının təklif edildiyini bildirib.

Bu kafe və restoranlar cərimələndi

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 403 ictimai iaşə obyektində 709 monitorinq keçirib. AQTA-dan verilən məlumata görə, monitorinqlər zamanı 12 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilən nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri […]

Ukrayna kəşfiyyatının eks-şefi dənizdən ölü tapıldı

    Ukraynanın iki kəşfiyyat idarəsinin keçmiş rəisi Viktor Qvozd Misirdə ölüb. Bu məlumatı “Liga.net” saytı yayıb. Məlumata görə, o, Qırmızı dənizdə Dahab şəhəri yaxınlığında ölüb. 62 yaşlı general-leytenantın cəsədinin dənizə girdikdən bir müddət sonra aşkarlandığı bildirilib. Qeyd edək ki, Qvozd 2008-2010-cu illər arasında Ukrayna hərbi kəşfiyyatına, 2014-2016-cı illərdə isə Xarici Kəşfiyyat Xidmətinə rəhbərlik edib.

Əli Əsədovdan Qriqoryana CAVAB: Bircə qarış torpağımızı heç kəsə verməyəcəyik

    Mayın 28-də Minskdə Müstəqil Dövlət Birliyi (MDB) Hökumət Başçıları Şurasının iclası keçirilib. Azərbaycanın Baş naziri Əli Əsədov iclasda iştirak edib. Ə.Əsədov iclasın gündəliyinə aid məruzə ilə çıxış edib. O qeyd edib ki, sosial-iqtisadi və humanitar sahələrdə qarşılıqlı əlaqələrin möhkəmlənməsi bundan sonra da MDB məkanında əməkdaşlığın hərtərəfli inkişafına şərait yaradacaq. Baş nazir Azərbaycanda konoravuris […]

Azərbaycan hərbçiləri Türkiyədə keçirilən təlimdə iştirak edir – FOTO

    Türkiyənin Konya şəhərində keçirilən “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə təlimində hərbi qulluqçularımız fəal iştirak edir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Təlimin növbəti günündə senariyə əsasən qəzaya uğramış aviasiya vasitəsi ekipajlarının yerinin müəyyənləşdirilərək xilas olunması məqsədilə axtarış-xilasetmə əməliyyatları icra edilib. Təlimə cəlb olunan pilotlarımız Mi-17 helikopteri ilə koordinatlar əsasında müəyyən edilən əraziyə eniş edib. […]

Türkiyə şirkətləri Azərbaycanın üç filiz yatağını istismar edəcək – SƏRƏNCAM

    Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikasının Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə bağlı işlərin təşkili məqsədilə qərara alınır: 1. Yerin təkindən istifadə sahəsində münasibətləri […]

Mayın 31-dən “8 Noyabr” stansiyası da fəaliyyətə başlayacaq

  “8 Noyabr” stansiyası mayın 31-dən fəaliyyətə başlayacaq. Bu barədə “Bakı Metropoliteni” QSC-nin mərbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. O bildirib ki, mayın 31-dən etibarən Nazirlər Kabineti yanında operativ qərargahın qərarına əsasən metro sərnişinlərin istifadəsinə veriləcək. Loading…

Azərbaycanda DƏHŞƏT: Canavar sürüsü insanlara HÜCUM ETDİ, yaralılar var – VİDEO (YENİLƏNDİ)

  Naxçıvanın Ordubad rayonunda canavar sürüsü insanlara hücum edib. Hadisə Yuxarı Əylif kəndində qeydə alınıb. Canavarların hücumu nəticəsində iki böyük, iki yeniyetmə olmaqla, ümumən 4 nəfər xəsarət alıb. Naxçıvan təcili tibbi yardım xidmətindən bildirilib ki, onlar 1977-ci il təvəllüdlü Bədəlov Əli Məcnun oğlu, 1966-cı il təvəllüdlü Məmmədov Əkbər Cavad oğlu, 2008-ci il təvəllüdlü Qəhrəmanov Təyyar […]

Bakıda 7 yaşlı uşaq qardaşını öldürdü

    Binəqədi rayonunun Binəqədi qəsəbəsində faciə baş verib. 2014-cü il təvəllüdlü N.Valehov nəzarətsiz qalaraq yaşadıqları evin həyətində atasinin avtomobilini işə salaraq arxaya hərəkət etdirib. Bu zaman maşının arxasında dayanan 2013-cü il təvəllüdlü qardaşı nəqliyyat vasitəsinin təkərləri altında qalıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31