Azərbaycanda 31 modul tipli məktəb quraşdırılacaq – SİYAHI

Azərbaycan Respublikasının ərazisində quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı açıqlanıb. Bununla bağlı Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamının əlavəsində qeyd edilib. Sərəncama əsasən, 31 modul tipli məktəbin quraşdırılması üçün Təhsil Nazirliyinə 10 milyon manat vəsait ayrılıb. Həmin məktəblərin siyahısı ilə buradan tanışa ola bilərsiniz.

Bakıda yağış yağacaq, rayonlara dolu düşəcək

Mayın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli az yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah gün ərzində mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17, gündüz 22-27, Bakıda gecə 15-17, gündüz 24-26 dərəcə isti olacaq. Atmosfer […]

Ermənistan SAM: Bu kəndlər Bakının nəzarətinə keçir

Hər hansı statusdan, yaxud danışıqlardan danışmaq mənasızdır. İrəvan sənədləri imzalayacaq və biz Azərbaycanın ərazi bütövlüyünü Qarabağ və Ermənistanın bəzi əraziləri (Azərbaycanın anklavları nəzərdə tutulur – red.) daxil olmaqla tanıyacığıq. Bu barədə Ermənistanın Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Alvina Ağababyan bildirib. “Söhbət Azərbaycanın hazırda Ermənistan ərazisində yerləşən Tavuş və Ararat (Vedibasar – red.) vilayətlərindəki anklavlarından gedir. Mən […]

Ermənistan Kəlbəcər, Gədəbəy və Şuşa istiqamətində atəşkəsi pozub – Müdafiə Nazirliyi

Mayın 24-dən 26-dək Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Geqarkunik vilayəti ərazisindəki düşmən mövqelərindən fasilələrlə atıcı silahlardan atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Eyni zamanda Ermənistan tərəfi təxribat məqsədilə Şuşa şəhəri ətrafında yerləşən postlarımız istiqamətində avtomat silahlardan havaya atəş açıb. Cavab atəşi açılmayıb. İtki yoxdur.

Qızıl Aypara Cəmiyyətinin vəzifəli şəxslərinə cinayət işi açıldı

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin regional bölməsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı cinayət işi başlanılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bərdə rayon bölməsinin vəzifəli şəxsləri tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi barədə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ilkin araşdırma aparılmaqla […]

Azərbaycanda barmaq izi əsasında kiçik kreditlərin verilməsinə başlanılır

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və “AzPul” MMC bank olmayan kredit təşkilatı (BOKT) arasında biometrik texnologiya əsasında şəxsin kimliyini müəyyən edərək, həmin şəxsin sorğusu əsasında e-imza sertifikatlarının verilməsi həlli ilə bağlı müqavilə imzalanıb. Bu barədə nazirlik məlumat yayıb. Müqaviləyə əsasən, “AzPul” kiçik məbləğli kreditlər verilərkən vətəndaşın şəxsiyyəti real vaxt rejimində biometrik […]

Əli Əsədov gürcüstanlı həmkarını təbrik etdi

  Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə ölkəsinin Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb. Məktubda Azərbaycan ilə Gürcüstan arasındakı dərin tarixi köklərə əsaslanan çoxşaxəli əlaqələrin, strateji tərəfdaşlığın məmnunluq doğurduğu vurğulanıb. Azərbaycan-Gürcüstan münasibətlərinin bundan sonra da öz dinamik inkişafını müvəffəqiyyətlə davam etdirəcəyinə əminlik ifadə olunub.

Qərənfil Əhmədova İŞDƏN ÇIXARILDI – FOTO

    Cəlilabad Rayon Təhsil Şöbəsinin (RTŞ) müdiri Qərənfil Əhmədova vəzifəsindən azad edilib. Bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, Qərənfil Qorxmaz qızı Əhmədova Cəlilabad RTŞ-nin müdiri vəzifəsindən çıxarılıb. Qeyd edək ki, Q.Əhmədova 2019-cu ildən bu vəzifədə çalışırdı. O, daha əvvəl Cəlilabad şəhər 8 saylı məktəb-liseyin direktoru vəzifəsində çalışıb.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31