Mehriban Əliyeva: “Peşəkar insan ehtiyatı hər bir ölkənin sərvəti hesab olunur”

  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Yüksəliş” müsabiqəsinin qaliblərinə məktub ünvanlayıb. Təbrik məktubunda deyilir. “Əziz dostlar, Sizi – intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunan “Yüksəliş” müsabiqəsinin qaliblərini səmimi qəlbdən təbrik edirəm. Müasir dövrdə […]

Dərslər nə vaxt başlayacaq? – Təhsil Nazirliyindən AÇIQLAMA

    Sentyabrdan sərt karantin qaydalarına qayıdılacağı ilə bağlı şayiələrə rəğmən, Nazirlər Kabineti yanında Operativ Qərargah ənənəvi təhsilin bərpası üzərində iş aparır. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümovun sonuncu brifinqdən sonra jurnalistlərə “vətəndaşlar qısa müddətdə kütləvi vaksinasiyaya gedəcəksə, qapanmalara da ehtiyac olmayacaq” açıqlaması da bunu təsdiqləyir. […]

Dünyanın ƏN ZƏNGİN insanları – YENİ SİYAHI

“Amazon” şirkətinin banisi Ceff Bezos dünyanın ən zəngin insanlarının reytinq siyahısına liderliyini itirib. Bununla bağlı yeniliklər real zaman rejimi ilə yenilənən “Forbes Real-Time”ın siyahısında çıxıb. Hazırda Bezosun sərvəti 192,4 milyard ABŞ dollar məbləğində qiymətləndirilir. Onun sərvəti bir gün ərzində 6,76 faiz və ya 13,9 milyard ABŞ dolları azalıb. Dünyanın ən zəngin insanlarının reytinq siyahısının lideri […]

Azərbaycan Ordusunun əsgəri həlak oldu

    Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Aslanov Şamil Mais oğlu həlak olub. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. İlkin ehtimala görə, o, silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olub. Faktla bağlı araşdırma aparılır.

Qusarda restoran sahibi həbs edildi

    Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə “Ladera” adı istirahət mərkəzində rəsmi portalda qeydiyyatda olmayan və karantin rejim qaydalarının pozulması ilə müşahidə olan toy mərasiminin keçirilməsi müəyyən edilib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov bildirib ki, obyektin sahibinə əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, onun insanların […]

Polis əməliyyat keçirdi, 40 yaşlı qadın narkotiklə tutuldu – FOTO

    Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, 40 yaşlı Süsən Əsədli saxlanılaraq polis şöbəsinə gətirilib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan  verilən məlumata görə, burada onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan heroin aşkar edilərək götürülüb. […]

Qardaş köməyinə gedən Azərbaycan yanğınsöndürənləri TÜRKİYƏDƏ – FOTO

    Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət birinci qrup Türkiyədə tüğyan edən meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə iyulun 31-də qardaş ölkəyə çatıb. Yanğınsöndürmə qüvvələrinin birinci qrupunu gətirən təyyarə Türkiyə vaxtı ilə saat 23:10-radələrində Muğla Dalaman Hava Limanına enib. Birinci qrupun tərkibində […]

Müəmmar Qəddafinin oğlu Liviyaya qayıdacağını bəyan etdi

    Liviyada 2011-ci ilin oktyabrında “Ərəb baharı” adı ilə baş vermiş üsyanda həbs edilən Müəmmar Qəddafinin oğlu Seyf əl-İslam “Nyu-York Tayms” nəşrinə müsahibəsində tezliklə öz ölkəsinə qayıdacağını və siyasətlə məşğul olacağını deyib. 10 ilə yaxın gizlənən Sef əl-İslam Qəddafi amerikalı jurnalist Robert Uorta müsahibəsində əsirlikdə olduğu vaxt başına gələnlərdən danışıb. O bildirib ki, üsyançılar […]

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsi beynəlxalq təşkilatlara müraciət qəbul edib

İyulun 30-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsi ABŞ-ın Azərbaycan Silahlı Qüvvələrinə maliyyə və təlim yardımının qadağan olunmasını nəzərdə tutan Nümayəndələr Palatasının xarici ölkələrə yardımlarla bağlı qanuna qəbul etdiyi düzəlişə dair beynəlxalq təşkilatlara müraciət qəbul edib. Müraciətdə deyilir: “Böyük təəssüf hissi ilə bildiririk ki, ABŞ Konqresinin Nümayəndələr Palatası xarici yardımları nəzərdə tutan qanuna konqresmen Frenk […]

“Teleqram”da yeni funksiyalar yaradıldı

    “Teleqram”da yeni imkanlar yaradılıb. İndi 30-a qədər iştirakçı videokonfrans rejimində eyni vaxtda video translyasiya edə bilər. Bundan başqa, videokonfranslar 1 000-ə qədər izləyicini əhatə etməyə başlayıb – bunun sayəsində “teleqram” vasitəsilə mühazirələrin, konsertlərin və başqa kütləvi tədbirlərin yayımına baxmaq olar. “Videomesajlar telefonunuzda lazımsız videoları saxlamadan ətrafınızda baş verənləri qısa zamanda dostlarınızla paylaşmağa imkan […]

Photo Gallery

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyul 2021
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031