Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 104 yeni yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 336 788 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 606 nəfər müalicə olunaraq […]

Neft buna görə dəyər itirir

    OPEC+ alyansında müşahidə edilən fikir ayrılıqları neftin qiymətinə təsirsiz ötüşmədi. Bu həftəyə hər bareli üçün 77 dollar qiyməti ilə start verən “Brent” markalı neftin qiyməti 73 dollaradək azalıb. Bu, neftin qiymətində son 3 gündə 5 faizdən çox azalma deməkdir. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı alim Vüqar Bayramov qeyd […]

Peskovdan İrəvana Qarabağ mesajı: Alternativi yoxdur

    Moskvanın Bakı ilə kontaktları daimi əsasdadır. Hər kəs Qarabağla bağlı üçtərəfli razılaşmanın reallaşdırılmasının vacib və alternativsiz olduğu qənaətindədir. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. “Bu reallaşma çərçivəsində erməni və Azərbaycan tərəfi ilə kontaktlar gerçəkləşdirilir. Dünən ikitərəfli münasibətlər barədə ətraflı danışdıq, üçtərəfli razılaşmadakı fərqli nüansların reallaşdırılması və ticari-iqtisadi əməkdaşlıq müzakirə olundu”, – […]

Prokurorluq Füzulidəki mina partlayışı ilə bağlı məlumat yaydı

  Füzuli rayon prokurorluğu rayonun işğaldan azad edilən ərazilərdə iki nəfərin minaya düşməsi barədə məlumat yayıb. Prokurorluqdan  verilən məlumata görə, iyulun 8-də saat 14 radələrində 2 nəfər şəxsin Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla Füzuli rayon sakinləri Nuru Nuriyev və Elnur Həşimovun nəzarət postlarından kənar qanunsuz […]

“Patı” satan narkotacirlər qrupu tutuldu – FOTO

    Gəncədə qanunsuz olaraq narkotik vasitə saxlamaqda və satmaqda şübhəli bilinən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan  verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb. ŞBPİ-nin Nizami rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri […]

Həkimdən XƏBƏRDARLIQ: Yoluxmadan 3 ay sonra hamiləlik…

    Xəstəliyin orta ağır və ağır forması hamilə qadınların hospitalizasiyasına göstərişdir. Yüngül forması hamilə qadının ailə üzvlərinin səhhətinə təhlükə yaratmırsa, ev şəraitində sahə həkiminin və mama-ginekoloqun nəzarəti altında müalicə ala bilər. Ümumi müalicəyə orqanizmin maye-elektrolit balansının tənzimlənməsi, simptomatik müalicə (temperaturun salınması, diareya əleyhinə müalicə) daxildir. Bu sözləri açıqlamasında Respublika Perinatal Mərkəzinin direktoru Məryəm Rzayeva deyib. Koronavirusun […]

FHN-in “Telegram” kanalı istifadəyə verildi

  Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq həyata keçirdiyi tədbirlər barədə ictimaiyyətin məlumatlandırılması və fövqəladə hallarla bağlı davranış qaydaları üzrə əhalinin maarifləndirilməsi üçün Nazirliyin rəsmi internet saytı və sosial şəbəkə səhifələrindən fəal şəkildə istifadə edir. Bu çərçivədə vətəndaşların informasiya mənbəyi kimi sosial şəbəkələrə getdikcə artan tələbatını nəzərə alaraq Nazirliyin rəsmi “Telegram” kanalı […]

300-dən artıq şəxsin iştirakı ilə toy keçirən şadlıq sarayının sahibi cəzalandırıldı

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir. AQTA-dan  verilən məlumata görə, 7 iyul 2021-ci il tarixində Biləsuvar şəhəri, Heydər Əliyev küçəsində fəaliyyət göstərən, fiziki şəxs […]

Prezident dini qurumlara maliyyə yardımı ayırdı – SƏRƏNCAM

    Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb. Uzun illərdir ki, Azərbaycanda yaşayan ayrı-ayrı xalqlar və dinlər arasında qarşılıqlı hörmət və etimada əsaslanan yüksək birgəyaşayış mədəniyyəti, dostluq və qardaşlıq mühiti hökm sürür. Dünyada nümunəvi tolerantlıq məkanına çevrilmiş ölkəmizdə multikultural dəyərlərin daha da inkişaf etdirilməsi, habelə etnik-dini müxtəlifliyin qorunması dövlət […]

Ermənistandakı Azərbaycan irsinin tədqiqatına başlandı

    “İndiki Ermənistan dövlətinin ərazisində yerləşən Azərbaycan mədəni irsinə aid abidələrin tədqiqatına başlanılıb”. Bunu Azərbaycanın Mədəniyyət naziri Anar Kərimov deyib. Onun sözlərinə görə, bunun üçün arxiv sənədlərlə tanışlıq tələb olunur: “Bu istiqamətdə Türkiyə, Gürcüstan və Rusiya arxivlərində işlərin aparılması planlaşdırılır”. Nazir qeyd edib ki, araşdırma nəticəsində Ermənistandakı Azərbaycana məxsus irs nümunələrinin hazırkı vəziyyəti üzə […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2021
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031