Ermənistan bankları Qarabağ ermənilərinə kredit verməyi DAYANDIRIB

“44 günlük müharibəyədək uzunmüddətli istehkamlara əsaslanan, xeyli hərbi texnika və sursat ehtiyatına malik erməni qüvvələri Azərbaycan ordusuna ciddi müqavimət göstərə bilmədi. İndi nə o silahlar, nə də istehkamlar var”. Cumhuriyyet.az xəbər veriri ki, bunu Ermənistanın “Hraparak” qəzeti Qarabağın ermənilər yaşayan ərazisindəki hazırkı vəziyyətlə bağlı məqaləsində yazıb. Qəzet qeyd edir ki, 44 günlük müharibə nəticəsində qondarma […]

Azərbaycanda azyaşlılar spirtli içki içir – VİDEO

Azərbaycanda azyaşlı uşaqlar spirtli içki qəbul edib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə görüntüləri “Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə “Facebook” hesabında paylaşıb. Videodan göründüyü kimi, təxminən 4-7 yaşlı uşaqlar masa arxasında əyləşərək spirtli içki içirlər. Həmin görüntünü təqdim edirik:

Rayonlarda külək güclənəcək – XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb. Xidmətdən Cumhuriyyet.az-a verilən xəbərə görə, avqustun 10-u gündüzdən ikinci ongünlüyün birinci yarısınadək şərq küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Prezident Türkiyədə idmançılarla görüşdü

Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşüblər. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Xəbər yenilənəcək

Qarabağda iki erməni separatçısı YARALANDI

Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin iki üzvü yaralanıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə qondarma rejim tərəfindən məlumat yayılıb. Bildirilib ki, avqustun 8-də müqaviləli “hərbi qulluqçular” Qurgen Danielyan və Artur Aruşanyan silahdan istifadə qaydalarını pozduqları üçün xəsarət alıblar. Yaralıların vəziyyəti ağır qiymətləndirilir.

Azərbaycan iqtisadiyyatı 6%-dən çox böyüyüb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 74 155,2 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumata görə, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,4 % azalıb, qeyri neft-qaz sektorunda isə 9,9 […]

Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib

Avqustun 9-da Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə işgüzar səfərə gedib. Cumhuriyyet.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Konya şəhərinin Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi və Birinci xanım Mehriban Əliyevanı Türkiyənin gənclər və idman naziri Mehmet Kasapoğlu, Konya şəhərinin […]

Səyyar ASAN xidmət Zəngilanda

Bu gün Səyyar ASAN xidmət Zəngilan rayonunun Ağalı kəndində vətəndaşlara xidmət göstərir. Cumhuriyyet.az-ın məlumatına görə, vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq barədə arayışların verilməsi xidməti həyata keçirilib. Xatırladaq ki, 4 avqust 2022-ci il tarixində Zəngilan rayonunun Ağalı kəndində Dövlət Xidmətləri Mərkəzi faəliyyətə başlayıb. Mərkəzdə mövcud olan […]

Ermənistan fürsətdən istifadə etməlidir – AKAR

“Qardaş ölkə Azərbaycan 30 il öz doğma torpaqları üçün mübarizə aparıb. Buna görə də danışıqlar aparılırdı, amma nəticə yox idi. Can Azərbaycanın 1 milyondan artıq qaçqını, məcburi köçkünü var idi, ərazisinin 20 %-i işğal altında idi. Amma bu gün bu problemlər həll olunub”. Cumhuriyyet.azModern.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ankarada […]

Medvedev Zelenskini Hitlerə bənzətdi

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Ukrayna Prezidenti Volodimir Zelenskini nasizm ideologiyasının banisi Adolf Hitlerə bənzədib. Cumhuriyyet.az xəbər verir ki, Medvedev bu barədə teleqram kanalında yazıb. “Baş ukraynalı kloun (Zelenskini nəzərdə tutur-red) Rusiyanın bütün əhalisini məsuliyyətə cəlb etməyi təklif edib. Son dəfə Adolf Hitler bütün xalqa qarşı belə ideyaları həyata keçirməyə çalışırdı. Ukrayna hakimiyyətinin […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2022
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031