Prezident: “Əlcəzair xalqına qarşı misli görünməmiş qəddarlıqla müstəmləkə siyasəti aparılıb”

“Əlcəzair Xalq Demokratik Respublikasına ilk dəfə səfərə gəlməkdən və qardaş Əlcəzair xalqına dərin ehtiramımın ifadəsi olaraq Milli Mücahidlər Muzeyini ziyarət etməkdən şərəf hissi duyuram”. Cumhuriyyet.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Milli Mücahidlər Muzeyinin xatirə kitabına yazıb. Prezident İlham Əliyev vurğulayıb ki, Milli Mücahidlər Muzeyi Əlcəzair xalqının […]

Ərdoğan Putinlə danışıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Ankaradakı Prezident Administrasiyasından verilən açıqlamaya görə, görüşdə regional məsələlər, xüsusilə Rusiya-Ukrayna müharibəsindəki son hadisələr müzakirə edilib. Görüş zamanı prezident Ərdoğan taxıl daşınması üzrə İstanbul sazişinin icrası ilə bağlı problemlərin həlli üçün konstruktiv yanaşmanın vacibliyini vurğulayıb və bunun yalnız danışıqlara qayıtmaqla mümkün olduğunu […]

Prezident Əlcəzairdə Şəhidlər abidəsini ziyarət etdi

  Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət edib. Cumhuriyyet.az xəbər verir ki, burada Azərbaycan dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan cüdosunun inkişafında xidmətləri olan şəxslər təltif edilib – SƏRƏNCAM Prezident İlham Əliyev: Bu gün Türk dünyası yeni potensial […]

KTMT-nin Ermənistanda keçiriləcək iclasının vaxtı BİLİNDİ

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının növbəti iclasının noyabrın 23-də İrəvanda keçirilməsi planlaşdırılır. Bu barədə təşkilatın internet saytında məlumat verilib. Bildirilib ki, şurada ölkə liderlərinin Ermənistana yardım məsələsi müzakirə ediləcək. Belarus Prezidentinin KTMT-nin Baş katibi ilə görüşü baş tutub. Tərəflər təşkilatın məsuliyyət zonasındakı vəziyyəti, o cümlədən KTMT Kollektiv Təhlükəsizlik Şurasının oktyabrın 28-də keçirilmiş […]

MN: “Azərbaycan Ordusunun hərbçisi dəm qazından boğulmayıb”

Azərbaycan Ordusunun hərbçisi dəm qazından boğulmayıb. Bu barədə Cumhuriyyet.az-a Müdafiə Nazirliyindən bildirilib. “Bəzi kütləvi informasiya vasitələrində guya Azərbaycan Ordusunun hərbi qulluqçusu Yusifli Seymur Teymur oğlunun dəm qazından boğularaq vəfat etməsi barədə məlumat yayılıb. Bildiririk ki, Müdafiə Nazirliyinin bazasında qeyd olunan ad və soyadda Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçu mövcud deyil. Kütləvi informasiya vasitələri nümayəndələrini […]

Hillari Klinton Trampı məhkəməyə verdi

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Donald Tramp və vəkillərinə qarşı 1,06 milyon dollarlıq təzminatı nəzərdə tutan iddia ərizəsi verib. Cumhuriyyet.az xəbər verir ki, amerikalı siyasətçi 2016-cı il prezidentlik kampaniyası və ondan sonrakı dövrdə Trampın onlara qarşı iddiaları nəticəsində çəkdiyi məhkəmə xərclərini və məsrəfləri bu yolla geri almağa çalışır. Trampın vəkillərindən Alina Xabba Klintonun ərizəsini […]

ABŞ Senatı Cənubi Qafqazla bağlı dinləmələr keçirəcək

ABŞ Senatının Xarici Əlaqələr Komitəsi rəsmi Vaşinqtonun Cənubi Qafqaz siyasətini qiymətləndirmək üçün dinləmələr keçirəcək. Cumhuriyyet.az Musavat.com-a istinadən xəbər verir ki, dinləmələrdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Karen Donfrid və ABŞ Dövlət Departamentinin Qafqaz müzakirələri üzrə baş müşaviri, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Filip Riker çıxış edəcəklər. Dinləmələrin bu ilin noyabr ayında […]

Ordumuzun çavuşu faciəvi şəkildə öldü

Sumqayıtda dəm qazından boğulma faktı baş verib. Cumhuriyyet.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə qeydə alınıb. Məlumata görə, Şəki şəhər sakini, 2001-ci il təvəllüdlü Yusifli Seymur Teymur oğlu kirayədə yaşadığı mənzildə dəm qazından boğularaq vəfat edib. Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda qeyd olunan faktla bağlı Sumqayıt Şəhər […]

Ərdoğan Putin və Zelenski ilə danışacaq

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın dövlət başçısı Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski ilə telefonla danışacaq”. Cumhuriyyet.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. O bildirib ki, “Taxıl sazişi”nin davam etməsi üçün problemlər həll edilməlidir. M.Çavuşoğlu söyləyib ki, rəsmi Ankara məsələ ilə bağlı səylərini davam etdirir. Nazirin sözlərinə görə, […]

Sumqayıt şəhərində erkən nigahlar mövzusunda tədbir keçirildi

Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi tərəfindən “Insan alveri ilə mübarizə sahəsində əhalinin maarifləndirilməsi və fərdi məlumatlandırılmasına yönəlmiş regional proqram” layihəsiçərçivəsində “İnsan alverinə yol açan vasitələr, ekən nigahlar və onun fəsadları” mövzusunda tədbir təşkil olunmuşdur. Tədbirdə […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930