Putin hərbi xidmətlə bağlı FƏRMAN İMZALADI

Rusiya Prezidenti Vladimir Putin 1999-cu ildə qəbul edilmiş hərbi xidmət qaydalarına dəyişiklik edib. Cumhuriyyet.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya lideri xarici vətəndaşların Rusiya Silahlı Qüvvələrində xidmətə cəlb edilməsi qaydasını müəyyən edən fərman imzalayıb. Belə ki, dəyişikliyə əsasən Rusiyada xarici vətəndaşlığı olan şəxslər Silahlı Qüvvələrdə hərbi xidmət keçəcək.

İlham Əliyev SƏRƏNCAM İMZALADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat verib. Sərəncamda deyilir: “Sosial müdafiə sahəsinin inkişafında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə […]

Almaniya səfiri İran XİN-ə ÇAĞIRILDI

Almaniyanın İrandakı səfiri Hans Edo Motsel Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Cumhuriyyet.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin Qərbi Avropa üzrə baş direktoru bu görüşdə Almaniya kanslerinin məsuliyyətsiz bəyanatlarını pisləməklə yanaşı, Almaniyanın İranın daxili işləri ilə bağlı destruktiv yanaşmalarına sərt etirazını səfirə çatdırıb.İran Xarici İşlər Nazirliyinin rəsmisi bu cür qeyri-konstruktiv bəyanatların və hərəkətlərin davam etdirilməsinin […]

İranda etirazlara görə ölüm cəzası tətbiq edildi

Tehran məhkəməsi İrandakı etirazlara görə ölüm cəzasının tətbiqinə başlayıb. Cumhuriyyet.az xarici KİV-ə istinadən xəbər verir ki, İran məhkəməsi ölkəni bürümüş etirazlarda iştirak etdiyinə görə həbs edilən şəxslərin ölüm cəzasına layiq olması ilə bağlı qərar verib. Tehran İnqilab Məhkəməsi həmin şəxsləri “Allaha düşmənçilik” adı ilə təqsirli bilib.

Gürcüstanın Baş naziri ilə görüşüb – FOTO

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 14-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əvvəlcə general-polkovnik Z.Həsənov nümayəndə heyəti ilə birgə Tbilisinin mərkəzindəki Qəhrəmanlar meydanını ziyarət edib və Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olanların abidəsi önünə əklil qoyub. Sonra müdafiə naziri Gürcüstanın Baş naziri ilə […]

“Mən nə hayda…” – Rəşad Dağlının oğlu MÜRACİƏT YAYDI

Meyxanaçı Rəşad Dağlının azyaşlı oğlunun adına saxta Instaqram hesabı açılaraq meyxanaçıya dəstək adı ilə pul yığılır. Cumhuriyyet.az xəbər verir ki, bu barədə meyxanaçının oğlu Yusif sosial şəbəkə məlumat paylaşılıb. “Mənim “TikTok” hesabım yoxdur. Tək səhifəm “Instagram”da “@Lee.Yusif”dir. Xahiş edirəm, belə səhifələr görsəniz spam edin. Mən nə hayda, bunlar nə hayda”. Məsələ ilə bağlı Rəşad Dağılının […]

Cozef Bayden ilk dəfə Çin lideri ilə görüşüb

İndoneziyanın Bali əyalətində ABŞ Prezidenti Cozef Baydenlə Çinin sədri Si Cinpin arasında G20 sammiti çərçivəsində ilk görüş keçirilib. Cumhuriyyet.az xəbər verir ki, məlumatı xarici KİV yayıb. Bildirilib ki, bu, onların dövlət başçısı səviyyəsində ilk görüşüdür. Tərəflər arasında 2015-ci ildə görüş olub. Ancaq onda Cozef Bayden Prezident deyildi. Qeyd edək ki, noyabrın 15-də İndoneziyanın Bali kurort […]

Aİ İrana qarşı yeni sanksiyalar paketini təsdiqlədi

Avropa İttifaqı (Aİ) İrana qarşı yeni sanksiyalar paketini təsdiqləyib. Cumhuriyyet.az APA-ya istinadla xəbər verir ki, bununla bağlı qərar bu gün Brüsseldə xarici işlər nazirlərinin iştirakı ilə keçirilən Aİ Xarici İşlər Nazirləri Şurasının iclasında qəbul olunub. Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki bu sanksiyalarla Avropa İttifaqı Tehrandakı İran rejiminə yeni, birmənalı siqnal göndərir: “İnsan […]

Rusiyadan Ukrayna ilə bağlı SON DƏQİQƏ açıqlaması

“Rusiya Ukrayna ilə bağlı ilkin şərtləri, o cümlədən qoşunların çıxarılması tələbini qəbul etmir”. Cumhuriyyet.az-ın APA-ya istinadla məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib. Onun sözlərinə görə, dialoqda yerdəki vəziyyət nəzərə alınmalıdır. Rusiya XİN başçısının müavini əlavə edib ki, ölkəsi Fransa və Avstriyanın heç bir diplomatik səyini müşahidə etmir və onların danışıqlara […]

Lavrov Balidə xəstəxanaya yerləşdirilib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 sammitinə getdiyi Bali adasında xəstəxanaya yerləşdirilib. O, Rusiya Prezidenti Vladimir Putini sammitdə təmsil etmək üçün bazar günü Baliyə gedib. İndoneziya rəsmiləri şərh verməsələr də, Lavrovun ürək xəstəliyi səbəbilə xəstəxanaya aparıldığı xəbəri yayılıb.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930