“Heydər Əliyev – 100” yubiley medalı təsis ediləcək

Azərbaycanda “Heydər Əliyev – 100” yubiley medalı təsis ediləcək. Cumhuriyyet.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planında öz əksini tapıb. Yubiley medalının təsis edilməsi 2023-cü ilin yanvar-may ayı üçün nəzərdə tutulub. Prezident Administrasiyası və Milli Məclis icraçı qurum olaraq müəyyənləşib. […]

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələr hazırlanacaq

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələr hazırlanacaq. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planında əks olunub. İcraçı orqanlar Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Azərbaycan Mərkəzi Bankıdır. Sikkələrin hazırlanması 2023-cü il fevral-may ayını əhatə edəcək.

Ərdoğan: “Regionumuzda sabitliyin təmin olunmasına çalışırıq”

“Regionumuzda sabitliyin təmin olunmasına çalışırıq”. Cumhuriyyet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, rəsmi Ankara Rusiya ilə Ukrayna arasında müharibənin başa çatmasına çalışır: “Bunun üçün hər iki ölkənin liderləri ilə dostluq münasibətindən də istifadə etdik, nazirləri görüşdürdük”. R.T.Ərdoğanın sözlərinə görə, “Taxıl sazişi”nin uzadılması Afrika qitəsinin aclıq problemlərinin həllinə töhfə […]

Tələbələr üçün “Heydər Əliyev təqaüdü” təsis ediləcək

Ali təhsildə yüksək akademik göstəriciləri olan tələbələr üçün “Heydər Əliyev təqaüdü” təsis ediləcək. Cumhuriyyet.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planında öz əksini tapıb. Təqaüdün təsis edilməsi 2023-cü ilin may–iyun ayı üçün nəzərdə tutulub. Bu bənd üzrə icraçı qurumlar Prezident […]

Prezidentin AZƏRTAC-a sədr təyin etdiyi Vüqar Əliyev kimdir? – DOSYE

Xəbər verdiyimiz kimi, Vüqar Əliheydər oğlu Əliyev bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri təyin edilib. Cumhuriyyet.az xəbər verir ki, Vüqar Əliyev əvvəl AZƏRTAC-ın ingilis dilli şöbəsində, daha sonra isə siyasət bölməsində məsul vəzifədə çalışıb. Vüqar Əliyev son təyinatından öncə Azərbaycanın Birinci vitse-prezidentinin katibliyində çalışıb. Ailəlidir. (bizim.media)

Prezident Vüqar Əliyevə VƏZİFƏ VERDİ – SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri vəzifəsinə Vüqar Əliheydər oğlu Əliyevi təyin edib. Cumhuriyyet.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Qeyd edək ki, dövlət başçısının noyabrın 19-da imzaladığı sərəncamla Aslan Aslanov AZƏRTAC-ın İdarə Heyətinin sədri vəzifəsindən azad edilmişdi.

Prezidentdən “Heydər Əliyev İli” ilə bağlı SƏRƏNCAM

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilib. Cumhuriyyet.az xəbər verir ki, Prezident İlham Əliyev noyabrın 28-də bununla bağlı sərəncam imzalayıb. Sərəncamla Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti Azərbaycan Prezidentinin Administrasiyası həyata keçirməli, Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Görkəmli xeyriyyəçi Hacı Soltanəlinin şərəfli həyat yolu…- FOTO

Deyirlər yaxşılıq et, balığı at dəryaya, balıq bilməsə də, Xaliq bilər. Stresslərin, müharibə ocaqlarının, qan-qadanın durmadan artdığı, tamamən dünyanı ağuşuna aldığı çağdaş dönəmdə cəmiyyətin öz yoluna sabitqədəm davam etməsi getdikcə çətinləşərək müşkül işə çevrilmişdir. Daha dəqiq desək, iqtisadi və sosial problemlərin məngənəsində sıxılan, gündəlik qayğıları ilə həddindən ziyadə yüklənmiş insanların yorğunluqdan başqalarının dərdini görüb-eşitməyə qüvvələri […]

“Rusiya yeni hücum planlaşdırır” – Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Ukraynaya yeni raket zərbələri endirəcəyini bəyan edib və öz vətəndaşlarını elektrik enerjisinin kəsilməsi ilə bağlı xəbərdarlıq edib. Cumhuriyyet.az xəbər verir ki, o, bu barədə Ukrayna xalqına videomüraciətdə deyib. “Biz başa düşürük ki, terrorçular növbəti hücumlar planlaşdırırlar. Təəssüf ki, raketləri olduğu müddətdə onlar sakitləşməyəcəklər”, – deyə Zelenski ifadə edib. Rusiyanın hücumları […]

Prezident Filip Rikeri qəbul etdi – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikeri qəbul edib. Cumhuriyyet.az xəbər verir ki, Filip Riker ABŞ dövlət katibi Antoni Blinkenin salamlarını Prezident İlham Əliyevə çatdırıb. Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Antoni Blinkenə çatdırmağı xahiş edib. Görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930