
“Meta” korporasiyasının rəhbəri Mark Zukerberqin növbəti il postunu tərk edəcəyi ilə bağlı xəbərlər həqiqətə uyğun deyil. Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Meta”nın mətbuat katibi Endi Stoun deyib. “Bu cəfəngiyyatdır”, – deyə o bildirib. Qeyd edək ki, bundan öncə İsveç mətbuatı M.Zukerberqin 2023-cü ildə istefa verəcəyi barədə məlumat yaymışdı.
Noy 22 2022 | Posted in
Dünya |
Read More »

Artıq bir neçə gündür ki, ardıcıl olaraq Ermənistan silahlı qüvvələri sərhəddə, separatçı tör-töküntülərin terrorçuları isə ölkə daxilində Azərbaycan Ordusunun mövqelərinə atəş açırlar. Noyabrın 21-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri Ordumuzun Füzuli və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqelərini səhər və axşam saatlarında atəşə tutmuşdular, həmin gün axşam Ermənistan silahlı qüvvələri […]
Noy 22 2022 | Posted in
Siyasət |
Read More »

Bu ilin oktyabrında Rusiya Çinə 124,588 milyon dollar dəyərində 2,156 ton qızıl tədarük edib. Cumhuriyyet.az xəbər verir ki, bunu Çinin Baş Gömrük İdarəsinin məlumatları göstərir. Bildirilib ki, bu il qızıl tədarükü 2021-ci ilin oktyabr ayı ilə müqayisədə həm çəki, həm də pul ifadəsində düz iki dəfə artıb. Xatırladaq ki, ötən ilin oktyabrında Rusiyadan Çinə 57,686 […]
Noy 22 2022 | Posted in
Dünya |
Read More »

Gələn il yaşa görə pensiyanın məbləği 455 manat olacaq. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında növbəti iclasında komitə sədri Musa Quliyev bildirib. M.Quliyev qeyd edib ki, “Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsinə əsasən, növbəti ildə Fondun həm gəlir, həm xərc hissəsi 6,3 […]
Noy 22 2022 | Posted in
Cəmiyyət |
Read More »

“Türkiyə hər hansı təhlükə yarandıqda S-400-lərdən istifadə edə bilər”. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar bildirib. Nazir “Pençe-Kılıç” əməliyyatı ilə bağlı isə “əməliyyat üçün heç bir səbəbə ehtiyacımız yoxdur. Terrorla mübarizəmiz son terrorçu bitənə qədər davam edəcək”, – deyə vurğulayıb.
Noy 22 2022 | Posted in
Dünya |
Read More »

İngiltərənin “Mançester Yunayted” klubu Kriştianu Ronaldu ilə müqaviləni pozub. Cumhuriyyet.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, tərəflər qarşılıqlı razılıq əsasında əməkdaşlığı dayandırıblar. O, 2021-ci ildə İtaliyanın “Yuventus” klubundan “Mançester Yunayted”ə keçib. İngiltərə klubunda ümumilikdə 346 görüş keçirən Ronaldu 145 dəfə qapılara yol tapıb.
Noy 22 2022 | Posted in
İdman |
Read More »

Rusiya vaxtı ilə Ukraynada tətbiq etdiyi sonu müharibə gətirib çıxaran təhlükəli ssenarisini deyesən Qarabağda təkrarlamağa cəhd edir. Belə ki, Ukraynanın Donetsk və Luqanks vilayətlərində rusiyalıları qorumaq adı ilə separatizmi dəstəkləyən Rusiya sonda onların əli ilə ölkəni parçalamağa başladı. Son günlər sülhməramlıların müvəqqəti nəzarətində olan Azərbaycan torpaqlarıında da, bu ölkə eyni addımları atır. Erməni kilsələrini bərpa […]
Noy 22 2022 | Posted in
Siyasət |
Read More »

Nazirlər Kabineti “Ümumi təhsil müəssisələrinin növlər üzrə Meyarları”na dəyişiklik edib. Cumhuriyyet.az xəbər verir ki, qüvvədə olan qərara əsasən, ümumtəhsil internat məktəbi üzrə meyarlar sırasına təhsilalanların aztəminatlı, zəruri sosial-məişət şəraiti olmayan ailələrdən qəbul edilmiş, sağlamlığının bərpasına ehtiyacı olan uşaq və yeniyetmələri əhatə etməsi daxil idi. Dəyişikliyə əsasən, bu meyarın əhatə dairəsi genişləndirilir. Təhsilalanların məktəbə qəbul tarixinə […]
Noy 22 2022 | Posted in
Təhsil |
Read More »

Noyabrın 22-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı zamanı Rusiya, Azərbaycan, Ermənistan liderləri arasında 2022-ci il oktyabrın 31-də Soçidə əldə olunmuş razılaşmaların, eləcə də üç ölkənin yüksək səviyyədə əvvəlki birgə bəyanatlarının praktiki olaraq icrası məsələləri […]
Noy 22 2022 | Posted in
Siyasət |
Read More »

“Hökumət inflyasiya ilə mübarizə aparır. İnflyasiya ilə ən yaxşı mübarizə bolluq yaratmaqdır”. Cumhuriyyet.az apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Rüfət Quliyev bildirib. “Demirəm ki, maşın, gəmi istehsal edək. Ərzaq və kənd təsərrüfatı mallarının istehsalı sürətlə artırılmalıdır. Biz gərək nəzərə alaq ki, bolluq […]
Noy 22 2022 | Posted in
Cəmiyyət |
Read More »