İlham Əliyev Edi Rama ilə görüşdü – FOTO

Noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasının Baş naziri Edi Rama ilə təkbətək görüşü olub. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Azərtac məlumat yayıb.

Zelenskidən əhaliyə təcili müraciət….

Ukrayna ərazisinə gün ərzində 85 raket atılıb. Əsasən enerji infrastrukturu hədəf alınıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski əhaliyə təcili müraciətində deyib. “Qarşıda daha 20 raketin atılması gözlənilir”, – deyə dövlət başçısı bildirib. Qeyd edək ki, Rusiya Silahlı Qüvvələri Ukraynanın əksər iri şəhərlərini raket atəşinə tutub.

Lavrov G20 sammitini yarımçıq tərk etdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Balidə keçirilən G20 sammitində iştirak proqramını tamamlayıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Nazirin təyyarəsi Denpasar hava limanından Rusiyaya uçub. Bundan əvvəl media G20 ölkələrinin və beynəlxalq təşkilatların liderlərinin qeyri-rəsmi şam yeməyindən sonra fotosessiyada cəmi 5 nəfərin iştirak etdiyini yazmışdı. Qeyd edək ki, G-20 sammiti 15-16 […]

Rusiya Ukraynanın enerji infrastrukturuna zərbələr endirib

Rusiya ordusu Ukraynanın enerji infrastrukturuna raket zərbələri endirib. Cumhuriyyet.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, zərbələr Kiyev, Xarkov, Lvov, Jitomir, Rovno, Krivoq Roq və s. şəhərlərində qeydə alınıb. Xarkov şəhəri tamamilə işıqsız qalıb, metropoliten hərəkətini dayandırıb. Kiyev şəhərinin də bir hissəsinə elektrik enerjisinin verilişi dayandırılıb.

Albaniya Prezidenti: Tiranada Azərbaycan səfirliyinin açılması əməkdaşlığın yaxşı təzahürüdür

Biz, həmçinin Albaniyada Azərbaycan səfirliyinin açılması ilə əlaqədar iradəsini bildirdiyinə görə Azərbaycan tərəfinə minnətdarıq. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Albaniya Prezidenti Bayram Beqay Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib. O qeyd edib ki, bu addım ölkələr arasında əməkdaşlığın yaxşı təzahürüdür.

Azərbaycanda üç faydalı qazıntı yatağı istifadəyə verildi

İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Hərracların Təşkili Mərkəzi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin birgə keçirdiyi hərrac nəticəsində Azərbaycanda üç faydalı qazıntı yatağı istifadəyə verilib. Cumhuriyyet.az bu barədə ƏMDX-ya istinadən xəbər verir. Məlumata görə bunlar Balakəndəki “Təpəçöl” gil yatağının 1,6 hektar sahəsi, Goranboydakı “Qarasuçay” qum-çınqıl yatağının 8 […]

DİN: “Bakıda bir qrup şəxs razılaşdırılmamış aksiya keçirməyə cəhd edib”

“Bu gün bir qrup şəxs Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd edib”. Cumhuriyyet.az-ın xəbərinə görə, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi, polis baş leytenantı Zeyni Hüseynov deyib. “Cəhdin qarşısı alınıb və həmin şəxslər ərazidən uzaqlaşdırılıblar. Saxlanılan yoxdur”, – DİN rəsmisi vurğulayıb.

Prezident Tiranada “Mother Albania” abidəsini ziyarət etdi – FOTOLAR

Noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tiranada “Mother Albania” abidəsini ziyarət edib. Cumhuriyyet.az xəbər verir ki, Prezident İlham Əliyev abidənin önünə əklil qoydu. Məlumat verildi ki, Milli Qəhrəmanlar Xiyabanında yerləşən on iki metrlik “Mother Albania” abidəsi 1971-ci ildə ucaldılıb. Nəhəng abidə Albaniya uğrunda canını qurban verərək həlak olmuş əsgərləri qoruyan bir ananı təmsil edir. […]

Ermənistanda əsgər xidmət yoldaşını öldürdü

Ermənistan ordusunun hərbçisi həmkarının açdığı atəş nəticəsində ölüb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi xəbər yayıb. Qeyd olunur ki, noyabrın 15-də hərbi hissələrdən birinin döyüş mövqeyində sıravi Vahe Ovsepyan (2002-ci il təvəllüdlü) həmkarı tərəfindən açılan atəş nəticəsində ölüb. Faktla bağlı araşdırmalara başlanılıb.

Prezident albaniyalı həmkarını Azərbaycana səfərə dəvət etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının Prezidenti Bayram Beqayı Azərbaycana rəsmi səfərə dəvət edib. Cumhuriyyet.az-ın xəbərinə görə, Prezident İlham Əliyev albaniyalı həmkarı ilə birgə mətbuata bəyanatı zamanı çıxışının sonunda deyib: “Çıxışımın sonunda mətbuat qarşısında Sizi Azərbaycana rəsmi səfərə dəvət etmək istəyirəm. Bir daha dəvətə və qonaqpərvərliyə görə təşəkkürümü bildirirəm”.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930