BMT TŞ Ukraynaya görə təcili iclas keçirəcək

BMT Təhlükəsizlik Şurasının Ukraynaya görə təcili iclası Nyu-York vaxtı ilə saat 16.00-da (Bakı vaxtı 01.00) keçirəcək. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polanski məlumat verib. İclasda Ukrayna Prezidenti Volodimir Zelenskinin də videokonfrans yolu ilə çıxışı nəzərdə tutulub.

İlham Əliyevin Serbiyaya rəsmi səfəri başa çatdı – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri noyabrın 23-də başa çatıb. Cumhuriyyet.az xəbər verir ki, Belqrad şəhərinin “Nikola Tesla” hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Dövlətimizin başçısını Serbiya Prezidenti Aleksandar Vuçiç yola saldı.

Ağdamda ermənilər tərəfindən öldürüldükləri ehtimal edilən insanların sümükləri aşkarlandı – YENİLƏNİB

24 iyul 1993-cü ildə bir neçə Azərbaycan vətəndaşının Ağdam rayonu Sarıcalı kəndi ərazisində Ermənistan hərbi birləşmələri tərəfindən odlu silahdan açılan atəşlə öldürülmələri və həmin ərazidə basdırılmaları barədə rayon prokurorluğuna daxil olmuş müraciət üzrə araşdırma başlanılıb. Bu barədə Baş Prokurorluğun məlumatında deyilir. Qeyd olunur ki, araşdırma ilə əlaqədar olaraq prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə […]

KTMT-nin Baş katibi dəyişdi

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi dəyişib. Cumhuriyyet.az “Sputnik Armania”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan təşkilata üzv dövlətlərin İrəvanda keçirilən sammitində deyib. O bildirib ki, Stanislav Zas KTMT-nin Baş katibi kimi üçillik fəaliyyətini başa vurub: “Bundan sonra baş katibin səlahiyyətlərini Qazaxıstan nümayəndəsi İmanqali Tasmaqambetov icra edəcək”. Qeyd edək ki, […]

Azərbaycan və Serbiya prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər – VİDEO + YENİLƏNİB

Noyabrın 23-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər. Cumhuriyyet.az xəbər verir ki, əvvəlcə Serbiya Prezidenti bəyanatla çıxış edib. Sonra Azərbaycan Respublikasının Prezidenti bəyanatla çıxış edib. Prezident İlham Əliyevin bəyanatı: – Hörmətli cənab Prezident. Hörmətli xanımlar və cənablar. İlk növbədə, cənab Prezident, mənə […]

“İlham Əliyevin sözü imzasına bərabərdir” – Aleksandar Vuçiç

“Biz Prezident İlham Əliyevin sözünə inanırıq, onun sözü imzasına bərabərdir”. Cumhuriyyet.az xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Belqradda keçirilən mətbuat konfransında bildirib. “Biz enerji təminatı baxımından Azərbaycana və Prezident İlham Əliyevə minnətdarlığımızı bildirmək istəyirik. Serbiya, əlbəttə ki, sadiq bir tərəfdaşdır”, – Serbiya lideri vurğulayıb. O qeyd edib […]

İlham Əliyev: “Azərbaycan ilə Serbiyanın dostluğu əbədi olacaq”

“Azərbaycan və Serbiya hərbi-texniki sahədə əməkdaşlıq edir. Bu əməkdaşlığın daha da dərinləşməsi və geniş vüsət alması istiqamətində əlavə addımlar atılacaq”. Cumhuriyyet.az Azərtac-a xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə birgə Belqradda keçirilən mətbuat konfransında bildirib. “Biz bu gün növbəti illər üçün bir sözlə, bir gündəlik tərtib etdik. Prezidentlər bu […]

Azərbaycan Prezidentinin Serbiyanın Baş naziri ilə geniş tərkibdə görüşü olub

Noyabrın 23-də Belqradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasının Baş naziri Ana Brnabiç ilə geniş tərkibdə görüşü olub. Cumhuriyyet.az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

Məcburi köçkün qadın icmalarının nümayəndələri üçün təlimlər keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sosial Rifah” Qaçqın və Məcburi Köçkünlər İctimai Birliyi tərəfindən icra olunan “İşğaldan azad olunmuş ərazilərdə qadın icmalarının inkişafına dəstəyin göstərilməsi” layihəsi çərçivəsində təlimlər keçirilib. Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-2” yaşayış kompleksində və Abşeron rayonu, Masazır qəsəbəsi, Məcburi köçkün (Zəngilan) şəhərciyində təşkil olunan təlimlərdə bu […]

Prezident: “Beynəlxalq təşkilatların qərar və qətnamələri, onların icrası selektiv xarakter daşıyır”

“Bizim torpaqlarımız uzun illər işğal altında idi və dünyanın aparıcı beynəlxalq təşkilatları bu işğalla bağlı önəmli və həqiqəti əks etdirən qərar və qətnamələr qəbul etmişdilər. Onların arasında BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi də var. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz və tam şəkildə çıxarılması tələb edilirdi”. Cumhuriyyet.az xəbər verir ki, bu […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930