Aİ-nin Rusiyaya qarşı sanksiyalarını pozanları 5 il həbs və cərimə gözləyir

Avropa Komissiyası Rusiyaya qarşı sanksiyalardan yayınmağın Avropa İttifaqının cinayət əməlləri siyahısına daxil edilməsi təklifini təsdiqləyib. Buna əsasən, məhdudlaşdırıcı tədbirləri pozan fiziki şəxslər 5 il həbs edilə, hüquqi şəxslər isə şirkətin illik dövriyyəsinin 5 faizi məbləğində cərimə oluna bilərlər. Qeyd edilir ki, Aİ sanksiyalarının pozulması ciddi cinayətdir.

İspaniya Ukraynaya ilk “Hawk” HHM sistemlərini təqdim edib

“İspaniya bundan sonra da Ukraynaya dəstəyini davam etdirəcək. Artıq ilk “Hawk” hava hücumundan müdafiə sistemləri ölkəyə gətirilib”. Cumhuriyyet.az “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov tviter səhifəsində yazıb. Nazirin sözlərinə görə, İspaniya Ukraynaya humanitar yardım göstərməklə yanaşı, təhlükəsizlik sahəsində də yardımı davam etdirəcək. “Daha çox əsgərimiz İspaniyada təlim keçəcək”, – nazir […]

Çavuşoğlu: “Bəzi Qərb ölkələri Ukrayna böhranının həllində maraqlı deyil”

“Bəzi Qərb ölkələri Ukrayna böhranının həllində maraqlı deyil”. Cumhuriyyet.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavşuoğlu Romada keçirilən konfransda deyib. “Biz müharibənin davam etdirilməsinin tərəfdarı olan bəzi müttəfiqlərimizi Ukraynanı Rusiya ilə danışıqlar masası arxasına oturtmağa inandırmalıyıq”, – o bildirib. Eyni zamanda, Çavuşoğlu Ukrayna və Rusiya nümayəndələrinin Antalya və İstanbulda görüşdüyü mart ayı […]

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva Şəkidə sakinlərlə görüşüb – FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva İnstaqram səhifəsində Şəkidən foto paylaşıb. Cumhuriyyet.az xəbər verir ki, paylaşımda deyilir: “Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şəki şəhərinə səfər zamanı sakinlərlə görüşüb söhbət ediblər, xatirə şəkilləri çəkdiriblər”.

Türkiyə Prezidenti azərbaycanlı yazıçı Elçin Əfəndiyevə “Necip Fazıl” mükafatını verib – FOTO

Azərbaycanlı yazıçı Elçin Əfəndiyev Türkiyənin ədəbiyyat sahəsində olan “Necip Fazıl” mükafatını alıb. Cumhuriyyet.az-ın İstanbul müxbiri xəbər verir ki, İstanbulun Atatürk Mədəniyyət Mərkəzində baş tutan mükafatlandırma mərasimində ölkə başçısı Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Ərdoğan, çıxışı zamanı bildirib ki, E. Əfəndiyev bir çox dilə tərcümə edilmiş hekayə və romanları ilə insanların sevgisini qazanıb: “Bu mükafatın […]

Kanada İrana qarşı sanksiyalar siyahısını genişləndirdi

Kanada İrana qarşı sanksiyalar siyahısını genişləndirib. Siyahıya daha dörd fiziki şəxs və beş təşkilatın adı əlavə edilib. Bu barədə Kanada xarici işlər naziri Melani Coli açıqlama verib. Nazir qeyd edib ki, məhdudiyyətlər İranda davam edən insan haqlarının pozulması ilə əlaqədar tətbiq edilir. Siyahıya əsasən ölkənin xüsusi təyinatlı qüvvələrinin komandanı Həsən Kərəmi, “Cavan” xəbər agentliyi, eləcə […]

SOCAR-a yeni mətbuat katibi təyin edildi

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) yeni mətbuat katibi təyin edilib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə “report”a SOCAR-dan məlumat verilib. Qurumdan bildirilib ki, bu vəzifə Orxan Hüseynova həvalə edilib.

Azərbaycan əleyhinə sənəd Ermənistan parlamentindən keçmədi

Ermənistan parlamentinin 2 dekabr tarixində keçirilən növbədənkənar iclasında Azərbaycan Milli Məclisinin 8 noyabr tarixli bəyanatına cavab sənədini qəbul etmək mümkün olmayıb. Cumhuriyyet.az erməni mediasına istinadən bildirir ki, bəyanat layihəsinə səsvermə keçirilib. Lakin səsvermədə parlament müxalifətinin təmsilçilərindən ibarət olan cəmi 31 deputat iştirak edib. Hakim “Mülki Müqavilə” partiyasından olan deputatlar isə səsvermədə bitərəf qalıb. Bununla da […]

Prezident İlham Əliyevin Şəki səfərindən MARAQLI FOTOLAR

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevin Şəki səfəri ilə bağlı rəsmi instaqram səhifəsində paylaşım edib. Cumhuriyyet.az həmin paylaşımı təqdim edir. Qeyd edək ki, Prezident və xanımı Şəki Xan məscidi kompleksinə də baş çəkib.

FHN polkovnikinin istintaqı YEKUNLAŞDI – İki qadın isə…

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi, daxili xidmət polkovniki Zaur Mirzəyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Məhəmməd Əkbərovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələ müəyyən edilməyib.   Cumhuriyyet.az xəbər verir ki, Bizim.Media-nın əldə etdiyi məlumata görə, Zaur Mirzəyevin […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031