Ağ Ev: “Bayden ilin əvvəlində ikinci müddətə namizədliyi ilə bağlı qərar vermək niyyətindədir”

ABŞ Prezidenti Cozef Bayden gələn ilin əvvəlində ikinci müddətə prezidentliyə namizədliyi ilə bağlı yekun qərarı vermək niyyətindədir. Cumhuriyyet.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pyer jurnalistlərə açıqlamasında təsdiqləyib. O, brifinqdə müvafiq sualı cavablandırarkən deyib ki, dövlət başçısı seçkilərdə iştirak etmək niyyətindədir: “O bunu ailəsi ilə müzakirə edəcək və çox güman ki, gələn […]

Dövlət Departamenti: “ABŞ Rusiyaya zərbə vurmaq üçün Kiyevə silah vermir”

ABŞ Rusiya ərazisinə zərbələr endirmək üçün Ukraynanı silahla təmin etmir. Cumhuriyyet.az xəbər verir ki, bu bəyanatla ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays brifinqdə çıxış edib. Onun sözlərinə görə, söhbət yalnız müdafiə texnikasının tədarükündən gedir. Prays bildirib ki, Vaşinqton Ukraynanı öz ərazisindən kənarda yerləşən hədəflərə zərbə endirməyə məcbur etmir. “ABŞ hakimiyyəti Ukraynanın suverenliyini bərpa […]

Ronaldu 2008-ci ildən bəri ilk dəfə start heyətdə yer almayıb

Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu Qətərdə keçirilən dünya çempionatının 1/8 finalında İsveçrə ilə oyun üçün start heyətində yer almayıb. Cumhuriyyet.az xəbər verir ki, 37 yaşlı portuqaliyalı 2008-ci ildən bəri ilk dəfə 11-liyə düşə bilməyib. O, 2008-ci ildə keçirilmiş Avropa çempionatında meydan sahiblərindən biri olan İsveçrə ilə qrup mərhələsinin son matçında ehtiyatda oturub. Həmin matçadək 1/4 […]

Neft sürətlə ucuzlaşır – FOTO

Londonun ICE birjasında Brent markalı neftin 2023-cü ilin fevralında çatdırılması üçün fyuçers müqaviləsinin qiyməti yanvarın 4-dən bəri ilk dəfə bir barel üçün 79 dollardan aşağı düşüb. Ticarət sessiyası ərzində Brent neftinin dəyəri 4,55% azalaraq 78,92 dollar/barelədək ucuzlaşıb. Eyni zamanda, WTI markalı xam neftin 2023-cü ilin yanvar çatdırılması üzrə fyuçerslərin qiyməti 4,45% azalaraq bir barel üçün […]

Macarıstan Ukraynaya əlavə 18 milyard avronun ayrılmasına mane oldu

Macarıstan Aİ-nin maliyyə qanunvericiliyinə düzəlişləri təsdiq etməyib. Avropa İttifaqı 2023-cü ildə Kiyevə əlavə makromaliyyə yardımı göndərməyi planlaşdırıb. Macarıstan isə Avropa İttifaqının maliyyə nazirlərinin görüşü zamanı 2023-cü ildə Ukraynaya 18 milyard avroluq makromaliyyə yardımının ayrılmasına mane olub. Cumhuriyyet.az bildirir ki, bu barədə ölkənin yerli mətbuatı Macarıstan rəsmilərinin qərarına istinadən məlumat yayıb. İqtisadi və Maliyyə Məsələləri üzrə […]

Azərbaycanda zəlzələ baş verdi

Dekabrın 6-da Gəncə seysmoloji stansiyasından 33 kilometr şimal-şərqdə – Samux rayonunda zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Cumhuriyyet.az-a bildirilib ki, yerli vaxtla saat 20:13-də qeydə alınan zəlzələnin ocağı 18 kilometr dərinlikdə yerləşib. Maqnitudası 3.1-ə bərabər olan zəlzələ hiss edilməyib.

Medvedyev: Bu olmasaydı, Rusiyanı parça-parça edərdilər!

Rusiyanın bütövlüyü nüvə qüvvələri sayəsində təmin edilir. Cumhuriyyet.az xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib. “Strateji nüvə arsenalı olmasaydı, biz parça-parça olardıq. Nəhəng, varlı ölkə və hamı nə isə götürüb, ya da hissələrə bölüb, sonra sakitcə onu necə mənimsəməyi düşünür”, – deyə o bildirib.

Aİ səfiri: “Tərtər işi” üzrə bir sıra şəxslərin azadlığa buraxılması müsbət haldır”

Bu gün “Tərtər işi” üzrə bir sıra şəxslərin bəraət alması və azadlığa buraxılması müsbət haldır. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko “Twitter“ səhifəsində qeyd edib. Onun sözlərinə görə, bu iş üzrə yeni istintaq işgəncə və cəzasızlıqla mübarizədə nəzərəçarpacaq nəticələr verə bilər. Xatırladaq ki, bu gün Baş Prokurorluq “Tərtər […]

“Bakı və Ankara təhdidlərə birgə cavab verəcək” – Hulusi Akar

Bakı və Ankara təhdidlərə birgə cavab verəcək. “Bizim hər hansı birimizə qarşı hər hansı təhdid və ya təxribat universal olaraq qəbul ediləcək”. Cumhuriyyet.az xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib. “Dostlarımız ortaqdır, hər birimizin düşməni həm Azərbaycanın, həm də Türkiyənin düşmənidir, buna heç kim şübhə etməsin”- deyən Hulusi Akarın sözlərinə görə, dünyada […]

Əli Əsədov Dağıstanın rəhbəri ilə görüşdü

Bu gün Azərbaycanın Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov ilə görüşüb. Nazirlər Kabinetindən verilən məlumata görə, görüşdə Azərbaycan ilə Dağıstan arasında müxtəlif sahələrdə münasibətlərin inkişafından məmnunluq bildirilib, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin perspektivləri müzakirə edilib. Tərəflər əmin olduqlarını bildiriblər ki, Azərbaycan ilə Dağıstan arasında əməkdaşlıq […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031