Ərdoğan açıqladı: Sabah Azərbaycan televiziyaları…

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AFAD koordinasiya mərkəzində (Ankara) etdiyi çıxışında bildirib ki, sabah (15 fevral) Türkiyə televiziyaları ilə yanaşı Şimali Kipr və Azərbaycan televiziya və radioları da vahid yayım həyata keçirəcəklər: “Sabah saat 20:00-da (Bakı vaxtı ilə 21:00) Türkiyə, KKTC və Azərbaycan televiziya və radioları vasitəsilə yardım kampaniyası keçiriləcək”. Cumhuriyyet.az xəbər verir ki, Türkiyədən […]

“Qalatasaray” erməni futbolçunu transfer edir

Türkiyə “Qalatasaray”ı Rusiyanın “Dinamo” (Moskva) klubunun futbolçusu Arsen Zaxaryanı transfer edir. Cumhuriyyet.az xəbər verir ki, “sarı-qırmızılılar” erməni əsilli yarımmüdafiəçinin keçidi barədə Moskva təmsilçisi ilə razılığa gəlib. İddiaya görə, İstanbul klubu 20 yaşlı oyunçu üçün ümumilikdə 13 milyon avro təzminat ödəyəcək. Qeyd edək ki, Arsen Zaxaryan Rusiya milli komandasının formasını da geyinir.

Mirzoyan Türkiyəyə gedir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan fevralın 15-də Türkiyəyə yola düşəcək. Cumhuriyyet.az bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazir zəlzələdən zərər çəkmiş Adıyaman şəhərində axtarış-xilasetmə işləri aparan Ermənistan xilasetmə qrupu ilə görüşəcək. Səfər çərçivəsində Ankarada Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında görüş keçiriləcək.

Azərbaycanlı tələbələrin cəsədləri dağıntılardan çıxarıldı

Türkiyədə dağıntılar altında qalan 4 azərbaycanlı tələbədən biri – Şahin Verdiyevin cəsədi çıxarılıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Bildirilir ki, Şahin Verdiyevin cənazəsi sabah Azərbaycana yola salınacaq. *** Malatyada baş verən zəlzələ nəticəsində dağıntılar altında qalan digər 3 azərbaycanlı tələbənin də cəsədi tapıldı. Bu barədə Globalinfo.az-a tələbələrin keçmiş otaq yoldaşı […]

Mehriban Əliyeva Qəşəm Nəcəfzadəyə ev verdi

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva şair, publisist Qəşəm Nəcəfzadəyə ev hədiyyə edib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Qəşəm Nəcəfzadə özünün feysbuk hesabında paylaşım edib. Şair qeyd edib ki, ona bağışlanan ev Bakı şəhərindədir. Qəşəm Nəcəfzadə bu diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə və xanımı Mehriban Əliyevaya dərin təşəkkürünü bildirib.  

Azərbaycan və İsrailin NATO-dakı səfirləri görüşdü

Azərbaycanın NATO-dakı nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə İsrailin Avropa İttifaqı (Aİ) və NATO-dakı səfiri Haim Regevlə regiondakı vəziyyəti müzakirə edib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Cəfər Hüseynzadə Tvitterdə bildirib. “Biz NATO tərəfdaşlığı, regiondakı vəziyyəti və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etdik. Biz Azərbaycanın İsraildə səfirliyinin açılmasını yüksək qiymətləndiririk”, – diplomat yazıb.

Ceyhun Bayramov İqor Xovayevlə görüşdü

Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevlə görüşüb. Xarici İşlər Nazirliyindən Cumhuriyyet.az-a bildirilib ki, görüş zamanı tərəflər arasında Ermənistan-Azərbaycan normallaşma prosesinin, sülh sazişi üzrə danışıqların cari vəziyyəti, Laçın yolunda etirazların müxtəlif aspektləri müzakirə edilib. Ceyhun Bayramov ölkəmizin həm ərazilərinin işğalı dövründə, həm də post-münaqişə dövründə göstərdiyi konstruktiv […]

Ərdoğan zəlzələdə ölənlərin sayını açıqladı

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 31 974 nəfərə çatıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. *** Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələdə 35 min 418 nəfərin həlak olduğunu açıqlayıb.

BDU Türkiyəyə yardım göndərəcək

Bakı Dövlət Universiteti (BDU) qardaş Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə humanitar yardım göndərəcək. Cumhuriyyet.az xəbər verir ki, bu barədə BDU-nun Elmi Şurasının iclasında qərar qəbul olunub. Qeyd edək ki, BDU əməkdaşları və tələbələri zəlzələ baş verən gündən yardım kampaniyasına qoşulublar. Universitetin həm gənclər təşkilatları, həm fakültələri səviyyəsində zəruri ərzaq və geyim ləvazimatları alınaraq təhvil verilib, […]

Təranə Səmədova yenidən həbs olundu

Prodüser Təranə Səmədova yenidən həbs edilib. Cumhuriyyet.az xəbər verir ki, bu haqda sosial şəbəkədə prodüser Tarix Əliyev (Tolik) məlumat verib: “Sözün bitdiyi an… Baxmayaraq ki, bir neçə ildir prodüserlikdən uzağam, amma necə də olsa, ölkədə beş prodüser tanınırdısa, biri də Təranə Səmədova idi. İnsan həyatda səhv əhatəyə düşə bilər. Amma bir dəfə də olsa bir […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728