MN-dən təcili məlumat: Ermənilər növbəti dəfə…

Martın 5-də Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş insidentdən sonra Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələrinin bu yoldan hərbi təyinatlı daşımaları həyata keçirmək məqsədilə növbəti dəfə istifadə etməsi Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələrinin texniki müşahidə vasitələri ilə qeydə alınıb. Bu barədə Cumhuriyyet.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Martın 7-də […]

İlham Əliyev Timor-Lestenin prezidenti ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 7-də Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos Horta ilə görüşüb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Kılıçdaroğlu CHP sədrliyindən getdi

Yeni başlanğıc üçün bütün sıxıntılarımızı həll etməyimizi istəyirəm. Biz bunları etdiyimiz zaman şahanə, görkəmli Türkiyəni yenidən inşa edəcəyik. Cumhuriyyet.az xəbər verir ki, bunu “Altılı masa”nın prezidentliyə namizədi, CHP lideri Kamal Kılıçdaroğlu deyib. “Bu gün bu kürsüyə (CHP sədrliyinə) vida etmək üçün buradayam. Vidalaşmaq asan deyil. Sizə son dəfə bu kürsüdən baxmaq istəyirəm”, – Kılıçdaroğlu bildirib. […]

AZAL-ın qiymətləri ilə bağlı vəziyyət acınacaqlıdır

Sərhədlərin bağlı olması azad hərəkət etmək hüququnu məhdudlaşdırır. Cumhuriyyet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) illik məruzəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa bildirib. Azərbaycan Hava Yollarının (AzAL) bilet qiymətlərini istədiyi kimi müəyyənləşdirdiyini nəzərə çatdıran deputat ən azı tələbələrin quru sərhəddən keçməsi üçün şərait yaradılmasının, […]

Kim Çen İnin bacısı ABŞ-ı hədələdi

Əgər KXDR qitələrarası raketinin Sakit okeana növbəti sınaq buraxılışı zamanı ABŞ onu vurmağa cəhd etsə, Pxenyan bu hərəkəti müharibə elanı kimi qəbul edəcək. Cumhuriyyet.az xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen İnin bacısı, Koreya Əmək Partiyasının Mərkəzi Komitəsi sədrinin müavini Kim Yo Çjon deyib. “Açıq dənizdə və ABŞ-ın yurisdiksiyasına aid olmayan bir bölgədə, […]

Bu, iynə ilə gor qazmaq kimi bir şeydir – Rüstəmxanlı

Məni narahat edən qanun layihəsində Azərbaycanda oturum, müvəqqəti yaşamaq icazəsinin alınmasının yalnız pula bağlanmasıdır. Cumhuriyyet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Sabir Rüstəmxanlı bildirib. Sabir Rüstəmxanlı deyib ki, Güney Azərbaycandan olan soydaşlarımız arasında ictimai işlərlə və digər məqsədlərlə Azərbaycana […]

Leyen NATO rəhbəri olmağa hazırlaşır

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen yenidən AK-yə seçilməyəcəyi təqdirdə NATO-nun baş katibi postu üçün müraciət edəcək. Cumhuriyyet.az xəbər verir ki, bu barədə İtaliyanın “La Repubblica” qəzeti məlumat yayıb. Məlumata görə, bunun üçün hazırlıqlara bir neçə həftə əvvəl başlanılıb: “Bu gündən etibarən Leyenin Kanada və ABŞ-a səfərinə fərqli prizmadan, yəni onun NATO baş katibi vəzifəsinə […]

Ostin gözlənilmədən İraqa gəldi

Pentaqonun rəhbəri Lloyd Ostin Yaxın Şərqə səfəri çərçivəsində çərşənbə axşamı İraqa elan olunmamış səfərlə gəlib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Tvitterdə paylaşım edib. “Bağdada uçdum. Biz daha təhlükəsiz, sabit və suveren İraqa doğru irəliləyərkən, ABŞ və İraq arasında strateji tərəfdaşlığı bir daha təsdiqləmək üçün buradayam”, – paylaşımda qeyd olunub. Qeyd edək ki, […]

Sabah hava necə olacaq?

Martın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Cumhuriyyet.az-a verilən məlumata görə, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında […]

“Paşabank”ın şikayəti əsasında həbs olunan YAP üzvü aclığa başlayıb

Cəbrail Fərzəliyev: “Mənə qarşı ədalətsizlik aradan qalxmazsa, həyatıma qəsd edəcəyəm” “Mənə qarşı irəli sürülən ittihamlar tamamilə saxtadır və şərlənərək həbs olunmuşam”. Bu sözləri hazırda həbsdə olan YAP üzvü, iş adamı, “Sabah Project” MMC, “Universal” MMC-nin təsisçisi, “Böyük Qayıdış” İctimai Birliyinin direktoru Fərzəliyev Cəbrail Fərzəliyev vəkili vasitəi ilə mediaya göndərdiyi müraciətdə bildirib. C.Fərzəliyev “Paşabank” və “Gənclər […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031